Azərbaycanda dəhşətli qəza - Azyaşlı öldü, 11 nəfər yaralandı+ Yenilənib



 

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.   

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Bəşirabbas kəndi ərazisində “Oka” və “Zaporojets” markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Xəsarət alanlardan 11 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 6 nəfərin vəziyyəti orta ağırdır.

Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış. 

Qəzanın səbəbləri araşdırılır.  

Faktla bağlı araşdırma aparılır. 

***

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Goranboyda baş verən yol qəzası nəticəsində xəsarət alanlardan 6 nəfərin kimliyi məlum olub. 
 
Əliyev Ramin Nazim oğlu,  1986 

Quliyeva Şəbnəm Sabit qızı, 1999

Məmmədova Nüşabə İsrayıl, 1988

Quliyev Hüseyn Sadiq oğlu, 2002

Süleymanov Orxan Sərvan oğlu, 1997

Bayramova Sadəgül Həsən qızı, 1991

***

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bəşirli kəndi ərazisində qeydə alınan yol qəzasında xəsarət alan 3 azyaşlı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib.

Tibbi yardımlara baxmayaraq, onlardan bir nəfəri, 2010-cu il təvəllüdlü Əliyev Nicat Ramil oğlu dünyasını dəyişib.

Digər 2 azyaşlının vəziyyəti isə orta ağırdır.