Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ

  16

2019-cu ilin yanvar-iyun ayları ərzində ölkədə 8257 boşanma halı qeydə alınıb. Problemli məsələlərdən biri də boşanmış cütlüyün övladının kimin yanında qalması ilə bağlıdır.

Boşanmalar zamanı uşaqların hansı valideynin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir.

Hüquqşünasların dediyinə görə, məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır.

Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə qərarı ilə analarının yanında qalırlar.

BMT Baş Assambleyasının 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz.

Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür.

Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. hallar nəzərdə tutulur.

Azərbaycanın Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə isə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.

Məcəllənin  52-ci maddəsində yazılıb ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Ali Məhkəmənin Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Plenumunun Qərarında isə göstərilib:

“Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyil. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir”.

Ailə Məcəlləsinin 60-cı maddəsində isə göstərilib ki, valideynlər valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz.

Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Həmçinin qeyd olunur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

Qanunlardan çıxarışları təhlil etdikdə, bu nəticəyə gəlmək olur ki, Azərbaycan qanunvericiliyində boşanmış ailənin uşağının konkret ata və ya ananın yanında qalacağı məsələsi yaş kateqoriyasına görə təsnifatlandırılmayıb.

Oxu.Az məsələni daha da aydınlaşdırmaq üçün Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Qasımlı ilə əlaqə saxlayıb.

Vəkil bildirib ki, boşanmış ailənin uşağının ata və ya ananın yanında qalması ilə əlaqədar yaş kateqoriyası konkret ola bilməz:

“Çünki məhkəmə hər bir məsələyə spesifik yanaşaraq hökm çıxarmalıdır. Məhkəmə hər iki tərəfin vəziyyətini nəzərə alıb qərar verməlidir. Bu o demək deyil ki, 10 yaşına qədər olan və ya 10 yaşından yuxarı uşaqlar konkret olaraq mütləq hansısa valideynin yanında qalmalıdır. Yəni uşağın kimin yanında qalması ilə bağlı standart bir yaş meyarı yoxdur”.

A.Qasımlı əlavə edib ki, əgər valideynlərdən biri uşağa şiddət göstərirsə, bu hallar məhkəmədə sübuta yetirildikdən sonra həmin uşaq qarşı tərəfə verilə bilər:

“Tutaq ki, ata və ya ana narkomandır və ya uşağa şiddət göstərir. Bu zaman məhkəmənin qərarı ilə həmin uşaq yanında qaldığı valideynindən alınaraq digərinə verilir”.

Aqşin Kərimov

Xəbər Lenti

| Pensiyaya çıxmaq üçün saxta sənəd düzəltməyə söz verdi, 15 min manata görə döyüldü

| Polşa vətəndaşı Şəkidə qəzaya düşdü

| Bir gündə Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir - RƏSMİ

| Şimşək çaxacaq, yağış yağacaq

| “Sevilya”nın prezidenti: “Qarabağ” “Atletiko”nun Çempionlar Liqasını tərk etməsində “günahkardır”

| İlham Əliyev görüş keçirib - FOTO

| “Azərişıq” ASC-yə məxsus maşın aşıb: ölənlər və yaralılar var

| Deputatdan onkoloji xəstələrlə bağlı təklif - Apteklərdə bu dərmanların satışına icazə verilsin

| Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək

| Məhkəmə anasını və qardaşını yandıran şəxslə bağlı qərar verdi

| Modest Kolerov: Paşinyan Rusiyanın səbrini sınayır - MÜSAHİBƏ

| “Jiquli” “Qazel” lə toqquşdu

| Kişi 10 santimetrlik buynuz çıxardı - FOTO

| UEFA Avropa Liqasının ən çox qalibi olmuş klub Bakıya belə gəldi - VİDEO

| Mehriban Əliyevadan Milli Musiqi günü paylaşımı - FOTO

| Bakıda bağça müdiri işə düzəltmək adı ilə 19 nəfərdən rüşvət aldı - MƏHKƏMƏ

| Azərbaycana iki himn yazan Üzeyir Hacıbəylinin evindən - REPORTAJ

| Bakının mərkəzində qadını bıçaqla hədələdilər

| Avtomobilimizdə yanacağa necə qənaət edək?

| Müşfiq Hətəmova yüksək vəzifə verildi

| Bakıda 25 yaşlı qadını maşın vurub öldürdü

| Bakıda son bir ayda baş vermiş “axmaq” qəzalar - VİDEO

| Ata həbsdə yatan oğluna “heroinli sarımsaq” gətirdi

| Çempionlar Liqasında “Qalatasaray” mübarizəyə başlayır

| Metbexler.az iki yaşı münasibətilə xüsusi kampaniyaya start verir - FOTO

| Nazir müavini: Kənd təsərrüfatı məhsulları 13 faiz artıb

| “Azərişıq”da yeni - TƏYİNAT

| Mahir Emrelinin evini soyanlar tutuldu

| Tələb çox, təklif az - Kirayə mənzil bazarında ucuzlaşma nə vaxt baş verəcək?

| Çempionlar Liqasının altı görüşü - VİDEO

| Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

| Ermənistan hökuməti böhranda - Daha bir güc strukturunun rəhbəri istefa verdi

| Tanınmış idmançı qəzada öldü

| Azərbaycanlı trans tutuldu

| Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı

| Baş nazirdən işaxtaranlarla bağlı - QƏRAR

| Aşurada qan verən 49 nəfərdə sifilis aşkarlandı

| Altı yaşlı uşaq bir həftə anasının meyiti ilə yaşayıb

| Rusiyda xüsusi təyinatlı manikyur ustası oldu – FOTO

| Nyu-Yorkda avtomobil “Trump Plaza”ya girdi – VİDEO

| Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək

| Avtomobilin vurduğu piyada hadisə yerində öldü – FOTO/VİDEO

| Kolıma qızıl hasilatında rekord vurdu – 8 ay ərzində 30 ton

| Gülərüz kirpi İnternetin ulduzuna çevrildi – FOTO

| Dünyada miqrantların sayı 51 milyon artdı

| Ronaldu pulları və maşınları haqda danışdı

| Texas sahillərinə sayca 11-ci qasırğa yaxınlaşır

| Azadlıq prospektini qırmızı işıqda keçən "Jeep" qəza törətdi - FOTO

| Kokorin və Mamayev azadlığa çıxdılar – VİDEO

| ABŞ qoşunlarını döyüş hazırlığına gətirdi

| Qəzəbli kişi finalçı gözəli eybəcər hala saldı

| Goranboyda qəza oldu: xəsarət alan var

| Bakıda avtomobil 43 yaşlı qadını vurub

| Azərbaycanlı futbolçu Küveytdə altı qolun vurulduğu oyunda debüt etdi - VİDEO

| Bərdə yolu keçmək istəyən 79 yaşlı kişini maşın vurub - FOTO

| Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirildi

| Sabah bəzi bölgələrdə və paytaxtın Xətai rayonunda qaz olmayacaq

| Bərdə, Ağdam və Tərtər rayonlarında güclü külək işıqları söndürdü

| Çempionlar Liqası 1:1-lərlə başladı

| Goranboyda 11-ci sinif şagirdi qaçırıldı

| Bakının "Maserati"-nin vurduğu piyada öldü

| Sabirabadda yaşlı kişinin meyiti evindən tapıldı

| İmişlidə iki maşın toquşdu: xəsarət alan var

| Vəkillərimiz TÜRK-AV-ın Baş Assambleyasının III zirvə toplantısında iştirak ediblər - FOTO

| Cəlilabadda piyada qadını avtomobil vuraraq öldürdü

| Vatikan: Heydər Əliyev Fondunun tarixi bərpa işlərini yüksək qiymətləndiririk - FOTO

| Avropanı ağ günə çıxaran müsəlman

| Ukraynalı futbolçu: Bu, azərbaycanlıların erməniləri sevməmə səbəblərindən biridir - VİDEO

| Rektor: Pontifik Şərq İnstitutu Azərbaycanla əməkdaşlıqda maraqlıdır - FOTO

| Azərbaycan Prezidenti onlara fərdi təqaüd təyin etdi

| Əşrəf Heybətov: Malta Abşerona çox bənzəyir

| Əşrəf Heybətov: Malta Abşerona çox bənzəyir

| İlham Əliyev onları “Tərəqqi” medalı ilə təltif etdi - SİYAHI

| Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi artıb - VİDEO

| Prezident bir qrup mədəniyyət xadiminə fəxri adlar verdi

| Gömrükdə sənədsiz dərman əməliyyatı: iki milyon manatlıq mal tapıldı - VİDEO

| Şirvanda qəza: bir ailə xəstəxanalıq oldu

| Nigar Arpadarai: Bakıda “Formula-1” üçün iyun münasib vaxtdır

| Ramil Quliyev rekordunu yeniləyərək birinci oldu

| Ömrü boyu eyni dəhşətli yuxunu görən dahi - Bəhsə düşüb dünya səviyyəli yazıçıya çevrildi

| Masallıda atanın törətdiyi qəzada dörd yaşlı oğlu öldü

| Vilayət Eyvazovdan yeni - TƏYİNAT

| Lənkəranda ağır qəza: keçmiş polis işçisi öldü - FOTO

| Kaşıkçının öldürüldüyü konsulluq binası satıldı

| SOCAR IAP çərçivəsində texniki məsləhətləşmələrin I mərhələsini başa çatdırıb

| Ekspert: Boltonun qəddarlığı Trampa Rusiya ilə razılaşmağa mane olurdu - MÜSAHİBƏ

| Ekspert: Boltonun qəddarlığı Trampa Rusiya ilə razılaşmağa mane olurdu - MÜSAHİBƏ

| BŞBPİ rəsmisi polis-vətəndaş həmrəyliyindən danışdı

| “Sevilya” Bakıya 24 futbolçu ilə gələcək - HEYƏT

| FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib - FOTO

| Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi

| Deputat: İstedadlı uşaqların filmə çəkilməsinə çalışıram

| Ödənişli əsaslarla oxuyan tələbələrə böyük dəstək

| Bakıda qadını intim görüntüləri ilə şantaj etdilər - MƏHKƏMƏ

| “Qarabağ”ın rəqibinin baş məşqçisi qovuldu

| Ödənişli oxuyan tələbələrin diqqətinə - Nazirlik hökumətə təkliflər göndərdi

| Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI

| Azərbaycanlılar Mariy Eldə muxtariyyət qurdu

| Bakıda 32 yaşlı ata azyaşlı qızına təcavüz etdi - MƏHKƏMƏ

| İranın ali dini lideri: ABŞ tövbə edərsə...

| Georgi Badridze: Gürcüstan Ermənistana göstəriş vermir, Yerevan da fikrini özünə saxlasın

| “Kalinka” yağı markası Azərbaycanın bölgələrində konsertlərə start verdi - VİDEO

| İlham Əliyev gürcüstanlı naziri qəbul edib

| “Kalinka” yağı markası Azərbaycanın bölgələrində konsertlərə start verdi - VİDEO

| SOCAR Albaniyanın qazlaşdırılmasında iştirak edə bilər

| Məhkəmə Koçaryanla bağlı qərar verdi

| Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO

| Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu - FOTO