Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Turizm bölgələrindəki fərdi evlərə tələbat azalıb, amma qiymət artıb - ŞƏRH

  16

Hazırda yay mövsümü ilə əlaqədar bir çox turizm bölgələrimizdə kirayə verilən fərdi evlər olmasa, hotellərin qiyməti daha baha olar.

Bunu Oxu.Az-a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı turizm bölgələrindəki fərdi evlər və hotellərin qiymətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, yalnız yay mövsümündə kirayə evlərə daha çox tələb olduğu üçün bu aylarda qiymət artımı müşahidə olunur:

“Bu da tələbin artımından asılıdır. Tələb artdıqca həmin fərdi evlərin sahibləri qiyməti qaldırır. Bu, təxminən üç aylıq müddəti əhatə edir. Bunu təbii qarşılamaq lazımdır.

Bizim kənd turizmi kimi təqdim etdiyimiz obyektlər olmasa, hotellərdə qiymətlər daha baha olar. Həmin fərdi evlərin hesabına regionlardakı hotellərdə az da olsa, rəqabətlilik yaratmaq olur. Bu mənada, hotellər kəskin tələb olmadığına görə qiyməti o qədər də artırmır. Amma yay mövsümü üçün respublikanın turizm zonalarındakı aşağı təhcizatlı hotellərdə qiymət 50-60 manatdan başlayır. Halbuki onları funksionallıq baxımından hotel kimi təqdim etmək olmaz. Bu baxımdan, hesab edirəm ki, bu gün kənd turizminin inkişafına ehtiyac var.   

Regionların özlərində belə, kəndlərdən asılı olaraq qiymətlər dəyişir. Məsələn, turizm üçün əlverişli regionlardakı kəndlərdə qiymətlər minimum 30 manatdan başlayır. Elə evlər var ki, onların gündəlik qiyməti 250 manatdan da bahadır. Həmin evlər iki və daha çox ailəni, 15 nəfərdən çox turisti qəbul etmək imkanına malikdir”.

Ekspert əlavə edib ki, bu yay mövsümündə rayonlardakı fərdi evlərə tələbat ötən illərdən aşağı olub:

“Düzdür, qiymətlərdə artım var. Amma aparılan tətqiqatlar göstərir ki, bu yay mövsümündə  rayonlardakı fərdi evlərə tələbat ötən illərlə müqayisədə aşağı olub. Ola bilsin ki, bu, havaların nisbətən sərin keçməsi ilə bağlıdır”.

Mərkəzin rəhbəri bildirib ki, ümumiyyətlə, orta səviyyədə olan ikiotaqlı fərdi yaşayış evinin qiyməti təqribən 40-50 manatdan başlayır:

“Maksimum qiymətlər isə evin vəziyyətindən asılıdır. Yəni otaqların sayı beşdən çox, evin həyəti böyük, hovuzu varsa, qiymət 250 manatdan yuxarıdır.

Hotellərdə isə qiymətlər kəskin yüksəkdir. Məsələn, Qəbələdə yay mövsümündə bir nəfər üçün nəzərdə tutulan, amma iki nəfərin qaldığı otağın qiyməti minimum 100-110 manatdan başlayır. Ailə üçün otaqlar 400-450 manat olur. Xidmətin keyfiyyəti və digər baxımdan hotellər daha təminatlı və sərfəlidir. Amma qiymət baxımından fərdi yaşayış evləri yaxşıdır”.

R.Osmanlı qeyd edib ki, bu il turistlərin daha çox maraq göstərdiyi regionlar Quba, Xaçmazın Nabran kimi tanıdığımız istirahət məkanı, Qusar, Masallı, Lerik, Yardımlı, Lənkəran, İsmayıllı, Qəbələ, Şamaxı, Oğuz və Şəkidir:

“Regionun məsafəsi uzandıqca oraya turistlərin axını azalır. Həftəsonları turistlərin axını daha çox müşahidə olunur. Daşkəsən, Tovuz və Gədəbəy kimi rayonlar turizm baxımından əlverişlidir. Amma həmin bölgələrə getmək vaxt tələb edir”. 

Sevinc Yasinqızı

Xəbər Lenti

| "Fənərbaxça"nın altı illik həsrəti sona çatdı

| Məşhur rejissor faciəvi şəkildə öldü - FOTO

| Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi

| Həftənin ilk günü hava necə olacaq?

| Qaraçuxurda uşaq bağçasında yanğın - FOTO/VİDEO

| İsmayıllıda yas mərasimində ev uçdu, səkkiz nəfər yaralandı

| Renat Portuqaliyada debüt etdi

| "Hababam sınıfı"nın daha bir aktyoru vəfat etdi - FOTO

| Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb?

| Yunanıstanda VAR hakimləri "dürmək" sifariş etdilər, canlı yayımda hər kəs izlədi - VİDEO

|

Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi

| Rəsmi Kreml Rusiyanın G8-ə dönüşünü şərh etdi

| ABŞ-da sualtı kitabxana açılıb

| Oğuzda meşə yanğını: FHN təyyarə və iki helikopter göndərdi

| Qaxda yol polisindən nümunəvi hərəkət - FOTO

| Dünya futbolunda nadir hallarında rast gəlinəcək foto Türkiyədə çəkildi

| Poroşenko dövlət idarəçiliyi yox, sanki biznes imperiyası yaratmışdı - Ukraynanın ilk prezidenti

| Abxaziya prezidentini seçir

| II Yelizaveta Trampdan şikayətləndi: Qazonumu korladı

| Stalinin də yatdığı Bayıl həbsxanası: "ölüm korpusu"ndan qaçış, tualetsiz kameralar, ilk "polojeniya"ya baxan

| Sabiq kral ölümdən döndü

| Bakıda gənc oğlana iki bıçaq xəsarəti yetirilib

| ABŞ-da qolf turniri zamanı ildırım çaxdı: Xəsarət alanlar var

| II Yelizaveta Trampdan şikayətlənib – Qazonumu dağıdıb

| “Böyük yeddilik” İranla bağlı qərar verdi

| Rusiyada “An-2”ni əvəz edən yeni təyyarə yaradılacaq

| “G7” liderləri Rusiyanın iştirakı ilə “G8”-ə qayıtmağı müzakirə etdilər

| Amerikalı xəyali gitarada ifa üzrə dünya çempionu oldu - VİDEO

| Bakıda avtobus piyadaları vurdu: Ölən var

| Conson sazişsiz “Brexit”ə görə Aİ-ə $ 37 milyard ödəməyəcəyini vəd etdi

| Azərbaycanlı gimnastdan Rusiyada növbəti çempionluq - FOTO

| Şimali Koreya yeni nəhəng raketi sınadı

| Ed Şiranın yeni klipi sutkada 2 mln baxış topladı - VİDEO

| Trampın satın almaq istədiyi qəribə ada Qrenlandiya - FOTO

| Azyaşlı uşaq bağlı qapı arxasında qaldı

| Xaçmazda avtomobil yaşayış evinə çırpıldı - FOTO

| Yığmamızın çalışdırıcısı beynəlxalq federasiya tərəfindən "əməkdar məşqçi" adına layiq görüldü

| "Azərişıq" güclü küləyin fəsad yaratmaması üçün tədbirlər görür

| Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olundu

| Ramil Quliyev Parisdə ikinci oldu

| Şamaxıda yanğın oldu

| 81 yaşlı kral ürəyindən əməliyyat olundu

| Goranboyda dəhşətli qəza: ölən və yaralananlar var

| Yolu keçmək istədi, maşının altına düşdü

| Sumqayıtda şadlıq sarayı yanır - FOTO/VİDEO

| Allahverdi Yolçuyev: Xəstəliyimin müalicəsi Türkiyədədir

| Şəkidə güclü yanğınlar davam edir - FOTO

| Sezen Aksunun ağır günündə dostları onu tək qoymadı - FOTO

| 17 yaşlı qızı maşın vurdu

| Tramp ABŞ-ın iki əsas düşməninin adını çəkdi

| Rusiyada biabırçılıq: polislər gənc qızı xidməti maşında zorladılar

| Məşhur teleaparıcı kraliçanın pəhriz sirrini açdı

| NASA kosmosda törədilən ilk cinayət barədə xəbər verdi

| Kadırov: Mən öləndən sonra adımı daşıyacaq kiçik bir məcsid tikərsiz

| Ukraynada İlon Maskı nazir görmək istəyirlər

| Rusiyada piylənmədən əziyyət çəkənlərin sayı artıb

| İki azərbaycanlı Rusiyada həbs olundu

| Zelenskini görməyi arzuladı, başını əzdi

| Şahzadə Corcun dərs proqramı açıqlandı - FOTO

| Sevdiyim bir qadına eləmədiyim fədakarlığı sevmədiyim bir qadına etmişəm

| Narkomafiyanın yeni qurbanlları: Atilla ova çıxır

| 2020-ci ildə BKS-ə uçacaq kosmonavtların adları açıqlandı

| Şeybani xanın Şah İsmayıla məktubu, Səfəvilərin Mərv zəfərinin sirri