Bank of Baku-nun “Dostlar Klubu”na qoşulun, güzəştlərdən faydalanın



 

İllərdir “Sizə Yaxın  Bankçılıq” şüarı ilə müştərilərinə xidmət göstərən və onların sevgisini qazanan Bank of Baku, #DostDosta deyərək yeni müştərilərini də böyük Bank of Baku ailəsinin dəyərli dostlarının bir yerdə toplandığı  “Dostlar klubu”na  qoşulmağa çağırır.

"Qafqazinfo" xəbər verir ki, indi, Bank of Baku ilə uzun illər əməkdaşlıq edən köhnə müştəriləri ilə yanaşı, Bankın yeni müştəriləri də bu virtual klubun üvzü olaraq, Dostlar Klubunun bütün imtiyazlarından faydalanmaq hüququ əldə edəcəklər.

#DostDosta hər zaman dəstək olmalıdır – fikrini əsas götürən və fəaliyyətini bu istiqamətdə quran Bank, “Dostlar klubu” üzvlərinə maddi ehtiyaclarını təcili qarşılaya bilmələri üçün ekspress kredit xətti təqdim edir.

Müştərilər, Bankla əməkdaşlıq dövrlərindən asılı olaraq “Dostlar Klubu”na qoşulmaqla aşağıdakı kartlardan birini əldə edə bilərlər:

 

Kartın növü

Kimə verilir?

Kredit məbləği

Gümüş Standart

Bankla əməkdaşlıq müddəti 12 aya qədər olan və Bankın yeni müştəriləri

100 AZN-dək

Gümüş

Bankla əməkdaşlıq müddəti 12 aydan 35 ayadək olan müştərilər

200 AZN-dək

Qızıl

Bankla əməkdaşlıq müddəti 36 aydan 59 ayadək olan müştərilər

300 AZN-dək

Brilliant

Bankla əməkdaşlıq müddəti 60 ay və daha artıq olan müştərilər

400 AZN-dək

“Dostlar Klubu”nun üzvləri ekspress kredit xəttindən faydalanmaqla yanaşı, həmçinin Bankın xidmət və məhsullarından istifadədə xüsusi güzəştlər və imtiyazlar qazanacaqlar. Belə ki, digər kredit növləri üzrə edilən hər bir ödəniş, kart sahibinə əlavə BONUS qazandırmaqla, yeni kredit müraciətlərinin güzəştli şərtlərlə həyata keçirilməsinə imkan yaradacaq.

Yəni, toplanan BONUS məbləğindən istifadə etməklə müştərilər növbəti krediti komissiyasız, üstəlik daha endirimli faizlərlə əldə edə biləcəklər.

Qeyd edək ki, köhnə “Dostlar Klubu” üzvlərinin kartlarında topladıqları BONUS-lar yenidən aktiv olunmaqla onların tam istifadəsinə verilir.