Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Leyla Əliyeva “Mən “SABAH”ın məzunuyam” tədbirində - FOTO

  30

 

 

İyulun 5-də “Mən “SABAH”ın məzunuyam” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə Leyla Əliyeva, Təhsil naziri Ceyhun Bayramov və iştirakçılar “Mən “SABAH”ın məzunuyam” adlı sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra “SABAH” qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsil sistemində inkişaf göstəricilərinin daha da yüksəldilməsi istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. “SABAH” layihəsinin əhəmiyyətini vurğulayan nazir qeyd edib ki, 2014-2015-ci tədris ilində 755 tələbənin iştirakı ilə başlayan layihə hazırda 2300-dən çox tələbəni əhatə edir. Bu gün elmi-pedaqoji mühiti, müasir maddi-texniki bazası olan 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə “SABAH” qrupları fəaliyyət göstərir. “SABAH” layihəsinin əsas şüarı - savadlı, bacarıqlı və hazırlıqlı – Azərbaycan tələbələrinin qarşısına qoyulan məqsədi ifadə edir. “SABAH” layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, məhz Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış təhsil modelidir.

Son illərdə aparılmış çoxşaxəli təhsil islahatlarını diqqətə çatdıran nazir C.Bayramov ölkəmizdə gənclərin keyfiyyətli təhsil almaları üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, “SABAH” qrupları da bu islahatlar arasında əhəmiyyətli yer tutur.

Müasir dünyada elmin, təhsilin mühüm rolundan bəhs edən C.Bayramov ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Nazir məzunların doğma Azərbaycanın davamlı inkişafına töhfə verəcəklərinə əminliyini bildirib. Təhsil naziri “SABAH” məzunlarının uğurlu fəaliyyətinə toxunaraq bir daha bütün məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib.

 

Mərasimdə rəmzi “SABAH” açarı III kurs tələbələrinə verilib.

Sonda “SABAH” qruplarının himni səsləndirilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

“SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.

2018-2019-cu tədris ilində 701 “SABAH” məzunu təhsilini başa vurur.

Xəbər Lenti

| Pirşağı çimərliyində 2 nəfər batıb

| İranda qadınlara futbol stadionlarına gəlməyə icazə verildi

| Buzovnada naməlum sürücü qadını vurub qaçdı

| Azərbaycandan Çinə tələbələr göndəriləcək

| Amerika gəmisi İranın pilotsuz uçuş aparatını vurub

| Əmircanda qəza: iki yeniyetməni maşın vurdu

| ABŞ-da inanılmaz hadisə: 28 il həbsdən sonra günahsız olduğu bilindi

| Parkdakı mübahisənin sonu bıçaqlanma oldu

| Rafael Ağayev və Hacı Əliyev Tuva prezidentinin ad günündə - FOTO

| Elçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşdü - VİDEO

| Qarşı yola çıxan VAZ “Kamaz”la toqquşdu - VİDEO

| Türkiyədə sel fəlakəti: yeddi nəfər itkin düşüb

| EYOF-da iştirak edəcək cüdoçularımız bilindi

| “FaceApp” iddialara cavab verdi: Sadəcə seçilən fotoları yükləyirik

| “Neftçi” - “Sperantsa”: Start heyətləri bəlli oldu

| Biləcəridə yük qatarı yanır

| XİN: Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!

| “Səbail” Rumıniya səfərində: heyətlər açıqlandı

| Azərbaycan idmançısı Paralimpiya Oyunlarına vəsiqə qazandı

| Rusiya “Google”u cərimələdi

| “Həbibi” ovu: kiçik şəhərdə böyük seks

| İşdən qovulduğu üçün kivi ağaclarını kəsdi, üç il iş verildi

| EYOF Bakıda hansı idman obyektlərində keçiriləcək? - SİYAHI

| Namiq Əliyev: Ermənilər həmişə belə məqamlarda hay-küy salırlar

| Hoteldə sevgilisinin başını kəsən şəxsə ağır cəza verildi

| Pakistanın keçmiş Baş naziri saxlanıldı

| “Qarabağ”ın oyunlarının vaxtı və yeri bilindi

| Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlandı - SİYAHI

| Xəzər dənizində zəlzələ oldu

|

Politoloq: “Keşikçidağ” tarixi Azərbaycan torpaqlarında yerləşir

| Antisanitar şəkildə fəaliyyət göstərən bağırsaq emalı sexi aşkarlandı - FOTO

| “Jeep” və “Dodge”sevərlərə şad xəbər

| Qızını namus üstündə öldürən ataya hökm oxundu

| 10 min müəllimə iş veriləcək

| Rusiya Türkiyəyə qırıcı satmaq istəyir

| İmtahana baş örtüyü ilə gəlib nəzarətçiləri aldatmağa çalışdılar

| Bakı-İstanbul avtobusunda nasazlıq: sərnişinlər yolda qaldı

| Qanunsuz ət kəsimi qurğuları söküldü - FOTO

| İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib

| Türkiyədə dəhşətli qəza: 15 nəfər öldü - VİDEO

| EYOF-da iştirak edəcək güləşçilərimizin adları açıqlandı - FOTO

| İmtahanda iştirakçıların yerini dəyişdirmək olar?

| Müəllimlərə imtahanda verilən suallardan səkkizi səhv çıxdı

| Qaldığı yeri gizlədənlər 800 manat ziyana düşəcək - XƏBƏRDARLIQ

| Azərbaycanın sığortda bazarında vəziyyət

| Salyanın müalicəvi suları: üç günə sağal, get - VİDEO

| Alman jurnalist Bakı ilə Minski müqayisə etdi - MÜSAHİBƏ

| Türkiyədə yaşayan səkkiz yaşlı azərbaycanlının köməyə ehtiyacı var - VİDEO

| Alman jurnalist Bakı ilə Minski müqayisə etdi - MÜSAHİBƏ

| Kürəkəninin zorladığı qadın şikayətini geri götürdü - Qızının ailəsini dağıtmaq istəmir

| “Instagram”da yenilik

| Hava yağmursuz keçəcək

| Azərbaycanda daimi yaşamaq istəyənlərin sayı bəlli oldu

| Azərbaycana qaçqın statusu üçün müraciətlərin sayı artıb

| Gömrükdə akkumulyatorlara görə artıq ödəniş tələb olunub? - Komitədən cavab

| Dövlət Xidmətinə müvəqqəti rəis təyin edildi

| Ermənistanda iğtişaş: 13 nəfər saxlanıldı

| Futbolçumuzdan Bundesliqa klubuna möhtəşəm qol - VİDEO

| “Qüdrətli dövlət naminə” - VİDEO

| Antalyada azərbaycanlı ailənin olduğu avtobus dərəyə aşdı

| Çıraqqalada bərpa işləri başladı: piyadalar üçün yol da salınacaq

| Yaponiyada animasiya studiyasında yanğın: 10 ölü, onlarla yaralı

| UEFA Avropa Liqası: “Neftçi” rahat, “Səbail” çətin oyuna çıxır

| Sağlamlıq üçün təhlükəli olan limonadların adı açıqlandı

| Zelenski oğluna qadağa qoydu

| Türkiyə “S-400”lərə görə NATO-dan çıxarılacaq? - Baş katibdən cavab

| “S-400”ləri yaradan bu azərbaycanlıdır - FOTO

| BTQ ilə işləyəcək qatarlar bu depoda təmir olunacaq - VİDEO

| Türkiyə “F-35”lərə görə doqquz milyard dollar itirəcək

| İrlandiya çempionu “Qarabağ”ın növbəti rəqibi olacaq

| Pentaqon Meksika ilə sərhədə daha 2100 hərbçi göndərdi

| “Rosqvardiya”çılar narkotik “atdılar” və yaxalandılar – VİDEO

| Ölümcül virus dünya miqyasına çatdı – ÜST həyəcan elan etdi