Türkiyədə yol qəzası - 6-sı uşaq olmaqla 11 nəfər öldü, 9 nəfər yaralandı



 

Türkiyənin Hatay şəhərinin Altınözü rayonunun yaxınlığında dəhşətli yol qəzası baş verib.

“Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, sərhədi qanunsuz keçən miqrantların olduğu avtobus yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər ölüb, 9 nəfər yaralanıb.