Bali təhlükəli partlayışa hazırlaşır, 100 min insan köçürülüb



 

Kurort zonası olan İndoneziyanın Bali adasında vulkan püskürməsinə görə 100 min yerli sakin evakuasiya edilib, evlərinə dönməyən tələsən minlərlə turist isə beynəlxalq aeroportda qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dağdan püskürən toz və dumanın hündürlüyü 6 metrə qədər çatıb. Böyük partlayışın olacağı istisna edilmir. Mütəxəssislər Aqunq vulkanının ən yüksək təhlükə səviyyəsində olduğunu açıqlayıblar. 

Aeroportda yüzlərlə aviareys ləğv edilib, Baliyə istiqamət alan reyslərin isə istiqamətləri elə havadaca Cakarta, Sinqapur və digər şəhərlərə doğru dəyişdirilib. 

Qeyd edək ki, 1963-cü ildə Aqunq vulkanının püskürməsi nəticəsində min insan ölmüşdü.