4 illik məhkəmə başa çatdı, “Serb qəssabı”na hökm oxundu



 

Beynəlxalq Cəza Məhkəməsi “Serb qəssabı” ləqəbli general, Srebrenitsa qətliamında ittiham olunan Ratko Mladiçə ömürlük həbs verib.

“Qafqazinfo” xəbər verir ki, hakim 8 min insanın ölümündə ittiham olunan Mladiç haqda “ Srebrenitsadakı müharibə cinayətlərində önəmli rolu var. Müsəlmanları yox etmək istədi” sözlərini işlədib. Onun barəsində irəli sürülən 11 ittihamdan 10-u qəbul edilib. Ən önəmlisi idə 74 yaşlı Mladiçin soyqırım törətməkdə günahkar bilinməsi olub. 

Mladiç özü isə ittihamları qəbul etməyib. Onun vəkilləri israr ediblər ki, 4 ildən çoxdur ki davam edən prosesdə müdafiə etdikləri şəxsin cinayəti sübut olunmayıb.

Dünyanın bir çox telekanalı prosesi məhkəmə binası qarşısından canlı yayımlayıblar. Bosniya və Herseqovinada isə minlərlə insan meydanlarda qurulan ekranlar vasitəsilə qərarı izləyiblər. Bir çoxu isə əllərində qətliamda həlak olan yaxınlarının fotoları ilə məhkəmə qarşısında gözləyiblər.