Çində zəncirvari qəza - 18 ölü, 21 yaralı



 

Çinin Anhui əyalətində magistral yolda ağır zəncirvari qəza baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər ölüb, 21 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzaya sisli havada görüş məsafəsinin azalması səbəb olub. Neçə avtomobilin qəzaya düşdüyü bilinmir.

Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım cəlb edilib. Araşdırma aparılır.