Qüds qarışdı, İsrail polisindən müsəlmanlara sərt müdaxilə - Canlı yayım



 

Qüdsdə İsrail polisi ilə etirazçı müsəlmanlar arasında toqquşma başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İsrail polisi nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçı qruplar Qədim şəhər ətrafındakı küçəni bağlayıblar, atlı polislər isə onları təqib edir. 

Müsəlman etirazçılar arasında yaralılar var, onlar xəstəxanaya çatdırılıblar. 

Qarşıdurmalar İordaniya çayının qərb sahillərində də başlayıb. Burada yaralı sayının 40-ı keçdiyi bildirilir.