Putin, Ruhani və Ərdoğan görüşür - Suriya üçün tarixi gün



 

Bu gün Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, sammit Suriya böhranının dinc yolla həllinə həsr olunub. Dünya ictimaiyyəti üçün önəmli olan bu problem ilk dəfə olaraq Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhaninin iştirakı ilə bu formatda müzakirəyə çıxarılacaq.