Nigeriyada partlayış - 19 ölü, 29 yaralı



 

Nigeriyada baş verən terror nəticəsində ölən və yaralananlar var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata əsasən, 4 terrorçu kamikadzenin özünü partlatması nəticəsində 19 nəfər ölüb. Daha 29 nəfər isə yaralanıb.

Terrorun "Boko Haram" qruplaşması tərəfindən törədildiyi güman edilir.