Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Paraüzgüçümüz dünya çempionatında qardaşı ilə birgə eyni nəticə göstərib medal qazandı - VİDEO

  8

Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandasının üzvü Roman Saley Böyük Britaniyanın paytaxtı Londonda keçirilən para üzgüçülük üzrə dünya çempionatında ikinci medalını qazanıb.

Oxu.Az xəbər verir ki, idmançımız üzgüçülüyün sərbəst növündə yarışıb. 

Belaruslu legionerimiz 50 metr məsafəni 24.32 saniyəyə qət edərək yarışın bürünc medalına sahib olub. Maraqlıdır ki, Romanın Belarusu təmsil edən qardaşı Dmitri də eyni nəticəni göstərib deyə, onların hər ikisinə bürünc medal verilib.

Yarışda I yerə 23.53 saniyəlik nəticə ilə Ukrayna təmsilçisi İlya Yeremenko layiq görülüb. II yeri isə Ukraynanın digər təmsilçisi 23.91 saniyəlik nəticə ilə Yaroslav Denisenko qazanıb.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan təmsilçisi bu yarışlarda üzgüçülüyün arxası üstə yarışlarında II yeri tutaraq Tokio 2020 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.

Qeyd edək ki, sentyabrın 9-da başlayıb 15-də başa çatacaq dünya çempionatına 60 ölkədən 600-ə yaxın idmançı qatılıb.

Onu da bildirək ki, 25 yaşlı Roman Saley 2015-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş dünya çempionatının 50 metr məsafəyə sərbəst üsulla yarışında gümüş medal qazanıb. O həmçinin ötən Rio Paralimpiya Oyunlarının 100 metr məsafəyə arxası üstə yarışının gümüş mükafatçısıdır. 

Onun özündən dörd yaş böyük qardaşı Dmitri Saley Belarus adından 2008-ci ildə Pekin Paralimpiya Oyunlarının qalibi olub. Daha sonra o, 2013-cü ildə idmançılara Belarusda şərait yaradılmaması və onların aldadıldığını açıqlayaraq Azərbaycan vətəndaşlığını qəbul edib. O, 2015-ci ildə Azərbaycan adından dünya çempionatının gümüş və ikiqat bürünc medalını qazanıb. Həmçinin son Paralimpiya Oyunlarında Azərbaycana iki gümüş medal bəxş edib. Hər iki qardaş prezident İlham Əliyev tərəfindən "Vətənə xidmətə görə" III dərəcəli ordenlə təltif olunub.

Bununla belə, Dmitri Saley yenidən doğulduğu tarixi vətəni Belarus adından çıxış etməyə başlayıb.

Səbuhi Musayev

Xəbər Lenti

| “Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb"

| Bakının xilaskarı bu evdən ingilislərin gedişini izləyib: Nuru Paşanın Bakıdakı qərargahından - REPORTAJ

| Artıq çəkisinə görə məktəbdən çıxardılar

| Gəncədə piyadanı maşın vurdu

| 85 yaşlı pinəçinin Almaniyadan alınmış 65 illik yol yoldaşı - VİDEO

| Mehriban Əliyevadan Bilik günü təbriki - FOTO

| İlham Əliyev: Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir

| Sabirabadda avtomobil aşdı: ölən var

| Bakının azad edilməsinin 101-ci ili: “Al Bakını! Vətəninə bir altun ərməğan apar!”

| Antalyada rus turistlərin paraşütdən düşmələri səhnəsi yayıldı - VİDEO

| Gecə kabusu qadını xəstəxanalıq etdi - FOTO

| Böyük Britaniya digər raketləri müdafiə edə biləcək raket hazırlayacaq

| Roma Papası ömürlük həbs cəzasına qarşı çıxdı

| Boris Conson Halka çevrildi - FOTO

| ABŞ bazarı sabitləşdirmək üçün ehtiyat neftdən istifadə etməyə hazırdır

| Fıstıq allergiyasına qarşı ilk dərman təsdiqləndi

| ABŞ-ın SSRİ-yə qarşı göyərçin "agentlər"inin üstü açıldı - Sənədlər ələ keçdi

| Dronların hücumu Səudiyyə Ərəbistanını neft hasilatının yarısından məhrum etdi

| Afrika terrorla kəskin mübarizəyə başlayır – 1 milyard dollar xərclənəcək

| Türkiyədə millət vəkili axtarışa verilib - FOTO

| İbrahimoviç meydana qaçan fanatı baxışı ilə “yıxdı” - VİDEO

| Souden Fransadan sığınacaq istədi

| “Zirə” “Sumqayıt”a, “Qəbələ” “Sabah”a qalib gəldi - VİDEO

| İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

| Novxanıda ağır qəza: üç ölü, altı yaralı

| Birinci vitse-prezident İsmayıllıda uşaq bağçasının açılışında iştirak edib - FOTO

| Lənkəranda piyada əleyhinə mina aşkarlanıb - FOTO

| Mehriban Əliyeva İsmayıllıda zəlzələdən zərər gördükdən sonra bərpa olunmuş evi ziyarət edib - FOTO

| Şabranda “Ford” yandı

| Birinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTO

| Şəmkirdə balıq ovu turniri keçirilir - FOTO

| Mehriban Əliyeva Şamaxı zəlzələsində qəzalı vəziyyətə düşmüş evi yenidən inşa olunan ailə ilə görüşüb - FOTO

| Polşalı turisti Ermənistanda ayı parçaladı

| Heydər Əliyev Fondu Şamaxıda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş evin yerində yenisini inşa edib - FOTO Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub.

| Avqustda itkin düşmüş qadın və azyaşlı qızı tapıldı

| Şamaxı cümə məscidinin imamı Mehriban Əliyevaya Quran hədiyyə etdi - FOTO

| Birinci vitse-prezident Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışını edib - FOTO

| Mehriban Əliyeva Şamaxıya səfər edib - FOTO

| Dünyanın ən varlı qadınları - SİYAHI + FOTO

| Rusiya “SU-35”ləri Türkiyədə

| Ağstafada partlamamış raket mərmiləri tapıldı - FOTO

| Nurməhəmmədov Puaryeyə verdiyi vədi yerinə yetirdi

| Usama bin Ladenin oğlu öldürüldü

| Yevlax və Şəmkirdə texnika xətti zədələdi, yüzlərlə abonent qazsız qaldı - FOTO

| Narkotiki daxili orqanında sərhəddən keçirmək istədi

| Sibir vesterni: 1943-cü ildə qızıl mədənlərini soyan Evenk Pavlovun quldur dəstəsi

| Müdafiə Nazirliyi və Türkiyə səfirliyindən birgə yürüş - FOTO

| 35 il səhvən həbsdə yatan qadın üç milyon dollar təzminat alacaq - FOTO

| Paytaxtın bəzi məhəllələri işıqsız qaldı - VİDEO

| İlk amerikalı milyarder qadın: 10 yaşından işləməyə başlayıb - FOTO

| Kərimov və Niyazov Daşkənd və Aşqabadın Türk Şurasına daxil olmasına qarşı çıxıb - Ekspert

| Güləş üzrə dünya və Avropa çempionatlarının məkanları açıqlandı

| Antalyada azərbaycanlı belə bıçaqlandı - VİDEO

| Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO

| Azərbaycanın Xalq rəssamı vəfat etdi

| Olqa Kazakova: Dil baryerinin olmaması rus mədəniyyət xadimlərini Azərbaycana cəlb edəcək - VİDEO

| Bakıda üçotaqlı ev yanaraq kül oldu