Pakistanda nazir istefa verdi, etiraz aksiyası başa çatdı



 

Pakistanın qanunvericilik və ədliyyə naziri Zahid Həmid paytaxt İslamabadda davam edən etirazlar fonunda istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Həmidin istefası etirazçıların əsas tələblərindən olub. İstefa xəbərindən sonra dini fəallar etirazları dayandırmaqla bağlı razılığa gəliblər. Nümayişçilərlə hökumət arasında əldə edilən razılığa əsasən, seçki haqqında qanuna düzəlişlərin analizi 30 gün ərzində dərc ediləcək. 

Qeyd edək ki, noyabrın 8-də İslamabadda minlərlə insanın seçki məcəlləsindəki dəyişikliklərə etirazları başlayıb. 

Bəzi KİV-lər isə yazır ki, ABŞ bir müddətdir ki, müstəqil siyasət yürüdən İslamabadda xaos yaratmaq məqsədi ilə Pakistanın FETÖ-sü olaraq tanınan Tahir ül-Kadri təşkilatını ortaya atıb.