Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Sizi deyib gəlmişik!

  33

“Yaz,  amma mənim adım olmasın”...

Hər bir insanın öz vəzifə və məsuliyyəti var.  Baxmayaraq ki, o, hansısa ali, orta və ya xırda bir vəzifə sahibi, sıravi bir insandır,  həyatda mövcudluğu onun zatən, boynuna bir borc qoyub. O borcla da  adam cəmiyyətdə böyük və kiçik olsa da, tutduğu məqama uyğun öz məsuliyyət yükünün daşıyıcısıdır.

Biz qələm əhli, yazarlar da həmçinin. Missiyamızın nə olduğu məlum. Ondan geniş, uzun-uzadı danışıb, çıxış etmək fikrindən çox uzağam. Onsuz da yazdıqlarımızın mənası-məzmunu missiyamızın nə olduğunu açıq-aydın ortaya qoyur...

Amma bəzən qısaca xatırlatmalar da lazım gəlir. Misal üçün, jurnalist əqidəsinin siyasi baxışlarla qarışdırılmasının səhv olduğunu, siyasi mənsubiyyətin bir jurnalisti qələm əhli olaraq bitirdiyini illərdir inandıra bilmirik bəzi siyasi yazarlara. Aha,  mövqeyi adından bilinən elə bu söz birləşməsidir - siyasi yazarlar. O halda, jurnalistikanın qızıl qanunlarından bizi vaz keçməyə kim məcbur edə bilər?

 Həkim Hippokrat andı içirsə, maarifçilik missiyasını az qala anddan da üstün bilən bizlər, ona necə arxa çevirə, qələmimizə xain çıxa bilərik?

Ələlbət,  maarifçilik istənilən yazının bir abzasından, hətta bircəcə cümləsindən də görünəcək, özünə necə olsa, o yazıda yer edəcək. Adlarını bu gün də hörmətlə çəkdiyimiz, fəqət ideyaları əsrlər keçməsinə baxmayaraq, hələ də cücərti şəklində olan maarifçi-ziyalılarımızın  zəhmətkeş xələfləri. İnsanları, bütövükdə insanlığı zülmətdən işığa çıxarmaq uğrunda yüz illərdir gedən çabaların xələfləri yenə də əlində qələm,  dövranı dəyişsə də, baxışları dəyişməyənləri maarifləndirməyə çağırmaqdadır...

Bütün qələm əhlinin isə zamanla özünə ünvanladğı bir sualı var: “Biz niyə yazırıq?”.  Cavabın geniş şərhinə, ümumiyyətlə, şərhinə ehtiyac olmasa da, deməliyik. Çünki etiraf edin, yazdıqlarımız özümüzdən çox, cəmiyyətə lazımdır.  Ən azından, biz yazmasaq, həllini gözləyən, süni şəkildə  yaradılan problemlərin, dar dünyagörüş və savadsızlıqdan (çox təəssüf!) meydana gələn  çətinliklərin həlli yolunu da göstərən olmayacaq.

O zaman, biz bir növ, səsucaldanıq,  yaxud, məqamına uyğun bir durbin və ya,  binokl olarıq - hamı eşitsin və adi gözlə görünməyəni görsün deyə, yazarıq.

Və yazırıq. Yazdıqlarımız da, sizlər üçündür,  “Ey mənim müsəlman bacı-qardaşlarım!”. 

Eşidin, əlimizə qələm almağa bizi məcbur edən, bu çətin yola çıxmağa bizi vadar edən də sizin ağrı-acılarınız, müşkülləriniz, çətinliklərinizdir.  Onları dəf etməyə ən güclü silahı da əlimizə alıb  “Sizi deyib gəlmişik!”.

O halda,  sadiq,  sizdən heç vaxt inciməyən,  ağrı-acılarınızı özününkü kimi başa düşən, dərdinizi öz dərdi bilərək öncə bir İnsan kimi anlayan,  daha sonra yazı əhli kimi qələmə alan kəslərə qarşı biganə davranmayın...

Sizi maarifləndirən nə varsa, onu qəbul edin, qaranlıqdan çıxın. Dönüb geri, yüz illər əvvələ baxın, görün dünya nə qədər irəli gedib,  ondan neçə addım geri qaldığınızı  hesablayın. Yetər ki  ağa “qara”,  qaraya “ağ” demək  kimi boynunuza minən məcburi yükdən özünüzü xilas edin.

Neçə yüzillərdir deyilən, hələ də deyilməkdə olan, xilas yolunuzun savadsızlığın məhvində, onlara çıxışın  maarifçiliyin təqdimatında görün.

Bir baxın, yüz illərdir yazdıqlarımızın mayası yaşadığınız problemlərin həll yolunun axtarışından ibarət deyilmi?  Bu uzun, məşəqqətli, çoxlarının hədəsinə, hədəfinə rast gələrək yolçuluğumuzu davam etdirdiyimiz yolda o qədər hadisələr, çətinliklər, problemlər yaşamışıq ki. Bunları atlamaq,  yaşamaq bəlkə asandır, sizcə? 

O halda ki “sizi deyib gəlmişik”,  siz də əlinizi dostcasına uzadın. Problemlərinizi deyib, ürəyinizi boşaldıb, çıxış yolu istəyib, hər cür suallarınıza cavab istədiyiniz bəndələri, əlində qılıncdan iti, kəsərli söz silahı olan bizləri yarıyolda qoymayın. 

Bu çətin, keşməkeşli yolda, dediyim kimi, missiyamız məlum. Amma problemlərə qarşı mübarizədə birlikdə, çətinlikləri həll etməkdə bizimlə bərabər olun. Sizi incidən,  qanunsuzluqlar edən, haqqınızı yeyən vəzifə sahiblərindən qorxmayın. Şikayətinizi, üzləşdiyiniz problemləri həll etməli olan məsuliyyət sahiblərinin üzərindən keçib, sözünüzü bizlərə deyirsinizsə, işinizi bitmiş sayıb çıxıb getməyin. Əmin olun, ən böyük, vacib dəlil-sübut, şahid  cansız kağız parçalarından öncə sizsiniz  - canlı insanlar!

Biz onsuz da dediklərinizin arxasındayıq, siz də haqqın, ədalətin qələbəsinə, onun həmən gəlişinə arxa çevirməyin.

 Görmədiklərinizi bizim “gözümüz”lə görməkdən vaz keçməyin, zülmətin qarşısını  işıqla kəsin...

 Yazdıqlarımızı oxuyun, hansı ki onu keçənlərdə, hələ ondan da əvvəlki əsrlərdə bizim sələflərimiz, maarifçi-ziyalılar deyirdi...

 Yüz illərdir yazılanlara laqeyd qalmayın, özünüzü yüz il geri salmayın. Həyat  yerində saymağı sevmirsə, yaşamağa tələsin!

 Problem və şikayətlərinizi dediniz, biz eşitdik və yazdıq. Bununla işi bitmiş saymayın. Yazdıqlarımızı sözün həqiqi mənasında oxumaqla, ondan nəticə çıxarın. Və haqqınızı tanımaqdan başlayaraq bütün sədləri, problemləri  aşın. Ən ümdəsi isə,  “Sizi deyib gəlmişik!” müraciətini yerə düşməyə qoymayın! 

Nigar Vaqifqızı

Xəbər Lenti

| Vilayət Eyvazovdan növbəti TƏYİNAT

| Türkiyədə nazir müavini qəzada öldü

| Adamyeyən qatil azadlıqdadır

| Vilayət Eyvazov əsgərlərlə nahar etdi - FOTO

|

Məmurların xalqa zülmü davam edir

|

"Mediasiya" Yoxsa "ağsaqqallıq" institutu?

|

Onun bircə adı var

| Şəkidə qoruğun ərazisi zibillənir - Cavabdeh qurum nə deyir?

| Deputat İqbal Məmmədov "Relax"da baş verən hadisəyə münasibət bildirdi

| "WhatsApp" da barmaq izinə keçir

| Göygöl polisinə yeni rəis təyin olundu

| Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü - VİDEO

| Gəncədə saxta içkilər: sex bağlandı - FOTO

| Azərbaycan-Gürcüstan sərhədindəki razılaşdırılmamış sahələrdə ölçmə işləri aparılacaq

| İranlı şərikini döyən "gecə klublarının kralı"nın məhkəməsi başladı

| Psixoloqun Nabranda keçirdiyi son yay - Qatil başını "kubik"lə əzib

| Politoloq: Paşinyan "Qarabağ klanı"nın qılığına girən Sarqsyana toxunmayacaq

| "Relax" istirahət mərkəzindəki hadisə ilə bağlı - RƏSMİ AÇIQLAMA

| Dənizin çirkab su dərdi bitmir: nə cərimə fayda verir, nə iş görülür - VİDEO

| Gədəbəy bazarından qız qaçıranlar tutuldu

| Rusiyalı iş adamı "Rustavi 2" telekanalını almaq istəyir

| İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub

| Netanyahu Zelenskini İsrailə dəvət etdi

| Elektron qolbağını qırıb keçmiş arvadının üzünə turşu atan şəxs ələ keçdi

| Baş İdarə: Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər

| Suriya Türkiyənin hərbi karvanını bombaladı: 3 ölü, 12 yaralı

| Bakıda gənclər 13 yaşlı oğlanı zorladılar

| Gülüstan qalasının daşlarından tövlə tikilir, qurumlar isə işi bir-birinin üstünə atır - FOTO

| Modriç, Rakitiç, Perişiç Bakıya gələcək - HEYƏT

| SOCAR-la "Petrofac"ın birgə müəssisəsi "Abşeron"da texniki xidmət göstərəcək

| Sahibkarlardan müraciət qəbul olunur - Daxili bazar araşdırılacaq

| DİN-in "FIAT Doblo"su 4200 manata satıldı

| Pensiyaçıların dəqiq sayı açıqlanıb - Yarıdan çoxu yaşa görə alır

| Azərbaycanda "əmlak davaları" çoxalıb

| DİQQƏT: Bu yerlərdə saxta məktəbli formaları satılır

| Əfqanıstanda partlayış: 30 nəfər yaralanıb

| Narkotikə görə saxlanılanların 99 faizi məsuliyyətə cəlb olunub

| Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş

| Metro qatarlarının gecikmə səbəbi bilindi

| Prezident təqaüdü alanların sayı artıb

| Mamayevin arvadını aldadıb 75 minini ələ keçirdilər

| Yol polisi: "Neftçilər"də ənənəvi sıxlığın həlli sürücülərin insafına qalıb

| Yığmamıza müvəqqəti baş məşqçi təyin edildi

| Havanın temperaturu 39 dərəcəyə çatacaq

| "Relax"da qalmaqal: Deputatın oğlu Cinayət Məcəlləsinin 3 maddəsi ilə saxlanıldı

| Qul kimi ölən sultan, sultan kimi ölən qul - TARİXİ FAKT

| Netanyahunun həyat yoldaşı təyyarədə qalmaqal yaratdı

| Nadir "Porsche"nin satışı "kiçik" səhvə görə baş tutmadı

| Qəzaya uğrayan hərbi təyyarəmizin "qara qutu"su tapıldı - FOTO

| Ro-Ro Azərbaycanda - VİDEO

|

250 ailə üçün meyvə bağları salınır

| Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək

| "Azərsu" ASC-nin məsul işçisi cərimələndi

| "Fast food" haqqında bilmədiyimiz 10 fakt: duzsuz fri alın, qazlı içki içməyin

| Quba və Şabranda meşə yanır

| Bu ərazilərdə qaz yoxdur

| ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistana da toxundu

| Mediasiya xərcləri dövlət büdcəsindən ödəniləcək

| "Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı

| Aprel qazisinin toyundan görüntülər - VİDEO

| Azərbaycan "Toyota Dream Car" yaradıcılıq müsabiqəsinin qalibi oldu - FOTO

| Vəzifəli şəxs kobud nöqsanlara görə işdən çıxarıldı

| Yeni binalarda mənzillər ucuzlaşıb, köhnələrdə isə bahalaşıb

| Gəncədə ruhi xəstə özünü asdı

| Mourinyo ağladı: "Darıxıram" - VİDEO

| Şəmkirdə atası evində əri tərəfindən yandırılan qadın ölüb

| Ermənistan Rusiyaya ən çox borcu olan ölkələrdən biridir

| ABŞ-Almaniya münasibətləri pisləşib

| Müəllimlərin işə qəbulu üzrə müsahibə başladı

| Metroda həyəcanlı anlar: Anasından şiddət görən qız polisə sığındı

| Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ

| Yaponiya kosmosa digər peykləri məhv edən qurğular göndərəcək

| Xarkov tank zavodu bağlana bilər

| İslandiyada qlobal istiləşmə “qurbanına” xatirə lövhəsi açıldı

| “Bavaria” zədə ucbatından Sanenin transferindən imtina etdi

| Rusiya meyvə, tərəvəz və güllərin idxalını məhdudlaşdırdı

| Honkonqda etiraz aksiyasında 1,7 milyon insan iştirak edib – VİDEO

| Türkiyənin hərbi təyyarələri İraqın şımalında raket zərbəsi endirib

| Fransa qacqınları qəbul edəcək

| Tramp Pensdən əl çəkmək istəmir

| Bakıda iki əcnəbi dənizdə boğulmaqdan xilas edilib

| ABŞ dünyanın ən böyük adasını almaq istəyir

| Rusiyada 16 yaşlı yeniyetmə bütün ailəsini qətlə yetirib intihar etdi

| Şirvanda binanın eyvanı uçdu, bir nəfər yaralandı - FOTO/VİDEO

| Məşhur aparıcı təyyarə qəzasında öldü

| Güləşçilərimiz dünya çempionatını altı medalla başa vurdular

| Qazaxda bıçaqlanma

| “Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

| Putinin kortejindəki avtomobilin qiyməti kəskin ucuzlaşıb

| Başqa planetlərdən yer necə görünür? - FOTO

| Almaniyada bıçaqlı şəxs vağzalda toplaşanlara hücum etdi: ölü və yaralılar var

| Sadə çay verməyən restoranların adını açıqlamaq, sahibkarları utandırmaq lazımdır - TƏKLİF

| Qurban Bayramı pulsuz olan, ərəblərin tüğyan etdiyi, azan səslərinin bir-birinə qarışdığı şəhər - REPORTAJ

| Premyer Liqada kuryoz hadisə