Kabulda restoran yaxınlığında partlayış, 18 ölü - 8-i polisdir



 

Əfqanıstanın paytaxtı Kabulda restoranların birinin yaxınlığında partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 18-ə yüksəlib, onlardan 8-i polis əməkdaşıdır. Daha 10 nəfər isə yaralanıb. 

Restoranın ətrafında “Əfqanıstanın islam cəmiyyəti” partiyasının nümayəndələri və prezident Məhəmməd Əşrəf Qani Ziya Massudun keçmiş köməkçisindən ibarət kütlə olub.