Bakının mərkəzində möhtəşəm gecə! - Video



 

Ötən axşam Fəvvarələr meydanında beşinci “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb.

Yarmarka çərçivəsində kiçik taxta köşklər qurulub. Qonaqlara şirniyyat, yüngül qəlyənaltı, suvenirlər, bəzəklər və s. almaq təklif olunur.

Açılışda tanınmış müğənnilər çıxış ediblər. Yarmarkaya gələn şəhər sakinləri isə qurulmuş meydançada rəqs ediblər. 

“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədovun açılışdan hazırladığı videomaterialı təqdim edirik: