Araz Abdullayev oynadı, komandası 1/8 finala çıxdı - Video



 

Kipr Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, milli komandamızın oyunçusu Araz Abdullayevin çıxış etdiyi “Anortosis” də növbəti matçını keçirib.

Famaqustalılar səfərdə “Ksilotimpu” ilə üz-üzə gəliblər. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça start heyətində başlayan Araz 90 dəqiqə meydanda olub. O, komandasnın qollarından birində məhsuldar ötürmənin sahibi olub. 74-cü dəqiqədə Abdullayevin künc zərbəsindən ötürməsini başla qapıdan keçirən Viktor hesabı bərabərləşdirib. Bundan iki dəqiqə sonra isə Sisse qələbə qoluna imza atıb.

Qeyd edək ki, “Anartosis” bu nəticə ilə 1/8 finala yüksəlib.