"Broker Əbülfəz"lə bağlı dəhşətli sirlərin üstü AÇILDI



 

"Broker" MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir. Bu şəxslə bağlı araşdırmalar maraqlı məqamlarınüzə çıxması ilə nəticələndi.

Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun "Broker" MMC-nin "kassiri" və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Anar Allahverdiyevin "Broker" MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar. 

Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun "bəzi işlərini" görüdüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində iştirak etdiyi deyilir. Məlumatda qeyd olunur ki, Əbülfəz Məlikov "Broker" MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib. 

Əbülfəz Məlikov - Anar Allahverdiyev
(Anar Allahverdiyevin qardaşının toyu)

Adı "Broker" MMC-nin işçisi kimi yazılan Anar Allahverdiyev demək olar ki, ilin 7-8 ayını Amerikada və Avropada keçirir. Onun bu qitələrə məhz Məlikovun tapşırığı ilə getdiyi və işlər gördüyü iddia olunur. Mənbələr bildirir ki, Anar Allahverdiyev öz əyləncələrindən də qalmır. ABŞ və Avropa səfərləri zamanı dünyanın ən bahalı məkanlarında istirahət edən Əbülfəz Məlikovun "sağ əli" "Broker" MMC-nin "pulları"nı kef məclislərinə xərcləyir. İddia edilir ki, bu şəxs "Broker" MMC-nin çirkli pullarının hesabına Amerikada və Avropada ayda ərzində 200-300 min manat xərcləyir. 

Məlumatlı mənbələr həmçinin iddia edir ki, Anar Allahverdiyevin Bakı şəhərində onlarla mülkü var. Onun sahib olduğu mülklərin, obyektlərin əksəriyyətinin Əbülfəz Məlikova məxsus olduğunu demək olar. Paytaxtın Teymur Əliyev küçəsində yan-yana tikilən 3 villanın təkcə qiyməti 10 milyon manata yaxındır. İsmayıllı, Qəbələ, Quba, Şamaxı, Qax rayonlarında onlarla imarətin qiymətini isə hesablamaq çətindir. Anar Allahverdiyevin sürdüyü maşınların ən ucuz qiymətiinin 150 min dollar olduğunu qeyd edə bilərik. 

Qeyd edək ki, bir müddət əvvəl Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində, rayon sakini 1980-ci il təvəllüdlü Allahverdiyev Müşfiq Ağayusif oğlu qaynı, Potu kənd sakini 1986-cı il təvəllüdlü İsgəndərov İlqar Əli oğluna döş qəfəsi və ayaq nahiyyəsindən 3 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd etməsi ilə bağlı rəsmi xəbər yayılmışdı. Hadisənin səbəbkarı Müşfiq Allahverdiyevin sabiq həyat yoldaşının qardaşı ilə aralarındakı ailə münaqişəsindən yaranan münaqişədən belə bir hadisə törətməsi bildirilirdi. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan İlqar İsgəndərov Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmişdi. Hətta Müşviq Abdullayev bıçaqlayıb öldürmək istədiyi İlqar İsgəndərovun ölmədiyini və xəstəxanada əməliyyat olunduğunu öyrənərək başladığı işi bitirmək üçün Göyçay Mərkəzi rayon Xəstəxanasına basqın etməsi və bundan sonra polisin cinayətkarı elə xəstəxanadaca həbs etdiyi bildirildi. Bunu xatırlatmağımızın səbəbi var. Belə ki, Müşfiq Allahverdiyev məhz haqqında danışdığımız Anar Allahverdiyevin qardaşıdır. Anar Allahverdiyev özü də bundan əvvəl qardaşının həyat yoldaşını evdən qovduğuna görə mətbuatın gündəminə gəlmişdi. 
Göyçay sakini, iki uşaq anası Ülviyyə Allahverdiyeva aclıq aksiyası keçirərək mətbuatın gündəminə gəlmişdi. Acılıq elan edin xanım bildirmişdi ki, həyat yoldaşından boşandıqdan sonra qaynı Anar Allahverdiyevin təzyiqləri altında iki uşağıyla birlikdə küçələrdə qalıb. Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlayan Ülviyyə Allahverdiyeva bildirmişdi ki, Anar Allahverdiyev onu ölümlə təhdid edir və ailə həddindən artıq varlı olmasına baxmayraq, onu iki uşağı ilə küçəyə atıblar. Öz növbəsində Ülviyyə Allahverdiyeva müraciətində bildirmişdi ki, Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli onun haqqlarını qorumaq əvəzinə iki uşağı ilə küçəyə atılmış ananı həbslə hədələyir.Seherxeber.org

Qarşı tərəfin söz haqqı var!