Şamaxıda qətlə yetirilən qadının ögey oğlu tərəfindən öldürüldüyü məlum olub

 



 

Şamaxıda meyiti tapılan qadının ögey oğlu tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

"Report"un məlumatına görə, ötən gün Şamaxıda qətlə yetirilərək həyətdə üstü torpaqla basdırılıb gizlədilən, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının ögey oğlu, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.