AST Telmanın otelində 10 milyonluq təmir başladı



 

Azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyada yerləşən “Mardan Palas” oteli 10 milyon dollar həcmində təmir işlərindən sonra yeni mövsümə hazır olacaq.

Axar.az xəbər verir ki, bu barədə otelin baş direktoru Səlçuk Şəntəpə danışıb.

Şəntəpənin sözlərinə görə, təmir işləri otaqlar, hovuz, restoranlar, infrastruktur və internet sistemi üzərində aparılacaq. Yeni mövsümü isə otel büdcəsi 10-15 milyon dollara qədər çatan hind toyu ilə açacaq.

Qeyd edək ki, “Mardan Palas” oteli 2009-cu ildə tikilib. Onun sahibi Telman İsmayılov otelin tikilişi üçün 1,4 milyard dollar xərcləyib. 2009-cu ildə otelin açılış mərasiminə İsmayılov Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, aktyorlar Riçard Gir, Şeron Stoun, Monika Belluççi və digərlərini dəvət etmişdi.