Sumqayıtda dəhşətli yol qəzası - 3 ölü, 1 yaralı



 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. 

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt  Regional  Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.