ABŞ: “Bu ölkə narkotik dövlətinə çevrilir”



 

Venesuela dünya üçün təhdiddir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Nikki Heyli BMT Təhlükəsizlik Şurasında Venesueladakı vəziyyətin müzakirəsi zamanı söyləyib.

“Venesueladakı vəziyyət sadəcə insan faciəsi deyil. Bugünkü gün Venesuela böhranı bütün beynəlxalq aləm üçün təhdiddir. Bu ölkə getdikcə narkotik dövlətinə çevrilir ki, bu da dünya üçün təhdiddir”, – deyə o bildirib.