Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

HİCRİ-QƏMƏRİ TƏQVİMİ NECƏ YARANDI?

  29

Bu təqvim Rəsulullahın Məkkədən Mədinəyə hicrəti günündən başlayır

Təqvim - böyük vaxt intervallarının hesablanması sistemidir. Onun əsasını göy cisimlərinin hərəkəti  ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir. Təqvimdə ilin fəsilləri, gecə-gündüz növbələşməsi, Ay səfhələrinin (Ayın görünən hissəsinin müxtəlif formaları) dəyişməsindən istifadə edilir. Bəşər üç növ təqvim müəllifidir: 1) Əsas vahidi tropik il (Günəşin yaz gecə-gündüz bərabərliyi nöqtəsindən  iki dəfə ardıcıl keçməsi arasındakı müddət) olan Günəş təqvimi; 2) Ay (ərəbcə Qəmər, Yerin təbii peyki) təqvimi. Bu təqvimin əsas vahidi sinodik (Ayın  Yerdəki müşahidəçi üçün Günəşə nəzərən əvvəlki vəziyyətinə qayıtdığı müddət) Aydır; 3) Ay-Günəş təqvimi. Burada əsas vahid ay və ildir. Günəş təqvimində ilin başlanğıcı həmişə eyni vaxta düşdüyü halda, Ay təqvimində bu vaxt başqa fəsil və ya günə düşür. Ay-Günəş təqvimində isə Günəşin hərəkəti Ay səfhələrinin növbələşməsi ilə uzlaşdırılır.

2019 ildir ki, bəşər yanlış təqvimdən istifadə edir.

Təqvimdə ilin sıra nömrəsi müəyyən bir eradan  - şərti başlanğıcdan götürülür. Era (latınca Aera - an, ləhzə) - hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc anıdır. Yəni müəyyən vaxtın ardıcıl hesabı bu andan başlayır. Era 3 növdür: 1) Astronomik era, məsələn, ən qədim hind erası (Kali). Bu era bəzi planetlərin vəziyyətinə görə hesablanıb və b.e.ə. 3102-ci il fevralın 18-dən başlanır; 2) siyasi era, məsələn, Navoxodonosor erası. Bu era onun b.e.ə.747-ci il fevralın 26-da Babilistan padşahı kimi taxta çıxdığı gündən hesablanır və ya 1792-ci il 22 sentyabr Fransada birinci respublikanın elan edilməsi münasibətilə başlanan fransız erası; 3) Dini era. Buraya "İsanın doğulması"ndan (Roma şəhərinin əsasının qoyulmasının b.e.ə 754-753-cü illəri) başlanan era; b.e.ə. 544-cü ildə Buddanın qəbul edilən ölüm tarixindən başlanan Budda erası. İudaizm mənsublarına - yəhudilərə gəlincə, onlar eralarının başlanğıcını müasir insanın ulu babası Adəmin yaradılması vaxtından qəbul ediblər. Onlara görə, Adəm 5780 il bundan qabaq yaradılıb və bu il (2019-cu il) yəhudi təqviminə görə 5780-ci  ildir.

İslam erası.

Qeyd edək ki, hazırda dünyada işlək era kimi məhz dini era formalarından istifadə edilir. Belə ki, beynəlxalq təcrübəyə və tarix elmi əsasən dini eranın bir növünü, "İsanın doğulması" anını bizim eranın başlanğıcı qəbul edib. Bu era İncilə istinadən keşiş Dionis tərəfindən VI əsrdə hazırlanıb.

 Dionis hesab edib ki, İsa (Məsih) 25 dekabr 753-cü ildə, yəni Roma şəhərinin əsası qoyulduqdan 753 il sonra doğulub və 754-cü il yeni eranın 1-ci ilidir. Bunun əksinə olaraq tarixi mənbələrin hamısı peyğəmbərin doğum ilinin b.e.ə. 7 və ya 6-cı il olduğunu göstərir. Buna baxmayaraq, planetin əksər hissəsi indi də bu yanlış təqvimdən istifadə edir.

Tarixən insanlar işıq, qaranlıq, isti, soyuq kimi təbiət hadisələrini göy cisimlərinin hərəkəti ilə izah etməyə çalışıblar. Yerin təbii peyki olan Ayın Yer ətrafında 12 dəfə dövr etməsini 12 sinodik aya ilk dəfə bölən (b.e.ə. 2500-3000-ci  illər) babillilər olub. Onların qəbul etdikləri bu təqvim Qəməri adlanıb. Bu tərtibi Quran "Həqiqətən Allah yanında ayların sayı 12-dir" ayəsi ilə təsdiq edir. Həmin təqvimə əsasən 1 il 354,3 gündür. Yəni Ay planetinin Yer ətrafında 12 dəfə dönməsi 354,3 gün ərzində baş verir. Bir təzə ay ilə ikinci təzə ay arasındakı müddəti 29.5 gün müəyyənləşdirib və onu vaxt vahidi (bir ay) qəbul edən də babillilər olub. Qəməri təqvimi ilə işləyən babillilər praktik fəaliyyətlərində bir ayı 29, digərini isə 30 gün qəbul ediblər.

Günəş təqvimində isə Yerin Günəş ətrafında tam bir dövrü əsas götürülür və o, 1 il adlanır. Məlumdur ki, bu təqvimdə 1 il 365 günə bərabərdir. Göründüyü kimi, Qəməri (Ay) təqvimi Şəms (Günəş) təqvimindən 11 gün azdır. Elə Ay təqvimində ilin başlanğıcının başqa vaxtlara düşməsinin, yəni ayların "gəzməsinin" səbəbi də budur.

Ərəblər də hələ eramızdan 1000 il əvvəl Qəməri təqvimilə işləyiblər. Onlar sonradan, yəni həz. Peyğəmbərin miladi 622-ci ildə Məkkədən Mədinəyə hicrət etməsini yeni tarixin hesablanma anı, müsəlman erası və Hicri təqviminin başlanğıcı kimi qəbul etdilər. Hicrətin həqiqi tarixi haqqında isə müxtəlif fikirlər var. Əksər mənbələrə görə, hicrət rəbiüləvvəl ayının 8-də olub (622-ci ilin 20 sentyabrı). Bəziləri bu tarixi Məkkədən çıxma tarixi yox, Mədinəyə gəlmə tarixi kimi qəbul ediblər. Ayın 8-i gününün seçilməsinə səbəb, bu günün bazar ertəsinə təsadüf etməsi olub. Belə ki, həz. Peyğəmbərdən nə üçün bazar ertəsini mübarək saydığını soruşduqda, o, bu cavabı verib: "O gün doğuldum, o gün risalətə çatdım və yenə o gün hicrət etdim". Biruninin (973-1948) rəvayətinə görə, "müsəlmanlar Mədinəyə çatdıqları gün yəhudiləri Aşura (tövbə və ixtisvar) bayramını keçirən gördülər".

Yeri gəlmişkən, həz. Peyğəmbər miladi ilə iyunun 8-ə təsadüf edən rəbiüləvvəl ayının bazar ertəsi günü də vəfat edib. 

Həz. Əli həm də hicri-qəməri təqvimin müəllifidir

Hicri tarixininin kim tərəfindən başlanğıc elan edilməsi barədə müxtəlif fikirlər var. Bu təqvimin şəxsən həz. Peyğəmbər tərəfindən təsbit edilməsinə dair rəvayətlər həqiqətə uyğun deyil. Həmin təqvimin yaradıcısının Yəməndə xəlifənin valisi olan ibn Üməyyə olmasını da tarix təkzib edir. Hicri tarixinin 2-ci xəlifə (634-644) həz. Ömər tərəfindən həyata keçirilməsini isə əksər qaynaqlar təsdiq edir. Rəvayətlərə görə, həz.Ömər xilafətin sosial-ictimai həyatını əks etdirən sənədlərdə tarix qoymaq barədə çətinlik çəkib. Biruninin yazdığına görə, Əbu Musə Əl-Əşəri Ömərə yazıb: "Bizə tarixsiz məktublar göndərirsiniz!".

Məhz bundan sonra xəlifə həmin məsələ barədə dövrünün alimləri ilə müşavirə keçirib. Bu şurada həz. Əli, Səd ibin - Əbi Vəqqas, Təlha və başqaları iştirak edib. Səd Peyğəmbər (ə)-nin vəfat gününü təklif edib. Təlha bu təklifə etiraz edərək deyib: "Mən belə kədərli günün İslam tarixində başlanğıc olmasını məsləhət görmürəm". O, xristian (miladi) təqviminin İsa (ə)-nin anadan olması günündən götürülməsini arqument gətirərək, İslam tarixinin həz. Peyğəmbərin doğum gü-nündən hesablanmasını təklif etdi. Lakin Peyğəmbər (ə)-nin anadan olma gününün dəqiq vaxtı qeyri-müəyyən olduğundan (bəzi mənbələr həz. Peyğəmbərin 569, digərləri 571, əksəriyyət isə 570-ci ildə anadan olduğunu iddia edirlər) bu təklif də qəbul olunmayıb. Xəlifə Ömərin həz. Əliyə xitabən: "Ya Əli, sənin fikrin nədir?" sorğusuna, həz. Əli deyib: "Mən Rəsulullahın Məkkədən Mədinəyə hicrət etdiyi ilin hicri təqviminin başlanğıcı kimi qəbul edilməsini təklif edirəm. Çünki bu hadisə elə bir xatirədir ki, dünya durduqca qiymətini itirməyəcək. Qiyamətə qədər yaşayan müsəlmanlar ilk möminlərin imanları uğrunda mallarını, mülklərini, qohum-əqrabalarını tərk edib, bir ovuc xurma ilə yola çıxmalarının hikməti üzərində ibrətlə düşünəcəklər..."

Bu təklif yekdilliklə qəbul olundu. Həmin hadisə hicrətdən 17 il sonra, miladi 639-cü ildə baş verib. Şuradan sonra xəlifə Ömər belə fərman imzaladı: "Ey müsəlmanlar! Bundan sonra heç kəç rast gəldiyi hadisəni tarix başlanğıcı kimi qəbul etməsin. Rəsuli Əkrəmin hicrət etdiyi il (miladi 622-ci il -V.C.) İslam təqviminin birinci ili, səhabələrin ilk dəfə hicrət etdiyi Məhərrəm ayı isə ilin birinci ayı qəbul edildi".

Qeyd edək ki, bu tarixin təsdiqindən əvvəl müsəlmanlar öz illərinə İzn ili, Zəlzələ ili, Vida ili, Fil ili və s. adlar veriblər.

Qəməri təqvimi iki növdür. a) Həz. Ömərin şurada təsdiq etdiyi hicri-qəməri təqvimi. Bu təqvimə əsasən, 1 il 354,3 gün təşkil edir ki, o da Ay planetinin Yer ətrafında 12 dəfə dönməsinə - 12 təqvim ayına müvafiqdir.

Hicri-qəməri təqvimində ayların ardıcıllığı və adları belədir: 1) Məhərrəm; 2) Səfər; 3) Rəbiüləvvəl; 4) Rəbiülaxir; 5) Cəmədiyüləvvəl; 6) Cəmədiyülaxir; 7) Rəcəb; 8) Şəban; 9) Ramazan; 10) Şəvval; 11) Zilqədə;  12) Zilhiccə. 

Hicri-qəməri təqvimindən miladi təqviminə keçmək üçün: 1) Hər hansı müsəlman ili 33-ə bölünür; 2)Həmin müsəlman ilindən alınan qismət çıxılır; 3) Alınan qalığın üstünə 622 cəm olunur.

Miladi=(hicri-hicri:33)+622

Miladi təqvimindən hicri-qəməri təqviminə keçmək üçün isə: 1) Miladi təqviminin hər hansı ilindən 622 çıxılır; 2) Qalıq 32-yə bölünür; 3)Alınan qismət qalığın üstünə cəmlənir.

Hicri=miladi-622+(miladi-622):32

Hesablamalar zamanı qalan kəsirlər yarıdan azdırsa nəzərə alınmır, yarıdan çoxdursa, ümumi rəqəmin üstünə bir vahid artırılır.

  1. b) Hicri-şəmsi təqvimi. İranda qəbul edilən bu təqvim, miladi erasında olduğu kimi Günəş sistemi təqviminə əsaslanır və 1 il 365 gündən ibarətdir. Bu müddət isə Yerin Günəş ətrafında bir dəfə tam dönməsinə uyğundur. Həmin təqvim 1925-ci il martın 21-dən, yəni Novruz bayramı günündən başlanır. Dini era kimi hicri-şəmsi təqvimində başlanğıc il miladi 622-ci ilə - həz. Peyğəmbərin hicrət etdiyi ilə müvafiqdir. Hazırda Miladi 2019-cu il hicri-şəmsi təqviminə görə (2019-622) 1397-cı ildir.

Məlumdur ki, Azərbaycan da dünyəvi dövlət kimi eranın Miladi təqvimindən istifadə edir. Lakin biz bir müsəlman olaraq dövlətin inanc azadlığına və əlamətdar dini bayramlara verdiyi önəmin şahidiyik. Bəzi dini günlərin ölkəmizdə qeyri-iş günü olması da bunu sübut edir.

Əslində iman, elm, iradə vəhdətində olan vətəndaşın təqvimin hər bir gününü dəyərli etməsi, ona Allah rizasını qazanmaq üçün verilən bir şansdır. İnşəəlləh, bu şanslardan bəhrələnərək Azərbaycan bayrağının Şuşada dalğalanacağı gün deyəcəyik: Azərbaycan öz tarixində yeni eraya qədəm qoydu.

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

Xəbər Lenti

| “Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb"

| Bakının xilaskarı bu evdən ingilislərin gedişini izləyib: Nuru Paşanın Bakıdakı qərargahından - REPORTAJ

| Artıq çəkisinə görə məktəbdən çıxardılar

| Gəncədə piyadanı maşın vurdu

| 85 yaşlı pinəçinin Almaniyadan alınmış 65 illik yol yoldaşı - VİDEO

| Mehriban Əliyevadan Bilik günü təbriki - FOTO

| İlham Əliyev: Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir

| Sabirabadda avtomobil aşdı: ölən var

| Bakının azad edilməsinin 101-ci ili: “Al Bakını! Vətəninə bir altun ərməğan apar!”

| Antalyada rus turistlərin paraşütdən düşmələri səhnəsi yayıldı - VİDEO

| Gecə kabusu qadını xəstəxanalıq etdi - FOTO

| Böyük Britaniya digər raketləri müdafiə edə biləcək raket hazırlayacaq

| Roma Papası ömürlük həbs cəzasına qarşı çıxdı

| Boris Conson Halka çevrildi - FOTO

| ABŞ bazarı sabitləşdirmək üçün ehtiyat neftdən istifadə etməyə hazırdır

| Fıstıq allergiyasına qarşı ilk dərman təsdiqləndi

| ABŞ-ın SSRİ-yə qarşı göyərçin "agentlər"inin üstü açıldı - Sənədlər ələ keçdi

| Dronların hücumu Səudiyyə Ərəbistanını neft hasilatının yarısından məhrum etdi

| Afrika terrorla kəskin mübarizəyə başlayır – 1 milyard dollar xərclənəcək

| Türkiyədə millət vəkili axtarışa verilib - FOTO

| İbrahimoviç meydana qaçan fanatı baxışı ilə “yıxdı” - VİDEO

| Souden Fransadan sığınacaq istədi

| “Zirə” “Sumqayıt”a, “Qəbələ” “Sabah”a qalib gəldi - VİDEO

| İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

| Novxanıda ağır qəza: üç ölü, altı yaralı

| Birinci vitse-prezident İsmayıllıda uşaq bağçasının açılışında iştirak edib - FOTO

| Lənkəranda piyada əleyhinə mina aşkarlanıb - FOTO

| Mehriban Əliyeva İsmayıllıda zəlzələdən zərər gördükdən sonra bərpa olunmuş evi ziyarət edib - FOTO

| Şabranda “Ford” yandı

| Birinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTO

| Şəmkirdə balıq ovu turniri keçirilir - FOTO

| Mehriban Əliyeva Şamaxı zəlzələsində qəzalı vəziyyətə düşmüş evi yenidən inşa olunan ailə ilə görüşüb - FOTO

| Polşalı turisti Ermənistanda ayı parçaladı

| Heydər Əliyev Fondu Şamaxıda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş evin yerində yenisini inşa edib - FOTO Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub.

| Avqustda itkin düşmüş qadın və azyaşlı qızı tapıldı

| Şamaxı cümə məscidinin imamı Mehriban Əliyevaya Quran hədiyyə etdi - FOTO

| Birinci vitse-prezident Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışını edib - FOTO

| Mehriban Əliyeva Şamaxıya səfər edib - FOTO

| Dünyanın ən varlı qadınları - SİYAHI + FOTO

| Rusiya “SU-35”ləri Türkiyədə

| Ağstafada partlamamış raket mərmiləri tapıldı - FOTO

| Nurməhəmmədov Puaryeyə verdiyi vədi yerinə yetirdi

| Usama bin Ladenin oğlu öldürüldü

| Yevlax və Şəmkirdə texnika xətti zədələdi, yüzlərlə abonent qazsız qaldı - FOTO

| Narkotiki daxili orqanında sərhəddən keçirmək istədi

| Sibir vesterni: 1943-cü ildə qızıl mədənlərini soyan Evenk Pavlovun quldur dəstəsi

| Müdafiə Nazirliyi və Türkiyə səfirliyindən birgə yürüş - FOTO

| 35 il səhvən həbsdə yatan qadın üç milyon dollar təzminat alacaq - FOTO

| Paytaxtın bəzi məhəllələri işıqsız qaldı - VİDEO

| İlk amerikalı milyarder qadın: 10 yaşından işləməyə başlayıb - FOTO

| Kərimov və Niyazov Daşkənd və Aşqabadın Türk Şurasına daxil olmasına qarşı çıxıb - Ekspert

| Güləş üzrə dünya və Avropa çempionatlarının məkanları açıqlandı

| Antalyada azərbaycanlı belə bıçaqlandı - VİDEO

| Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO

| Azərbaycanın Xalq rəssamı vəfat etdi

| Olqa Kazakova: Dil baryerinin olmaması rus mədəniyyət xadimlərini Azərbaycana cəlb edəcək - VİDEO

| Bakıda üçotaqlı ev yanaraq kül oldu

| İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO