Hərbçilər çevriliş etdilər, prezidentlə arvadı girov götürüldü



 

Zimbabve prezidenti Robert Muqabe və həyat yoldaşı hərbçilər tərəfindən girov götürülüb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərbçilər ələ keçirdikləri dövlət televiziyasının efirindən elan veriblər. Lakin onlar heç bir çevriliş olmadığını, həmçinin prezidentlə ailəsini təhlükə gözləmədiyini bildiriblər. 

Dövlət başçısı həyat yoldaşı Qreys Muqabenin ölkəni tərk etməsinə icazə veriləcəyi halda hakimiyyətdən əl çəkəcəyinə söz verib. Artıq SkyNews ölkənin birinci xanımının ölkəni tərk etdiyini açıqlayıb.

Prezident istefasını sabah keçirəcəyi mətbuat konfransında elan edəcəyini bildirib. Artıq gözlənildiyi kimi onun varisi həyat yoldaşı deyil, vitse-prezident Emmerson Mnanqaqva olacaq. 

Qeyd edək ki,  93 yaşlı diktator Muqabe 1987-ci ildən bəri prezident postundadır.