Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Azərbaycanlı ifaçılar Sami Yusufla "Sığmazam"ı oxumalarından danışdılar

  10

İyulun 30-da Bakıda Heydər Əliyev Mərkəzində baş tutan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasiminin bədii hissəsində Cənubi azərbaycanlı Sami Yusufun görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam" qəzəlini özünəməxsus şəkildə xor və orkestrin müşayiəti ilə səsləndirib. Səhnədə olan orkestr isə 57 nəfərdən ibarət idi.

Qəzəli daha da zənginləşdirmək üçün Əməkdar artist Samirə Əliyeva və Təyyar Bayramov muğam hissələrini ifa ediblər.

Əsər sosial şəbəkələrə yayılar-yayılmaz izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb. 

Layihənin detalları barədə geniş məlumat əldə etmək üçün Oxu.Az-ın əməkdaşı Əməkdar artistlər Samirə Əliyeva və Təyyar Bayramovla əlaqə saxlayıb.

Aşıq Samirə Əliyeva deyib ki, yaradılan bu əsər musiqi tarixinə düşəcək:

"Çox xoşbəxt və bəxtiyaram ki, bu cür yüksək peşəkarlıqla ərsəyə gələn layihədə mənim də adım var. Muğam və aşıq sənəti Azərbaycan musiqisinin ən vacib qollarından biridir. Məhz bu səbəbdən də bu layihəyədə aşıq musiqisi və muğamın səslənməsi lap yerinə düşdü. Sami Yusufun da ifasına söz ola bilməz. Hər şey yüksək səviyyədə hazırlandı. Ümid edirəm ki, bundan sonra da bu cür möhtəşəm layihələrin sayı daha çox olacaq".

Təyyar Bayramov bildirib ki, konsertdə musiqi alətlərinin hamısı milli olduğu kimi, ifaçıların da hamısı azərbaycanlı idi: 

"Konsertdə Sami Yusuf bir çox əsərlərini təqdim etdi. Sami Yusufun şəxsi istəyi ilə bu əsər yarandı və birgə oxumaq üçün bizi seçdi. Bu, bizim üçün çox sevindirici məqamdır".

T.Bayramovun kompozisiyada qəzəlin ikinci beytinin ikinci misrası yerinə üçüncü beytinin ikinci misrasını oxuması söz-söhbətə səbəb olub. Sosial şəbəkələrdə yayılan videoda bəzi musiqişünaslar xanəndəyə iradlarını yazıblar. Bu məsələ ilə bağlı Əməkdar artist fikirlərini bölüşüb:

"Tədbirdən öncə bir dəfə də konsert oldu. Bütün məşqlərdə və birinci konsertdə misraların oxunmasında heç bir problem olmadı. Canlı ifa zamanı isə hər şey baş verə bilər. Misralar hətta ifaçının yadından da çıxa bilər. Bu, normal haldır. 

Konsert bitər-bitməz mənə söylədilər ki, problem olub. Lakin ilk konsertdəki səsi videoda montaj edib, həmin hissəni düzəldəcəklər. Görünən odur ki, həmin anı nəzərə almayıblar və ya unudublar".

Təyyar Bayramov Sami Yusufla növbəti layihələrinin müjdəsini verib:

"Sami bizimlə söhbətində bildirdi ki, bu cür layihələrin ardı olacaq və əməkdaşlığımız davam edəcək. Onu da deyim ki, Sami Yusuf oğlum Kənan Bayramlının səsini yazıb. Məqsədi isə oğlumun səsini bir mahnısında istifadə etməkdir. Düşünürəm ki, hazırlanan bu əsər də tamaşaçıların diqqətini çəkəcək".

Rəşad Əliyev

Xəbər Lenti

| Bakının azad edilməsinin 101-ci ili: “Al Bakını! Vətəninə bir altun ərməğan apar!”

| Antalyada rus turistlərin paraşütdən düşmələri səhnəsi yayıldı - VİDEO

| Gecə kabusu qadını xəstəxanalıq etdi - FOTO

| Böyük Britaniya digər raketləri müdafiə edə biləcək raket hazırlayacaq

| Roma Papası ömürlük həbs cəzasına qarşı çıxdı

| Boris Conson Halka çevrildi - FOTO

| ABŞ bazarı sabitləşdirmək üçün ehtiyat neftdən istifadə etməyə hazırdır

| Fıstıq allergiyasına qarşı ilk dərman təsdiqləndi

| ABŞ-ın SSRİ-yə qarşı göyərçin "agentlər"inin üstü açıldı - Sənədlər ələ keçdi

| Dronların hücumu Səudiyyə Ərəbistanını neft hasilatının yarısından məhrum etdi

| Afrika terrorla kəskin mübarizəyə başlayır – 1 milyard dollar xərclənəcək

| Türkiyədə millət vəkili axtarışa verilib - FOTO

| İbrahimoviç meydana qaçan fanatı baxışı ilə “yıxdı” - VİDEO

| Souden Fransadan sığınacaq istədi

| “Zirə” “Sumqayıt”a, “Qəbələ” “Sabah”a qalib gəldi - VİDEO

| İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

| Novxanıda ağır qəza: üç ölü, altı yaralı

| Birinci vitse-prezident İsmayıllıda uşaq bağçasının açılışında iştirak edib - FOTO

| Lənkəranda piyada əleyhinə mina aşkarlanıb - FOTO

| Mehriban Əliyeva İsmayıllıda zəlzələdən zərər gördükdən sonra bərpa olunmuş evi ziyarət edib - FOTO

| Şabranda “Ford” yandı

| Birinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTO

| Şəmkirdə balıq ovu turniri keçirilir - FOTO

| Mehriban Əliyeva Şamaxı zəlzələsində qəzalı vəziyyətə düşmüş evi yenidən inşa olunan ailə ilə görüşüb - FOTO

| Polşalı turisti Ermənistanda ayı parçaladı

| Heydər Əliyev Fondu Şamaxıda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş evin yerində yenisini inşa edib - FOTO Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub.

| Avqustda itkin düşmüş qadın və azyaşlı qızı tapıldı

| Şamaxı cümə məscidinin imamı Mehriban Əliyevaya Quran hədiyyə etdi - FOTO

| Birinci vitse-prezident Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışını edib - FOTO

| Mehriban Əliyeva Şamaxıya səfər edib - FOTO

| Dünyanın ən varlı qadınları - SİYAHI + FOTO

| Rusiya “SU-35”ləri Türkiyədə

| Ağstafada partlamamış raket mərmiləri tapıldı - FOTO

| Nurməhəmmədov Puaryeyə verdiyi vədi yerinə yetirdi

| Usama bin Ladenin oğlu öldürüldü

| Yevlax və Şəmkirdə texnika xətti zədələdi, yüzlərlə abonent qazsız qaldı - FOTO

| Narkotiki daxili orqanında sərhəddən keçirmək istədi

| Sibir vesterni: 1943-cü ildə qızıl mədənlərini soyan Evenk Pavlovun quldur dəstəsi

| Müdafiə Nazirliyi və Türkiyə səfirliyindən birgə yürüş - FOTO

| 35 il səhvən həbsdə yatan qadın üç milyon dollar təzminat alacaq - FOTO

| Paytaxtın bəzi məhəllələri işıqsız qaldı - VİDEO

| İlk amerikalı milyarder qadın: 10 yaşından işləməyə başlayıb - FOTO

| Kərimov və Niyazov Daşkənd və Aşqabadın Türk Şurasına daxil olmasına qarşı çıxıb - Ekspert

| Güləş üzrə dünya və Avropa çempionatlarının məkanları açıqlandı

| Antalyada azərbaycanlı belə bıçaqlandı - VİDEO

| Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədəki soydaşlarımızı bir araya topladı - VİDEO

| Azərbaycanın Xalq rəssamı vəfat etdi

| Olqa Kazakova: Dil baryerinin olmaması rus mədəniyyət xadimlərini Azərbaycana cəlb edəcək - VİDEO

| Bakıda üçotaqlı ev yanaraq kül oldu

| İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO

| “Kiyev-Peçora monastrı” Bakıda - VİDEO

| Bakı polisindən çağırış: “Yol qaydalarına əməl edin, əks təqdirdə...”

| Bakıda yeniyetmələr arasında bıçaqlaşma

| İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq

| İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq

| “Tofiq Bəhramov”da mövsümün ilk prinsipial qarşıdurması - PREVYU

| DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı

| Azərbaycanda tüfeyli ana sərxoş olaraq uşağını dəfələrdə döydü

| Azərbaycanlı keçmiş arvadını amansızlıqla qətlə yetirdi - FOTO/VİDEO

| Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF

| Gündüz İsmayılov: Sorğu keçirsək, çoxları əsl mömin olduğunu iddia edəcək - MÜSAHİBƏ

| BMW “Ford”la toqquşdu: hər ikisi arakəsməyə dəyərək aşdı - VİDEO

| Bakıda tələbə vəfat edib

| Dünya çempionumuz peşəkar rinqə nokautlu qələbə ilə başladı