Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Vaqif Sadıqov: Klublar Premyer Liqadakı oyunlara görə mükafat ödəyirlərsə, milliyə niyə verilməsin?

  8

Azərbaycan millisinin Uels və Xorvatiya yığmalarına qarşı sərgilədiyi futbol, oyun nizam-intizamı bizi qane etdi. Düzdür, Kardiffdə heç-heçə hesabını sonadək qoruya bilmədik, amma bunun da obyektiv və subyektiv səbəbləri var.

Bunu Report-a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində səfərdə Uels yığmasına məğlubiyyətini və Bakıda Xorvatiya ilə heç-heçə oynamasını şərh edərkən deyib.

60 yaşlı mütəxəssisin sözlərinə görə, Kardiffdəki oyunda baş hakim Farrucia Kann Trustinin səhvləri nəticəyə təsir edib:

“İkinci qolda qapıçımız Səlahət Ağayevə qarşı aşkar qayda pozuntusu vardı. Bunu dəqiqliklə deyə bilərəm. Yan xətt hakimi həmin epizodda bayrağını qaldırsa da, referi ona məhəl qoymadı. Heyətdə bəzi itkilər olsa da, gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Bu, sevindirici haldır.

Həm Uelslə, həm də onun davamı kimi Xorvatiya ilə qarşılaşmada millimiz tamamilə fərqli oyun sərgilədi. Kardiff şəhərindən Vətənə xalla olmasa da, ümidverici oyunla döndük. Bakıda isə güclü Xorvatiya komandasına qarşı xüsusən də 2-ci hissədə çox gözəl futbol nümayiş etdirməklə ilk xalımızı qazandıq.

Ancaq mənim üçün xaldan önəmlisi gənc futbolçularımızın performanı və ortaya qoyduğumuz oyun oldu. Azarkeşlərimizi də qeyd etmək istərdim. İlk dəqiqələrdən sonadək komanda ilə birgə nəfəs aldılar. Xorvatiya ilə matçda baş məşqçimiz Nikola Yurçeviçin əvəzetmələri də böyük rol oynadı.

İlk yarı ilə müqayisədə, fasilədən sonra tam fərqli oyun modelinə keçməklə üstünlüyü ələ aldılar. Biz sona qədər hücumda olan bir Azərbaycan millisi gördük. Həmçinin, müdafiədə də çox etibarlı çıxış etdilər. Komandanın əhval-ruhiyyəsi çox yaxşıdır. Bu çıxışın davamını gözləyirik”.

Sadıqov heyətdə yer alan gənclərin gələcəyə nikbin baxmağa əsas verdiyini vurğulayıb:

“Əvvələr deyirdik ki, hansısa səbəblərdən heyətdə itkilər var. Ancaq son iki matçda itkiləri əvəz edənlər işlərinin öhdəsindən çox yaxşı gəldilər. Qapıçı Emil Balayevdən tutmuş, Bəhlul Mustafazadə, Ramil Şeydayev, Mahir Emreli və digərləri çox inamlı oynadılar. Bu gənclər gələcəyə nikbin baxmağımıza əsas verir”.

Azərbaycan millisinin sabiq baş məşqçisi olan Sadıqov Xorvatiya yığması ilə heç-heçəyə görə heyət üzvlərinə mükafat verilməsinə də toxunub:

“Heç bir futbolçu millinin forması ilə oyunlara mükafat üçün çıxmır. Bunu həm şəxsi təcrübəmə, həm də hazırkı müşahidələrimə əsasən deyirəm. Heç bir oyunçu ölkəsinin əsas komandasında mükafat iddiası da qaldırmır. Ardıcıl 5 oyunda uduzub, 6-cı matçda xal qazanırıqsa, həvəsləndirici mükafat ola bilər.

Bu, bütün dünyada normal qəbul olunmuş haldır və təbii qarşılanmalıdır. İstər milli komandalarda, istərsə də klublarda mükafat verirlər. Xorvatiya ilə bərabərliyə görə mükafatın verilib-verilməməsindən xəbərsizəm. Verilbsə, bu, normal haldır. Bizim də vaxtımızda həvəsləndirici mükafatlar vardı.

Bunu da seçmə mərhələnin əvvəlində təyin edirdilər. Ancaq yenə deyirəm, bizim dönəmimizdə milliyə dəvət alanlar mükafat məsələsinə önəm vermirdilər. İndi də elədir. Milli komandanın formasını geyinən şəxs vətəni, xalqı, öz ailəsi üçün meydana çıxır.

Belə məqamlarda mükafat fikirləşmirlər. Bu gün 8 komandanın iştirak etdiyi Azərbaycan Premyer Liqasında klublar nəticələrə görə mükafat verirlərsə, beynəlxalq miqyasda uğur əldə edən milli üzvlərinə niyə verilməsin?

Bir daha təkrar edirəm, millidə oynayanlar mükafat fikirləşmirlər. Digər tərəfdən, bir futbolçunun milliyə düşməsi onun inkişafı üçün geniş imkanlar açır. İnkişaf olandan sonra pul onsuz da özü gəlir”. 

Qeyd edək ki, Uelsə səfərdə 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Xorvatiya ilə ev oyununda heç-heçəyə nail olub - 1:1.  

Xəbər Lenti

| Gecə kabusu qadını xəstəxanalıq etdi - FOTO

| Böyük Britaniya digər raketləri müdafiə edə biləcək raket hazırlayacaq

| Roma Papası ömürlük həbs cəzasına qarşı çıxdı

| Boris Conson Halka çevrildi - FOTO

| ABŞ bazarı sabitləşdirmək üçün ehtiyat neftdən istifadə etməyə hazırdır

| Fıstıq allergiyasına qarşı ilk dərman təsdiqləndi

| ABŞ-ın SSRİ-yə qarşı göyərçin "agentlər"inin üstü açıldı - Sənədlər ələ keçdi

| Dronların hücumu Səudiyyə Ərəbistanını neft hasilatının yarısından məhrum etdi

| Afrika terrorla kəskin mübarizəyə başlayır – 1 milyard dollar xərclənəcək

| Türkiyədə millət vəkili axtarışa verilib - FOTO

| İbrahimoviç meydana qaçan fanatı baxışı ilə “yıxdı” - VİDEO

| Souden Fransadan sığınacaq istədi

| “Zirə” “Sumqayıt”a, “Qəbələ” “Sabah”a qalib gəldi - VİDEO

| İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

| Novxanıda ağır qəza: üç ölü, altı yaralı

| Birinci vitse-prezident İsmayıllıda uşaq bağçasının açılışında iştirak edib - FOTO

| Lənkəranda piyada əleyhinə mina aşkarlanıb - FOTO

| Mehriban Əliyeva İsmayıllıda zəlzələdən zərər gördükdən sonra bərpa olunmuş evi ziyarət edib - FOTO

| Şabranda “Ford” yandı

| Birinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTO

| Şəmkirdə balıq ovu turniri keçirilir - FOTO

| Mehriban Əliyeva Şamaxı zəlzələsində qəzalı vəziyyətə düşmüş evi yenidən inşa olunan ailə ilə görüşüb - FOTO

| Polşalı turisti Ermənistanda ayı parçaladı

| Heydər Əliyev Fondu Şamaxıda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş evin yerində yenisini inşa edib - FOTO Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub.

| Avqustda itkin düşmüş qadın və azyaşlı qızı tapıldı

| Şamaxı cümə məscidinin imamı Mehriban Əliyevaya Quran hədiyyə etdi - FOTO

| Birinci vitse-prezident Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışını edib - FOTO

| Mehriban Əliyeva Şamaxıya səfər edib - FOTO

| Dünyanın ən varlı qadınları - SİYAHI + FOTO

| Rusiya “SU-35”ləri Türkiyədə

| Ağstafada partlamamış raket mərmiləri tapıldı - FOTO

| Nurməhəmmədov Puaryeyə verdiyi vədi yerinə yetirdi

| Usama bin Ladenin oğlu öldürüldü

| Yevlax və Şəmkirdə texnika xətti zədələdi, yüzlərlə abonent qazsız qaldı - FOTO

| Narkotiki daxili orqanında sərhəddən keçirmək istədi

| Sibir vesterni: 1943-cü ildə qızıl mədənlərini soyan Evenk Pavlovun quldur dəstəsi

| Müdafiə Nazirliyi və Türkiyə səfirliyindən birgə yürüş - FOTO

| 35 il səhvən həbsdə yatan qadın üç milyon dollar təzminat alacaq - FOTO

| Paytaxtın bəzi məhəllələri işıqsız qaldı - VİDEO

| İlk amerikalı milyarder qadın: 10 yaşından işləməyə başlayıb - FOTO

| Kərimov və Niyazov Daşkənd və Aşqabadın Türk Şurasına daxil olmasına qarşı çıxıb - Ekspert

| Güləş üzrə dünya və Avropa çempionatlarının məkanları açıqlandı

| Antalyada azərbaycanlı belə bıçaqlandı - VİDEO

| Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO

| Azərbaycanın Xalq rəssamı vəfat etdi

| Olqa Kazakova: Dil baryerinin olmaması rus mədəniyyət xadimlərini Azərbaycana cəlb edəcək - VİDEO

| Bakıda üçotaqlı ev yanaraq kül oldu

| İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO

| “Kiyev-Peçora monastrı” Bakıda - VİDEO

| Bakı polisindən çağırış: “Yol qaydalarına əməl edin, əks təqdirdə...”

| Bakıda yeniyetmələr arasında bıçaqlaşma

| İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq

| İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq

| “Tofiq Bəhramov”da mövsümün ilk prinsipial qarşıdurması - PREVYU

| DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı

| Azərbaycanda tüfeyli ana sərxoş olaraq uşağını dəfələrdə döydü

| Azərbaycanlı keçmiş arvadını amansızlıqla qətlə yetirdi - FOTO/VİDEO

| Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF

| Gündüz İsmayılov: Sorğu keçirsək, çoxları əsl mömin olduğunu iddia edəcək - MÜSAHİBƏ

| BMW “Ford”la toqquşdu: hər ikisi arakəsməyə dəyərək aşdı - VİDEO

| Bakıda tələbə vəfat edib

| Dünya çempionumuz peşəkar rinqə nokautlu qələbə ilə başladı

| Anasıgilə gedəcəyini deyən gəlin azyaşlı qızı ilə yoxa çıxdı - FOTO

| Sürücüsüz ZİL “Jiquli”yə çırpıldı

| Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi

| Lənkəranlı bağban bir ağacda yeddi meyvə yetişdirir - VİDEO