Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

İctimai hambalın taleyi - Aclıqdan ölüm, xəyanətkar arvad, intihar

  27

Aqşin Yenisey yazır...

Hollandiyanın Neymeqen Universitetinin psixiatrları 2013-cü ildə təcrübələr əsasında belə bir nəticəyə gəldilər ki, elektroşok müalicəsi ilə xəstənin yaddaşından pis, ona əzab verən xatirələri “təmizləmək” mümkündür. 

Elektroşok müalicəsi, bir növ, modern çildağdır, deyərək, çox duzsuz bir bəlağətə yol verdiyinə görə müəllifin adından hamıdan üzr istəyirəm. Elektrik cərəyanı sinir neyronlarının anarxiyasına fiziki müdaxilə edib beyində nizam-intizamı bərpa edir. Qorxunun daha dəhşətli qorxu, ağrının daha betər ağrı, dərdin daha ağır dərdlə unutdurulması metodu qədim xalqlara məlum idi; əcdadlarımız pazın pazla çıxarılmasını hələ ilk odunu doğrayarkən icad etmiş, bu üsulun gündəlik həyatda da lazım olacağı barədə, yəqin ki, bir-biriləri ilə mərc də gəlmişlər. 

Elektroşokun insan beynini “təmizlədiyini” ilk dəfə kəşf edənlər isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) işgəncə mütəxəssisləri idi. Hələ 1950-ci illərdə CIA cəlladları cinayətkar insanlar üzərində apardıqları işgəncə təcrübələri zamanı öyrəndilər ki, beyinə elektrik şoku verildikdə yaranan ağrı beyinin keçmişini pozub yenidən şəkillənməsinə səbəb olur. Ağrı-acı dolu bu kəşfin faydası ondan ibarət idi ki, şok effekti ilə insanların beynini “pozub”, sonradan ora istədiyin şeyləri yazmaq şansı və imkanı yaranmışdı.

Kanadalı alterqlobalist Naomi Klyayn “Şok doktrinası – Fəlakət kapitalizminin yüksəlişi” kitabında yazır ki, CIA-nın bu kəşfi Çikaqo Universitetin professoru, İqtisadiyyat üzrə Nobel mükafatçısı Milton Fridmana imkan verdi ki, insanların beynində şok effekti yaradaraq xalqların, cəmiyyətlərin yaddaşını, vərdişlərini onlar şokun təsirindən ayılanacan yeni bir siyasi, iqtisadi sistemə kökləməyin mümkünlüyü fikrini ortaya atsın. 

Və bu ideya kitabın müəllifinə görə, kütlələr üzərində ilk dəfə 1973-ci ildə Çilidə Pinoçetin dövlət çevrilişi ilə həyata keçirildi və o gündən müxtəlif ölkələrdə özünün iqtisadi, siyasi “faydasını” verməkdə davam edir ki, bəzilərinə bir azdan birlikdə nəzər salacağıq.  

Bəlkə də, vaxt gələcək, xalqların qan və tər töküb tarix, insanların tər və göz yaşı axıdıb tale yazmasına ehtiyac olmayacaq. Məsələn, gələcəyin Məcnunu həyatdan bir “aşk hekayəsi” qoparım deyə çöllərə düşməyəcək, texnologiyanı mənimsəmiş bir psixiatr-montyora 5-dən, 3-dən verib elektriklənmə yolu ilə hazır xatirələr kataloqundan ürəyi istəyən xatirəni yaddaşına yazdıracaq, heç Leyliyə-zada ağız açmağa da ehtiyac qalmayacaq. Yaxud fransızların 150 ilə keçdiyi demokratiya yolunu “komandirovka” götürübmüş kimi 1-2 aya keçmək istəyən bir xalqın özünə əziyyət verib qalın-qalın fəlsəfi kitablar yazmasına, inqilablar etməsinə gərək qalmayacaq. Kütləvi elektroşoklama yolu ilə psixiatrlar məktəbdə  bütün uşaqların beyninə Fransa tarixini köçürəcəklər. Hətta elə demokratik düşüncəli atalar olacaq ki, uşağın fransızlaşdırılılması ilə sünnətini eyni günə salacaq. Yaxud elçiliyə gedən ana oğlunu belə tərifləyəcək: “Sağ olmuş dəllək-psixiatr o irəlidən Harvardın bütün təhsil proqramını hard-diskindən yüklədi uşağa, indi güclə evləndirməyə razı salmışam, dirəşmişdi ki, Harvard hara, arvad hara?”

Sırtıq olmasaq, yəqin ki, biz o gözəl gələcək günləri görməyəcəyik.  

Bəs cəmiyyəti şok effekti ilə pis vərdişlərindən, axmaq xatirələrindən təmizləmək mümkündürmü? Məsələn, şok effekti verib biz azərbaycanlılarda növbə mədəniyyəti yaratmaq olarmı? Yaxud şoka saldığımız bir azərbaycanlını ölkənin bir diş həkimindən götürdüyü xeyirin indiyə kimi bütün Həcc ziyarətlərindən əldə etdiyi xeyirdən min dəfə çox olduğuna inandıra bilərikmi? 

Hələ ki dünya düzənində kütlələrdə yaradılan şok effekti ancaq kapitalist, imperialist maraqların mənfəəti, yaxud siyasi ambisiyaların reallaşdırılması üçün istifadə olunur. 1982-ci ildə Argentina ilə Folklend müharibəsinin yaratdığı şok effektindən istifadə edərək “Dəmir ledi” Marqaret Tetçer İngiltərədə o vaxtadək heç bir Avropa ölkəsində görünməmiş bir özəlləşdirmə siyasətini həyata keçirdi. Xalq qəfil başlayan və ingilislərin, az qala, məğlub olacağı müharibənin şokundan ayılanda artıq it də getmişdi, ip də.

“Qurban olum Avropa demokratiyasına” deyənlərin diqqətinə xüsusi bir qeyd: müharibəni ciddi zəfərlərlə başlayan Argentinanın sonda məğlub olmasının səbəbi fransızların onlara satdığı “Exocet” raketlərinin kodlarını gizlincə ingilislərə verməsi idi. 

Yaxud 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda baş verən terror aktının xalqda yaratdığı şokdan istifadə edən Ağ Ev bütün Yaxın və Mərkəzi Şərq siyasətini yenilədi.      

2004-cü ildə Şri Lankada baş verən sunami fəlakətinin ölkədə yaratdığı şok effektini də kapitalizm pula çevirməyi bacardı. Ölkə təbii fəlakətin şokundan çıxmağa macal tapmamış xarici sərmayəçilər və beynəlxalq sələmçi təşkilatlar panik vəziyyətdən faydalanaraq yeni tropik sahilləri ələ keçirdilər. 

Sizə bir şey deyim; ermənilər Qarabağı da Azərbaycan xalqında yaradılmış bu cür panik qarışıqlıqdan yararlanaraq işğal ediblər. Xalq nə baş verdiyini aydınlaşdırana kimi ərazilər getdi. 

Bəs kütləvi şok effektindən istifadə edib maraqların deyil, xalqların xeyrinə nələrsə etmək olarmı? Xəstə cəmiyyətləri daha yaxşı nümunələrlə deyil, daha pis nümunələrlə “sağaltmaq” mümkündürmü? 

Tibb peyvəndləmə üsulunda bədənə zəiflədilmiş viruslar köçürərək orqanizmlə bu virusların konfliktini yaradır, nəticədə “zəiflədilmiş düşmən”lə döyüşə-döyüşə bədən bu viruslardan yaranacaq xəstəliyə qarşı immunitet qalxanı hazırlayır. Yaxud qorxulu virusları orqanizmdən yox etmək üçün onlara “düşmən” olan daha güclü virusları bədənə köçürməyin faydasını öyrənmək üçün təcrübələr aparılır. Yaxud metil spirt ilə zəhərlənmiş xəstəyə daha tünd etil spirti içirirlər. 
Tibbin bu metodu qədim pazı pazla çıxarmaq üsuludur. Bu metodu cəmiyyətin sağlamlığı üçün də tətbiq etmək olarmı? Yəni cəhaləti daha qaranlıq cəhalətlə, ictimai nəzakətsizliyi xuliqanlıqla, kütləvi savadsızlığı nadanlıqla yox etmək mümkünmü? 

Cəmiyyətə “pis nümunə” olmağın bir faydası varmı? Bir əlində qamçı, o biri əlində qayçı tutmuş Pyotr öz dövrünün rusları üçün “yaxşı nümunə” idimi? Bütün almanları “qan və dəmir”in gücü ilə idarə edən Bismarkı öz xalqı üçün “yaxşı nümunə” adlandırmaq olardımı? Robespyerin xristian Fransasının başına açdığı oyunları “yaxşı nümunələr”ə aid etmək olardımı? 

Modernistlər qəlibləşmiş və artıq Avropanın belində yük kimi daşıdığı ölü dəyərləri daha “pis nümunə”lərlə məhv etmədilərmi? Məsələn, Bodlerin ilk erotik şerləri, Manenin lüm-lüt “Olimpiya”sı, Floberin “Madam Bovari”si burjua əxlaqının əsiri olan sadə avropalıları özləri haqqında yenidən düşünməyə məcbur edən “şok effektləri” deyildilərmi?    

Bəlkə, biz də maarifçi ideyaların bir əsrdən çoxdur “yaxşı nümunə”lərlə çağırışılarına söyüş, təhqirlə qarşılıq verən cəmiyyətimizə “pis nümunə” lər təqdim etmək haqqında düşünək? Sizə elə gəlmirmi ki, Azərbaycan aydını özü yaxşı nümunə olmağa can atdıqca ictimai məsuliyyətini öz üzərinə götürmüş olduğu cəmiyyəti zay yığınına çevirir? Çünki ictimai, əxlaqi məsuliyyətin bir və ya bir neçə əldə cəmlənməsi cəmiyyəti daha da pozğunlaşdırır. Hər kəs ziyalı dediyi şəxsə toplumun vicdan “камера хранения”sı kimi baxır. Qanun polisə, təhsil müəllimə həvalə olunduğu kimi əxlaqi məsuliyyət də aydının, ziyalının üstünə atılır. 

Özünü tənqidin hədəfində görməmək üçün cəmiyyət, yaxasını onun şəxsi mənafeyini qorumaqdan kənara çəkən və cəmiyyətin özünü tənqid edənləri ya hakimiyyətə yaltaqlanmaqda ittiham edir, ya da tutalım, içki içib, əyyaşlıq etməkdə. Bununla da tənqidin məqsədini özündən uzaqlaşdırmağa cəhd edir. Bu işdə toplum 5-6 əsr əvvəl yaşamış klassiklərdən dəyənək kimi yararlanır. 860 yaşlı Nizami Gəncəvini qaldırıb zollayır 20 yaşlı əmgəyi bərkiməmiş şairin təpəsinə ki, öz həyat və yaradıcılığını bizə qurban ver. Halbuki bu adamların babalarını dövrünün şahı Nizami Gəncəviyə qonorar əvəzi “can” olaraq, yəni təhkimli kəndli olaraq vermişdi. Dante ilə müqayisə edəndə Nizami Gəncəvi öz cəmiyyətinin “pis nümunə”si idi. Çünki Dante İtaliyada Renessansadan öncə ilk dəfə insan – humanizm ideyasını ədəbiyyata gətirəndə, bizim Nizami ədalətli şah obrazı yaradırdı. Ancaq bu gün cəmiyyət öz “pis nümunə”lərini ört-basdır etmək üçün klassik şairini “kullanır”.    

Maarifçilərdən sonrakı Avropa modernistləri özlərinin ictimai “pozğunluq”ları ilə cəmiyyətin məsuliyyətini onun öz üzərinə atdılar. Azərbaycanda isə hələ də hamı elə bilir ki, ictimai məsuliyyət beş-altı şair-şuürin, siyasətçi-qiraətçinin çiynində olmalıdır. Ona görə xalqda “ictimai” deyə heç bir dəyər yoxdur. Xalq “ağzının danışığını bilməyən” gənc yazıçıları-filanı ona görə təhqir edir ki, ictimai məsuliyyətin öz üzərinə atılmasını istəmir. O, qorxur ki, aydın onun məsuliyyətini daşımaqdan imtina etsə, ictimai, əxlaqi məsuliyyət onun öz üzərində qalsa, rüşvət verib altdan-altdan oğlunu işə düzəldə bilməyəcək, qızını varlı adama soxuşdurmaq üçün bütün əxlaqi dəyərləri çeynəyərkən “boğazında qalacaq”. Ona bu fürsətcilliyini balanslaşdıran bir dəyər lazımdır. Bu dəyər isə onun mənəvi-ictimai məsuliyyətini belinə şələləyən ağıllı bir adam olmalıdır. Xalq aydın, ziyalı dedikdə, “ictimai hambal” demək istəyir.

Ziyalı, aydın bu “hamballığının” qarşılığını istəyəndə, alanda isə cəmiyyət onu yaltaqlıqda, əxlaqsızlıqda filanda-bəsməkanda suçlayır. Cəmiyyətin düşüncəsinə görə, ictimai məsuliyyəti boynuna götürmüş şəxs acından ölməlidir, intihar etməlidir, arvadı ayağısürüşkən olmalıdır, başında saç, ağzında diş üzünə həsrət qalmalıdır. Və bütün bunları ona görə etməlidir ki, vətəndaş rahat yaltaqlansın, rahat rüşvət verib-alsın, rahat bir arvad, bir ayağısürüşkən saxlasın, rahat saç əkdirsin, inplant diş qoydursun. Ən axırda da öz şairinin küçədə yıxılıb öldüyünü eşidəndə özünə bu sözlərlə təsəlli versin: “Əşi, çox içirdi rəhmətlik, elə yaxşı oldu, öldü, canı dincəldi bədbəxtin”.

Xəbər Lenti

| ABŞ-da “Boeing 737 Max” “qəbiristan”ı tapıldı

| Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək

| İtaliyada mafiya və siyasətçilərin qənimi öldü

| Bakıda dostların mübahisəsi bıçaqlanma ilə bitdi

| Məktəbli anqardan iki təyyarə qaçırtdı – VİDEO

| Tramp gələcək planları ilə bölüşdü

| “British Airways” və “Lufthansa” Qahirədən müvəqqəti imtina etdi

| Ən qədim peşələrdən olan oymaçılıq Bərdədə yaşadılır - VİDEO

| Yarıçılpaq kişi ukraynalı müğənniyə hücum etdi - VİDEO

| Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO

| Bakıda “Ford” sərnişin avtobusuna çırpıldı - VİDEO

| Almaniyada təyyarə supermarketə çırpıldı: Ölənlər var

| Nil Armstronqun Ayda çəkilən fotoları 50 ildən sonra üzə çıxdı - FOTO

| Tovuzda gənc oğlan dönərdən zəhərləndi

| EYOF-da Azərbaycan idmançılarının çıxışı - 28 illik tarixə nəzər

| Güləşçilərimizin EYOF-da rəqibləri bilindi

| Dünyaca məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO

| Cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar - FOTO

| Anası tərəfindən şiddət görən uşaq evdən qaçdı - FOTO

| Lənkəranda dəniz kənarını zibilləyən istirahət məkanlarının sahibləri cəzalandırıldı

| 92 il sonra Qafqaz dağlarında ilk zubrlar göründü: Onlara İsmayıllıda baxa bilərsiniz - FOTO

| Şəmkirdə “böyük cibgirlik”: qadın və kişi tutuldu

| 71 il birlikdə yaşayan cütlük eyni gündə vəfat etdi

| Zidan Poqbanın transferindən danışdı

| Çavuşoğlu və Pompeo arasında “S-400” müzakirəsi

| Qılıncoynadanımız dünya çempionatının 1/8 finalında - VİDEO

| Bakıda “avtoşluq” edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi - VİDEO

| Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır

| Özbəkistan prezidentinin kürəkəni 200 km/saat sürətlə Daşkənd küçələrində - VİDEO

| “Apollo 11”: NASA 50 il əvvəl Ayda nə axtarırdı? - FOTO

| Rusiyada nazirlikdən təklif: Pivə spirtli içki sayılmasın

| “Fitch” Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını gözləyir

| Dayısıgilə qonaq getdi, güllələndi

| Hacıqabulda “Ford” aşdı, yaralılar var

| Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub 34 manatını aldılar - FOTO

| Bakı EYOF-a tam hazırdır - Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək

| İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - FOTO

| İlham Əliyev idmançılara pul mükafatı verdi

| Həftəsonuna çimərlik planı quranlara bəd xəbər: Külək olacaq

| Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan” - VİDEO

| Polisə düşən azyaşlı qaraçı qız: Pulumun yarısını anama verirəm - VİDEO

| “Keşikçi” əməliyyatı başlayır

| Bakının bu rayonu oğurluq sayına görə rekord vurdu - Bir gecədə baş verənlər

| İki ölkə niyə Bakıda keçiriləcək EYOF-da iştirak etməyəcək? - SƏBƏBLƏR

| İsmayıllıda gənc oğlan özünü asdı - Üç ay əvvəl də onu qardaşı bıçaqlayıbmış

| Nigeriyalı kişi təyyarənin qanadında uçmaq istədi - VİDEO

| Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı

| Bu toplumun naziri olmağa nə var ki, kişisən, yazıçısı ol

| EYOF-un ilk günü nələr gözlənilir? - 16 medalın taleyi bəlli olacaq

| Putin buna görə prezidentlikdən imtina edə bilər

| Deputatlardan Gülüstan təxribatına reaksiya: Ermənilər itənlərini başqa yerdə axtarsınlar

| ABŞ-da təyyarə çimərliyə düşdü - VİDEO

| İlisu Qoruğunda yanğın

| Türkiyədə kütləvi zəhərlənmə: aralarında onlarla uşaq var

| Sərxoş sürücü: İçib tank sürmürəm ki... - VİDEO

| Keçmiş polis əməkdaşı həbs edildi - Rüşvətə təhrikə görə

| Yayda mədənin düşməni: təzə meyvə, turistik gəzintilər, “fast food” - VİDEO

| Bu günün havası

| “Cırtdan” terrorçuların yanına göndərildi

| Salyanda avtomobil beton maneəyə çırpıldı, xəsarət alan var

| Səudiyyə Ərəbistanının təhlükəsizliyi ABŞ-a həvalə edilir

| Saakaşvili Zelenskiyə şans vermək qərarına gəldi