Türkiyə, İran və Qətər arasında müqavilə imzalandı



 

Dəniz və quru nəqliyyat daşınması üzrə Türkiyə, İran və Qətər arasında razılıq əldə olunub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqavilə üç ölkə arasında ticarət mallarının daşınmasını və tranzit keçidləri asanlaşdıracaq.

Tehranda baş tutan mərasimdə müqaviləni Türkiyə İqtisadiyyat naziri Nihad eybəkçi, İran Mədən Sənayesi və Ticarət naziri Məhəmməd Şəriətmədari və Qətər İqtisadiyyat və Ticarət naziri Şeyx Əhməd bin Casim bin Məhəmməd Əl Sani imzalayıb.

Razılığa əsasən ildə üç dəfə dəyərləndirmə toplantısı keçiriləcək.