Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Bakının xilaskarı bu evdən ingilislərin gedişini izləyib: Nuru Paşanın Bakıdakı qərargahından - REPORTAJ

  12

Bu gün Osmanlı ordusunun komandanı Nuru Paşanın (Nuri Killigil) rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 101-ci ildönümüdür.

1918-ci il mayın 28-də elan edilən və müsəlman şərqinin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət kimi yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun xidmətləri əvəzsizdir.

Hər il sentyabrın 15-i Bakı daxil olmaqla, indiki Azərbaycan ərazilərini işğaldan azad edən, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının qarşısını alan, xalqın yaddaşında xilaskar kimi  yaşatdığı Nuru Paşanın və Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsi anılır.

2018-ci il avqust ayının əvvəllərindən sentyabrın 15-dək Bakı uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusu 1130-dək şəhid verib. Ümumilikdə isə 1918-ci il iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun dörd mindən çox əsgər və zabiti şəhid olub.

Azərbaycanda müstəqil dövlətin qurulmasında müstəsna xidmətləri olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adı hər zaman Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə yanaşı çəkilir. Nuru paşa Cümhuriyyətin qurulmasında iştirak etməsə də, Bakının xilas edilməsində onun qədər qiymətli iz qoymağı bacardı. Azərbaycan xalqı onu hər zaman böyük xilaskar əsgər kimi xatırlayır.

1918-ci ilin avqust ayında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Abşeron rayonunun Qobu kəndində qərargah qurub. Bakının xilas edilməsi üçün Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa özünə qərargah kimi kənd sakini Kərbəlayi Qasımın evini seçib. 

Oxu.Az-ın əməkdaşları paşanın qərargah olaraq seçdiyi evdən reportaj hazırlayıb.

Kərbəlayi Qasımın nəvəsi Akif Qasımov baba evinin paşanın özü tərəfindən şəxsən seçildiyini bildirib:

“Qobu kəndi dəniz səviyyəsindən yüksəkdə yerləşir. Həmin ev strateji cəhətdən çox əlverişli idi. Çünki kəndin ən hündür və iki mərtəbəli evi olub. Demək olar ki, Bakını idarə etmək üçün bütün şərait var idi. Buradan Bakının hər yeri görünürdü.

Bakı sanki əsgərlərin ovuclarının içərisində idi. Babamgilin yaşadığı ev isə Nuru Paşaya lazım olan yerləri görmək üçün ən əlverişli yer idi. Paşa evin ikinci mərtəbəsindəki eyvanından ingilislərə nəzarət edirdi.

Onlara dəniz yolu ilə qaçmağa icazə verirdi. Şəxsən özü ingilislərin paroxodlarının bir-bir dəniz yolu ilə getməsinə, Bakının təmizlənməsinə şahidlik edirdi.

Ümumi olaraq əsas qüvvələr kənddəki dağın üstündə qurulmuşdu. Piyadalar isə Qasımçapandan (indiki Qurd qapısı) Bakıya girirdi. Paşa tam təmizlənmə bitdikdən sonra Bakıya və digər rayonlara daxil olub”.

Paşanın Qobuda ermənilər olmadığı üçün bu kəndi seçib:

“Cümhuriyyət əsgərləri, Bakı qoçuları Nuru Paşaya bütün işlərdə kömək ediblər”.

Müsahibimiz bildirir ki, Nuru Paşa və ordunun digər məmurları evin ikinci mərtəbəsində, babasıgil isə birinci mərtəbədə məskunlaşıb:

“Ordunun buraya yerləşməsi ən azı 20 gün çəkib. Onlar bu evdə olanda işıq əvəzinə çıraq yandırıblar. Amma paşa ingilislərdən yayınmaq üçün çox vaxt çıraq belə yandırmağa icazə vermirdi. Həmin vaxt əmimin həyat yoldaşı hamilə olub. Nuru Paşaya xanımlardan birinin hamilə olduğunu və uşağın dünyaya gələcəyini deyirlər. Paşa yandırmadığı çıraqlarından birini aşağı göndərir. Deyir ki, qoy, uşaq işığa gəlsin.

Paşanın bu hərəkəti babamı çox təəccübləndirir. Paşanın göndərdiyi çıraq sayəsində əmimqızı qaranlıq deyil, işıqlı dünyaya gəlir. Qeyd edim ki, həmişə əmimqızı Qızqayıta Nuri Paşanın çırağa gətirdiyi uşaq deyirdilər”.

Onun sözlərinə görə, hazırda həmin evdə qardaşı və əmisi yaşayır:

“Bir müddət öncə qardaşım evi təmir etmək istədi. Amma hər kəs evin söküldüyünü yazdı. Əslində, elə bir şey yox idi. Sadəcə, qardaşım baxımsız qalan evi təmir etmək istəyirdi. Demək, hər kəs bu evin nə qədər əhəmiyyətli olduğunu bilir”.

Evin arxasındakı tut ağacından Nuru Paşa və əsgərləri tut yeyib:

“Çünki onların kəndə gələndə tutun yetişən vaxtı olub”.

Nuru Paşa kənddə yerləşən hamamdan da istifadə edib:

“Kəndimizdəki hamam məşhur “O olmasın, bu olsun” filmindəki Məşədi İbadın getdiyi hamama  bənzəyir. Hər iki hamam eyni layihə əsasında hazırlanıb.

Nuru Paşa və əsgərləri kənddə olduqları müddətdə həmin hamamdan istifadə edib. Hamam 1995-ci ilə kimi fəaliyyətini davam etdirib. Amma indi baxımsız vəziyyətdədir”.

Akif Qasımov qeyd edib ki, babasından paşa və digər yüksək rütbəli məmurların istifadə etdiyi məişət əşyaları qalıb:

“Heç kəsin əlinə düşməsin deyə oğluma vermişəm. Çünki nəvələrim çoxdur. Qorxuram ki, əllərinə düşən kimi itsin”.  

Qeyd edək ki, Nuru Paşa və Qafqaz İslam Ordusunun əsgər və zabitləri Azərbaycanda təkcə ölkəmizi və onun paytaxtını işğaldan azad edən qəhrəmanlar kimi deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının örnəyidirlər.

Sevinc Yasinqızı
FOTO: Ramil Zeynalov

Xəbər Lenti

| Azərbaycanlı boksçudan əzmkar qələbə - VİDEO

| Putin Ərdoğanı Rusiyaya dəvət etdi

| “Barış pınarı”: 637 terrorçu zərərləşdirildi

| Özünü qadın edən sabiq hərbçi yenidən kişi olmaq qərarına gəldi

| “Haqibis”in qurbanlarının sayı artdı

| Trampın vəkili də ittiham olunur – Bayden ilə bağlı araşdırmada iştirakı araşdırılır

| Haker hücumundan müdafiənin YOLLARI

| In emosiyalara daldı: düşünmək üçün Müqəddəs Pektusana çıxdı - FOTO

| Pens Trampdan üz döndərmədi – Demokratlar rədd cavabı aldılar

| Alimlər şizofreniya riskini artıran 10 gen aşkar ediblər – Xəstəliyin qarşısı alına bilər

| NASA Aya və Marsa uçuşlar üçün skafandrlar təqdim etdi - VİDEO

| Zelenski UMAB və DTB-yə icazəsiz dinləmələr aparmağa razılıq verdi

| Məşhur aktrisa “Instagram”a qatıldı – Sutka ərzində 3 milyon abunəçi topladı

| Pens və Pompeo Türkiyəyə hazırlaşırlar

| Beyləqan rayon sakini Bakıda başından bıçaqlanıb

| İllərdir zirzəmidə yaşayıb dünyanın sonunu gözləyən ailə tapılıb

| Azərbaycan Dünya Çimərlik Oyunlarında qızıl medalsız qaldı

| AMEA əməkdaşlarından ibarət musiqi ansamblı yaradılır

| Bakıda qadınlar arasında dava düşüb, 1 nəfər yaralanıb

| Bakıda avtobus 35 yaşlı qadını vurub

| Nazarbayev: “Türk baxışı 2040” proqramını hazırlamalıyıq

| Viskiyə görə həbsxanadan qaçan məhbuslar geri qayıdıblar

| Ərdoğan: Milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur

| Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz

| Telefonunun batareyası bitən qız cərimələnib

| Leyla Əliyeva Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında - FOTO

| Yasamalda 3 nəfər qırılan ağac budaqlarının altında qalıb

| Yevlaxda inək yol qəzasına səbəb olub

| İlham Əliyev nazirləri topladı

| Sabah bu rayonlarda qaz olmayacaq

| Su quyusuna düşmüş pişiyi FHN-in əməkdaşları xilas etdi

| Bir qulluq

| Həbib Nurməhəmmədov yeni zal açır - VİDEO

| Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri başa çatdı

| Ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi

| Yol polisi qəzada öldü, sürücü bəraət aldı - MƏHKƏMƏ

| Azərbaycanda qohumların mülk davası - Qadını xəstəxanalıq etdilər

| Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində - FOTO

| “Mercedes”, “Nissan”, “Chevrolet” üç min manatdan satışa çıxarıldı

| Pedofil 14 yaşlı uşağa mesaj yazdı: “Səndən 500 uşağımın olmasını istəyirəm”

| Paytaxtda razılaşdırılmayan istənilən siyasi aksiyanın qarşısı alınacaq - RƏSMİ

| Sayalı Sadıqova: Azərbaycanlılar öz uşaqlarını rus adları ilə çağıra bilməz

| Azərbaycanda dəhşət: Ər dörd uşaq anasına dözülməz işgəncələr verdi

| Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək

| Prezident deputatı təltif etdi

| Baltalanaraq öldürülən gəncin anası danışdı: Təkidlə oğlumu Kiyevə çağırdı

| UEFA Azərbaycana 2,5 milyon avro pul köçürdü

| Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlandı

| Nazir müavini və generalın qohumunun məhkəməsinin vaxtı açıqlandı

| #MənimləDanış: Nazirlik yeni kampaniyaya start verdi - VİDEO

| Gülüstan qalasının üzərinə “Qarabağ Azərbaycandır və nida işarəsi” lövhəsi asıldı - FOTO

| Azərbaycan Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazandı

| Terrorçular Türkiyə hərbi hissələrinə hücum etdi - Ordu şəhid verdi

| Məşhur müğənniyə təcavüz edildi - FOTO

| Azərbaycan Türkiyə vətəndaşını başqa ölkəyə verməkdən imtina etdi

| Bakıda “Beluqa Tahir” və mütəşəkkil dəstəsi belə ələ keçdi - VİDEO

| Nazir müavini valideynlərin ixtisas seçimlərinə müdaxiləsindən danışdı

| Türk Şurasının növbəti görüşü Türkiyədə keçiriləcək

| Nazarbayev “Türk Şurasının ömür boyu fəxri sədri” oldu

| Bakıda böyük şirkətin pul dolu seyfi oğurlandı

| Ərdoğan: Altı dövlət, tək millət olmağı arzu edirəm - VİDEO

| Həbib Nurməhəmmədov çayda belə məşq edir - VİDEO

| Azərbaycanda 24 yaşlı gənci qatar vurdu

| Azərbaycan nə baş verdiyini anlayır - Duqin Türkiyənin Suriyadakı əməliyyatlarını şərh edir

| Hava dəyişkən buludlu olacaq

| ABŞ Türkiyədəki bazasından 50 nüvə silahını çıxarmaq istəyir

|

İlham Əliyev Türk Şurasının Zirvə Görüşündə

| Timsah kilsəyə gedən qadını öldürdü

| Kirayə qaldığı mənzilləri almaq istəyənlərin - NƏZƏRİNƏ

| Basketbol Federasiyasının Prezidenti: Boykotçulara qapım açıqdır - EKSKLÜZİV

| Paşinyan həmsədrlərlə görüşdü - FOTO

| İşdən qanunsuz şəkildə çıxarılan 82 nəfər işlərinə bərpa edildi - RƏSMİ

| SOCAR Türkiyəyə investisiyalarını artıracaq

| Bakıda maşın çayxanaya girdi - ANBAAN VİDEO

| Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

| BŞTİ müdiri: Paytaxt məktəblərinin 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur

| Analarının zəhərlədiyi uşaqlardan xəbər var

| Leş ət satan “Bala Tofiq” ələ keçdi - FOTO

| Bu şirkət dövlət büdcəsinə 1,2 milyon manat xeyir verəcək

| Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO

| Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı

| Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir

| Şuxrat Salamov: Yerevanın Özbəkistanda səfirliyi yoxdur və belə davam etməsini istərdim

| Xərçənglə mübarizədə yeni üsul tapıldı

| Bu ərazilərdə qaz təchizatı dayandırılır

| Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır

| Tramp Türkiyəyə qarşı sanksiyalarla bağlı qərar verdi