Cahan Məmmdovun "korrupsiya" əməlinin Əhməd Əhmədzadəyə faydası nədir?



 

 

Azərbaycanda korrupsiyaya bataqlığında çabalayan qurumlardan biri də Meliorasiya və Su Təsərrüfatı ASC - dir. İllərdi dövlət büdcəsindən bu quruma ayrılan milyardlarla manat vəsaitin böyük bir hissəsi mənimsənilir. Bu barədə hədsiz faktlar mövcuddur. Uzun illərdir ki, bu mənimsəmə faktları medianın gündəmini zəbt edib. Son olaraq qurumdakı korrupsiya və mənimsəmə hallarının miqyasını ASC rəhbərinin ölkə xaricində aşkarlanan böyük biznes şəbəkəsi ortaya qoydu.

 

Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlarda fəaliyyət göstərən idarə və müəsissə müdirləri milyonçuya çevrildikləri də heç kimə sirr deyil. Əlbəttə, milyonçuya çevrilən bu idarə müdirləri dövlət büdcəsindən oğurladıqları pulların hesabına ölkədə problem yaradan kiçik oliqarxllara çevriliblər. Dövlət büdcəsininin pullarını oğurlayan bütün idarə müdirləri Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi himayə olunurlar. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, qurumda idarə müdirlərinə havadarlıq edən ayrı-ayrı iri çaplı məmurlar arasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin vitse prezidentləri və Aparat rəhbərliyi də var.

 

ASC-nin Aparat rəhbəri Cahan Məmmədov qurumda korrupsiyanın idarə olunmasında əsas “kuratorlardan” biridir. Aqrar sənaye kompleksinin idarə edilməsi, təkminləşdirilməsi, inkişafı və prespektivləri barədə çoxsaylı məqalələri, dərslik və dərs vəsaitləri, monoqrafiya və elmi əsərləri var. Aqrar sahədə mövcud vəziyyət və onun gələcək inkişafı mövzusunda keçirilən beynəlxalq konfranslarda, seminarlarda və formlarda çoxsaylı məruzələrlə çıxış edib.

 

Cahan Məmmədov qurumda əsasən Qərb rayonlarından olan idarə müdirlərinə himayədarlıq edir. Bura Tovuz, Qazax, Ağstafa, Şəmkir, Göygöl, Samux və digər rayonlar daxildir. Mediada yer alan məlumatlara istinadən bildiririk ki, Cahan Məmmədov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qərb regionu ilə bağlı “xaç atası” olmaqla yanaşı, həmçinin geniş əlaqələrə sahibdir. Cahan Məmmədovun da şefi Əhməd Əhmədzadə kimi ölkədə və ölkə xaricində biznes şəbəkəsinə malikdir. Qeyd edək ki, Tovuz Rayon icra başçısı (el arasında zəhər Mamed kimi tanınan) Məmməd Məmmədov Cahan Məmmədovun qadaşıdır.

 


Aparat rəhbəri Cahan Məmmədov qurumun daxilində fəaliyyət göstərən “yardımçı təsərrüfat”ların gəlirlərini mənimsəyir. Hələ sovet dönəmindən Meliorasiya və Su Təsərrüafatının nəzdində bütün rayonlarda “yardımçı təsərrüfat”lar fəaliyyət göstərib. Həmin “yardımçı təsərrüfat”larda iri və xırda buynuzlu heyvanlar bəslənilib, eyni zamanda, əkin sahələrində kənd təsərrüfatı malları istehsal olunub.

 

Əldə olunan məhsulun bir qismi daha ucuz qiymətə Meliorasiya və Su Təsərrüafatı ASC - nin rayonlardakı idarələrələrin işçilərinə satılıb, əksər hissəsi isə bazarlarda satılıb mənimsənilib. Müstəqillik illərindən sonra bu “yardımçı təsərrüfat”lar idarə müdirlərinin “şəxsi mülkiyyətinə” çevrilib. On hektarlarla əkin sahələri və böyük heyvandarlıq kompleksləri olan bu təsərrüfatlar idarə müdirlərinin şəxsi sərəncamına verilib. Bununla bağlı gələn məlumata görə, Cahan Məmmədov son bir neçə il müddətində bütün rayonlarda “yardımçı təsərrüfat”ları öz nəzarəti altına alıb.

 

Artıq həmin təsərrüfatların gəlirləri ASC-nin rayon idarə müdirləri ilə Aparat Rəhbəri arasında bölünür. Daha doğrusu, gəlirin böyük bir hissəsi Cahan Məmmədovun cibinə gedir. İddilara əsasən, Cahan Məmmədovun adamları hər il ölkə üzrə bütün bazarlara minlərlə, bəlkə də on minlərnə qoyun-quzu çıxarıb satır. Bazarlarda qoyun quzuların satılmasından əldə olunan böyük məbləğdə pulun çox kiçik bir qismi sənədləşdirilərək müxtəlif işlərin görülməsi adı altında silinir. Məlumata görə, Cahan Məmmədovun Tovuzda böyük təsərrüfatı var. İddiaya əsasən bu təsərrüfatdakı qoyun quzuların əksəriyyəti həmin “yardımçı təsərrüfat”lardan gətirilib.

 

Cahan Məmmədovun korrupsiya fəaliyyətinin qurbanlarından biri də Beyləqan Su Kanal idarəsidir. İdarənin sabiq müdiri Ələmşah Məmmədquliyev yaş həddinə görə təqaüdə çıxdıqdan sonra onun yerinə gətirilən Asim Kərimovun təcrübəsizliyindən istifadə edən ASC rəhbərliyi, xüsusən Aparat Rəhbəri Cahan Məmmədov idarəyə ayrılan dövlət vəsaitinin talan edilməsi istiqamətində daha böyük cinayətlərə əl atıb. məlumatlı mənbənin verdiyi xəbərələrə görə, yuxarıdan təhrik edilməsindən sui-istifadə edən Asim Kərimov özündən əvvəlki dövrdən fərqli olaraq, seyfində xeyli əmək haqqı kartları saxlayaraq, hər 10-15 min manat pul mənimsəyir və bunun 10 min manatını himayədarı Cahan Məmmədova verir. İdarədə sərf olunan bütün vəsaitlərin 70-80 faizi tam mənimsənilir.

 

Göründüyü kimi, Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC - də dövlət büdcəsindən ayrılan pul vəsaitləri bu qurumda baş verən maliyyə mənimsəmələri nəticəsində talan edilir və burada lövbər salmış Cahan Məmmədov kimi rəhbər vəzifəli şəxslər tərəfindən şəxsi əmlakı çoxaltmağa sərf edilir. Çox güman ki, bizim qeyd etdiklərimizdən də betər cinayət faktları yuxarı dövlət orqanlarına çoxdan məlumdur və onların ASC - də olan bu kimi hallara susması mövcud əlbirlik, əməkdaşlıq münasibətləri ilə bağlıdır. Yoxsa yuxar orqanların mətbuatda hər gün öz əksini tapan ASC - də baş verən maliyyə maxinasiyalarından xəbəri olmaması barədə düşünmək əbəsdir.

 

Əhməd Əhmədzadənin bu ölkədə sayı hesabı bilinməyən "korrupsiya krallarından" biri olduğu xalqa, o cümlədən "korrupsiya çarxının" sahiblərinə çoxdan məlumdur. Baş bankir Elman Rüstəmovla qudalıq qohumluğu sayəsində ölkədə "gözün üstə qaşın var" deyilməyən bu adam yaş həddini çoxdan keçməsinə baxmayaraq, hələ də ölkənin su təsərrüfatını iflic etməkdə davam edir.

 


Qarşı tərəfin mövaeyini dərc etməyə hazırıq…