İraqda bazarda partlayış - 24 ölü, 60 yaralı



 

İraqın şimalındakı Tuz Hurmatu qəsəbəsində bomba ilə yüklənmiş yük maşını bazarda partladılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, terakt zamanı 24 nəfər ölüb, 60 nəfər isə yaralanıb.

Hücumu hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, qəsəbədə kürd, ərəb və türkmən əhali birlikdə yaşayır.