İranda zəlzələ olub - 4,6 bal



 

İranda 4,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Kirmanşah şəhərindən 74 km şimal-şərqdə, 80 km dərinlikdə qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.