O 2 ölkə savaşsa, neft 200 dollara yüksələcək - Proqnoz



 

ABŞ-ın biznes xəbərləri yayımlayan telekanalı CNBC neftin qiyməti ilə bağlı maraqlı proqnoz verib.

“Qafqazinfo” xəbər verir ki, telekanal İran və Səudiyyə Ərəbistanı arasında hər cür mümkün hərbi münaqişənin bölgə və dünya üçün böyük faciə olacağı xəbərdarlığını edib. 

CNBC bu iki ölkə arasında baş verə biləcək münaqişə durumunda neftin qiymətinin bir barellinin 200 dollara yüksələ biləcəyini bildirib. 

Belə ki, OPEC-in ən böyük istehsalçıları Fars körfəzində yerləşirlər. İstehsal etdikləri neft Hörmüz boğazından keçdiyi üçün İranla Səudiyyə arasında münaqişə olacağı halda bu boğaz İran tərəfindən asanlıqla bağlana bilər. Belə olan halda Fars Körfəzi bölgəsindən dünyaya neft ixracı dayanacaq. Bu isə 1973-cü ildə yaşanmış neft böhranı kimi qlobal böhrana yol aça bilər və bütün dünya üçün faciəyə səbəb olar.