Bu gün 2 oyun var - “Sumqayıt” “Səbail”ə, “Zirə” “Qarabağ”a qarşı



 

Bu gün Topaz Premyer Liqasında 13-cü tura yekun vurulacaq.
 
“Qafqazinfo”  xəbər verir ki, günün ilk matçında “Sumqayıt” “Səbail”i qəbul edəcək.
 
Turun mərkəzi qarşılaşması Bakıda keçiriləcək. Lider “Qarabağ” 3-cü pillədə yer alan “Zirə”nin qonağı olacaq.

“Sumqayıt” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Vüsal Əliyev
Sumqayıt. Şəhər stadionu, 16:00

“Zirə”“Qarabağ”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Zirə. İdman kompleksinin stadionu, 18:00