Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Mehriban Əliyeva İsmayıllıda zəlzələdən zərər gördükdən sonra bərpa olunmuş evi ziyarət edib - FOTO

  13

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.

Bu ilin fevralında baş verən zəlzələ İsmayıllı rayonuna da ziyan vurub. Dövlətimizin başçısı bu rayonda da zəlzələnin ziyan vurduğu evlərin bərpası ilə bağlı tapşırıqlarını vermişdi.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfəri çərçivəsində Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən yeni evə gəldi, burada yaradılan şəraitlə tanış oldu.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sizi yeni evinizdə xoş gördük.

Sədiqə Orucova: Xoş gəlmisiniz. Çox sağ olun.

Mehriban Əliyeva: Zəlzələ evinizi tam yararsız vəziyyətə salmışdı?

Sədiqə Orucova: Bəli. Çox sağ olun. Nə yaxşı ki, Siz gəldiniz. Minnətdarıq.

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin salamlarını çatdıraraq, gələcəkdə yeni evdə ancaq xoş hadisələrin qeyd olunmasını arzuladı.

Mehriban Əliyeva dedi:

-Mən cənab Prezidentin tapşırığı ilə Şamaxı və İsmayıllı rayonlarına gəlmişəm. Çox şadam ki, bizim vətəndaşlar belə qısa bir zamanda yeni, tam rahat, hər bir şəraitlə təmin olunmuş evdə yaşayırlar. Bir çox evlər demək olar ki, yenidən tikilir, 2 minə yaxın evdə bərpa işləri aparılır. Mən çox şadam ki, işlərin demək olar yarısı tamamlanıb. Soydaşlarımız artıq yeni, daha rahat, daha geniş evlərdə yaşayırlar. Bu işlərdə Heydər Əliyev Fondu da çox fəaldır. Heydər Əliyev Fondunun dəstəyi ilə 3 rayonda 87 fərdi ev sakinlər üçün tikilir, hər bir rayonun kəndində yeni məktəb tikilib istifadəyə verilir, tibb məntəqələrində bərpa işləri aparılır, eyni zamanda, Şamaxıda çoxmərtəbəli 170 mənzillik 3 yeni bina inşa olunur. Yəni, bu, dövlətin öz vətəndaşına göstərdiyi qayğının təzahürüdür. Azərbaycan dövlətinin siyasəti hər zaman sosialyönümlü olub və bu addımlar davam edəcək. Həm cənab Prezident, həm də hökumət tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, Azərbaycanda yaşayan hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır. Uzun illərdir ki, bu istiqamətdə ardıcıl işlər aparılır.

Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə görülən işlərdən danışarkən, regionların sosial-iqtisadi inkişafı proqramının əhəmiyyətini vurğuladı, bu gün bütün rayonlarımızın abadlaşdığını, yeni infrastrukturla təmin edildiyini, yeni iş yerlərinin yaradıldığını qeyd etdi.

Mehriban Əliyeva: 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı proqramı həyata keçirilir. Biz keçmişə nəzər salsaq görərik ki, bütün ölkə üzrə, bütün rayonlarımız, regionlarımız, qəsəbələrimiz, kəndlərimiz nə qədər abadlaşıb. Yeni infrastruktur yaradılıb, yeni yollar salınıb, 640 yeni müasir xəstəxana tikilib, ölkədə mövcud olan 5 min məktəbdən 4 minə yaxını ya bərpa olunub, ya da yenidən inşa edilib. Yəni, bu, bütün istiqamətlərdə aparılan işlərdir. Regionlarda həm sənaye parkları, həm də aqroparklar salınır. Bu, öz növbəsində, yeni iş yerlərinin açılmasıdır, əhalinin məşğulluğudur. Ona görə, hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən atılan addımlar və proqramlar davam edəcək. Əlbəttə, bu işlər Azərbaycanın gələcək inkişafına, Azərbaycan xalqının yaşayış şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək.

Zəlzələdən əvvəl evin sahəsi 70 kvadratmetr idisə, yeni ev 100 kvadratmetrdir. 11 sot həyətyanı sahəsi olan evin otaqları tam təmir edilib.

Xəbər Lenti

| Trampın vəkili də ittiham olunur – Bayden ilə bağlı araşdırmada iştirakı araşdırılır

| Haker hücumundan müdafiənin YOLLARI

| In emosiyalara daldı: düşünmək üçün Müqəddəs Pektusana çıxdı - FOTO

| Pens Trampdan üz döndərmədi – Demokratlar rədd cavabı aldılar

| Alimlər şizofreniya riskini artıran 10 gen aşkar ediblər – Xəstəliyin qarşısı alına bilər

| NASA Aya və Marsa uçuşlar üçün skafandrlar təqdim etdi - VİDEO

| Zelenski UMAB və DTB-yə icazəsiz dinləmələr aparmağa razılıq verdi

| Məşhur aktrisa “Instagram”a qatıldı – Sutka ərzində 3 milyon abunəçi topladı

| Pens və Pompeo Türkiyəyə hazırlaşırlar

| Beyləqan rayon sakini Bakıda başından bıçaqlanıb

| İllərdir zirzəmidə yaşayıb dünyanın sonunu gözləyən ailə tapılıb

| Azərbaycan Dünya Çimərlik Oyunlarında qızıl medalsız qaldı

| AMEA əməkdaşlarından ibarət musiqi ansamblı yaradılır

| Bakıda qadınlar arasında dava düşüb, 1 nəfər yaralanıb

| Bakıda avtobus 35 yaşlı qadını vurub

| Nazarbayev: “Türk baxışı 2040” proqramını hazırlamalıyıq

| Viskiyə görə həbsxanadan qaçan məhbuslar geri qayıdıblar

| Ərdoğan: Milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur

| Prezident: Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz

| Telefonunun batareyası bitən qız cərimələnib

| Leyla Əliyeva Andrey Dementiyevin xatirəsinə həsr edilmiş filmin təqdimatında - FOTO

| Yasamalda 3 nəfər qırılan ağac budaqlarının altında qalıb

| Yevlaxda inək yol qəzasına səbəb olub

| İlham Əliyev nazirləri topladı

| Sabah bu rayonlarda qaz olmayacaq

| Su quyusuna düşmüş pişiyi FHN-in əməkdaşları xilas etdi

| Bir qulluq

| Həbib Nurməhəmmədov yeni zal açır - VİDEO

| Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri başa çatdı

| Ata uşağına şillə vurdu, direktor polisə şikayət etdi

| Yol polisi qəzada öldü, sürücü bəraət aldı - MƏHKƏMƏ

| Azərbaycanda qohumların mülk davası - Qadını xəstəxanalıq etdilər

| Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində - FOTO

| “Mercedes”, “Nissan”, “Chevrolet” üç min manatdan satışa çıxarıldı

| Pedofil 14 yaşlı uşağa mesaj yazdı: “Səndən 500 uşağımın olmasını istəyirəm”

| Paytaxtda razılaşdırılmayan istənilən siyasi aksiyanın qarşısı alınacaq - RƏSMİ

| Sayalı Sadıqova: Azərbaycanlılar öz uşaqlarını rus adları ilə çağıra bilməz

| Azərbaycanda dəhşət: Ər dörd uşaq anasına dözülməz işgəncələr verdi

| Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək

| Prezident deputatı təltif etdi

| Baltalanaraq öldürülən gəncin anası danışdı: Təkidlə oğlumu Kiyevə çağırdı

| UEFA Azərbaycana 2,5 milyon avro pul köçürdü

| Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlandı

| Nazir müavini və generalın qohumunun məhkəməsinin vaxtı açıqlandı

| #MənimləDanış: Nazirlik yeni kampaniyaya start verdi - VİDEO

| Gülüstan qalasının üzərinə “Qarabağ Azərbaycandır və nida işarəsi” lövhəsi asıldı - FOTO

| Azərbaycan Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazandı

| Terrorçular Türkiyə hərbi hissələrinə hücum etdi - Ordu şəhid verdi

| Məşhur müğənniyə təcavüz edildi - FOTO

| Azərbaycan Türkiyə vətəndaşını başqa ölkəyə verməkdən imtina etdi

| Bakıda “Beluqa Tahir” və mütəşəkkil dəstəsi belə ələ keçdi - VİDEO

| Nazir müavini valideynlərin ixtisas seçimlərinə müdaxiləsindən danışdı

| Türk Şurasının növbəti görüşü Türkiyədə keçiriləcək

| Nazarbayev “Türk Şurasının ömür boyu fəxri sədri” oldu

| Bakıda böyük şirkətin pul dolu seyfi oğurlandı

| Ərdoğan: Altı dövlət, tək millət olmağı arzu edirəm - VİDEO

| Həbib Nurməhəmmədov çayda belə məşq edir - VİDEO

| Azərbaycanda 24 yaşlı gənci qatar vurdu

| Azərbaycan nə baş verdiyini anlayır - Duqin Türkiyənin Suriyadakı əməliyyatlarını şərh edir

| Hava dəyişkən buludlu olacaq

| ABŞ Türkiyədəki bazasından 50 nüvə silahını çıxarmaq istəyir

|

İlham Əliyev Türk Şurasının Zirvə Görüşündə

| Timsah kilsəyə gedən qadını öldürdü

| Kirayə qaldığı mənzilləri almaq istəyənlərin - NƏZƏRİNƏ

| Basketbol Federasiyasının Prezidenti: Boykotçulara qapım açıqdır - EKSKLÜZİV

| Paşinyan həmsədrlərlə görüşdü - FOTO

| İşdən qanunsuz şəkildə çıxarılan 82 nəfər işlərinə bərpa edildi - RƏSMİ

| SOCAR Türkiyəyə investisiyalarını artıracaq

| Bakıda maşın çayxanaya girdi - ANBAAN VİDEO

| Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

| BŞTİ müdiri: Paytaxt məktəblərinin 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur

| Analarının zəhərlədiyi uşaqlardan xəbər var

| Leş ət satan “Bala Tofiq” ələ keçdi - FOTO

| Bu şirkət dövlət büdcəsinə 1,2 milyon manat xeyir verəcək

| Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO

| Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı

| Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir

| Şuxrat Salamov: Yerevanın Özbəkistanda səfirliyi yoxdur və belə davam etməsini istərdim

| Xərçənglə mübarizədə yeni üsul tapıldı

| Bu ərazilərdə qaz təchizatı dayandırılır

| Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır

| Tramp Türkiyəyə qarşı sanksiyalarla bağlı qərar verdi

| Tramp Türkiyəyə qarşı sanksiyalarla bağlı qərar verdi

| XİN İsveçrənin “Kuhner Fondu”nun üzvlərini arzuolunmaz şəxslər siyahısından çıxardı

| Özünü binadan atmaq istədi

| Azərbaycanda müğənni övladını həmkarına hədiyyə verir: “Danışdıq, razılaşdıq” - VİDEO

| Kataloniya etiraz edir: polis nümayişçilərlə əlbəyaxa oldu - VİDEO