“Tillersonla razılaşmadığımız doğrudur, amma…” - Donald Tramp



 

ABŞ prezidenti Donald Tramp vəzifədən ayrılacağı iddia edilən Dövlət Katibi Reks Tillerson barədə açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Tillersonun işdən çıxarılması məsələsinin gündəmdə olmadığını bildirib:

“Onunla bəzi məsələlərdə razılaşmadığımız doğrudur. Lakin birlikdə çalışmağa davam edəcəyik”.

Qeyd edək ki, “Nyu-York Tayms” qəzeti Tillersonun dekabrda vəzifəsindən azad ediləcəyini və onun yerinə Mərkəzi Kəşiyyat İdarəsinin (CIA) direktoru Mayk Pompeonun gətiriləcəyini iddia etmişdi.