Türkiyədə 2,8 ton partlayıcı ələ keçirildi



 

Türkiyənın Diyarbakır şəhərində PKK-ya qarşı əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyat zamanı istifadəyə hazır 2,8 ton partlayıcı maddə və külli miqdarda sursat ələ keçirilib.

Ordudan verilən açıqlamada 10 ədəd "Kalaşnikov", 1,5 min güllə, 4 min 700 biksi sursatı, 10 insan əleyhinə minaatan, 15 tank əleyhinə minaatan, M15 tank əleyhinə mina, 25 minaatan sövq patronu, 10 əl bombası və digər sursat aşkar olunaraq götürülüb.