Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Məmmədyarov: Ermənistanın cəbhədə törətdiyi təxribatlar danışıqlara ciddi xələl gətirir

  18

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Parlament Assambleyasının prezidenti George Tseretelini qəbul edib.

XİN-dən verilən məlumata görə, Elmar Məmmədyarov Avropanın təhlükəsizlik sistemində ATƏT-in və o cümlədən ATƏT PA-nın mühüm rol oynadığını qeyd edərək, ATƏT PA-nın prezidentinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında ümumi məlumat verib. 

O, Ermənistan rəhbərliyinin son bəyanatlarına və cəbhə xəttində törədilən qanlı təxribatlara toxunaraq belə məsuliyyətsiz davranışın danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu vurğulayan nazir işğal edilmiş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməlini təşkil etdiyini söyləyib.

Öz növbəsində, George Tsereteli Azərbaycana səfər etməyindən məmnuniyyət hissi keçirdiyini bildirərək Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusilə vurğulayıb. O, ATƏT PA-da etdiyi rəhbərlik dövründə bu önəmli məsələlərə böyük diqqət ayırdığını, münaqişələr və onların humanitar fəsadlarının aradan qaldırılması və yumşaldılmasına, habelə edilən vasitəçilik səylərinə parlament müstəvisində də dəstəyin göstərilməsinin vacib vəzifə olduğunu qeyd edib. G.Tsereteli ATƏT PA-nın bu məqsədlə müxtəlif cür təmas imkanlarını təmin etməyə hazır olduğunu söyləyib.

Görüş əsnasında tərəflər Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyini və qurumun fəaliyyətinə mühüm töhfə verdiyini razılıqla qeyd edərək əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər və ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbər Lenti

| Dərbənddə silah ambarı aşkarlanıb

| Rusiya millisinin müdafiəçisi “Beşiktaş”ın maraq dairəsində

| Çində zəlzələ: 11 nəfər ölüb, 122 nəfər yaralanıb

| ABŞ İrana görə Yaxın Şərqə əlavə min hərbi qulluqçu göndərəcək

| Everestdən 11 ton zibil və dörd meyit yığışdırılıb - VİDEO

| Rusiya və Türkiyə müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

| Rusiyalı səfirə “Ermənistanın daxili işlərinə qarışma!” deyildi

| Avropa Liqası: “Neftçi”nin 5, “Səbail”in 6 mümkün rəqibi müəyyənləşib

| Üç güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəlib

| Erkən ölümə daha bir səbəb

| Neymarın bütün daşınmaz əmlakına həbs qoyuldu

| Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

| Bakıda bir gecədə iki qadını maşın vurdu

| Leyla Əliyeva körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində - FOTO

| Sürücü idarəetməni itirdi - 4 nəfər yaralandı

| ABŞ sanksiyaları “Huawei”ə nə qədər ziyan vurub?

| Dəniz, həyətdə samovar çayı üçün darıxıram - Parisdəki azərbaycanlı

| “Qarabağ”-ın Çempionlar Liqasındakı potensial rəqibləri bu komandalardır

| XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?

| Qəzaya düşmüş motosikletçiyə ilk yardımı Yıldırım etdi - VİDEO

| Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür edib

| Gəncədə ruhi xəstə evi yandırdı

| Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında öldü

| Qaradağda ağır qəza: Hindistanlılar öldü

| Zelenski ukraynalı qadınları ölkənin turizm brendi adlandırdı

| “Real”da qalmaqal: futbolçular etiraz edir

| Kişilərlə qadınların maaş fərqi hesablandı

| Ruhani Avropaya son şans verdi

| Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif - VİDEO

| Qazaxda avtomobil gənc piyadanı vurub öldürdü

| Nigeriyada terror: 30 ölü, 40 yaralı

| Dünya çempionumuz yeni qurum yaratdı

| Bodrumda faciə: 12 mühacir boğuldu - VİDEO

|

Abşeronun icra başçısı İradə Gülməmmədova ilə Ədalət Camalovanın mövqe mübarizəsi güclənir - İki xanımın savaşı

| Ağstafada güllə yarası alanlardan birinin ayağı kəsildi

| Qadın keçmiş sevgilisini kondisionerlə şantaj etdi

| Aptekdən oğurluq edərkən ələ keçdi - FOTO

| İşdən çıxarıldığı deyilən jurnalist hər şeyə aydınlıq gətirdi: Öz yerimdəyəm

| Bitkoin bahalaşır: ilin rekordu qeydə alındı

| Tramp öskürən köməkçisini kabinetdən qovdu - VİDEO

| Ağstafada ağır qətl törədən gəncin - FOTOSU

| Sürücü yüksək sürətin qurbanı oldu - FOTO

| Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

| Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

| Eldar Sabiroğlu oğlundan imtina etdi: Qəbrimə gəlmə

| İran nüvə proqramını genişləndirir

| ATV prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: İşinin başındadır

| Lənkəranda yaşlı qadın çayda boğuldu

| Ağstafada ağır qətl törədən şəxs təslim olub - RƏSMİ

| ABŞ qoşunları Polşadan idarə olunacaq

| Sabah da isti olacaq

| “PSJ” Neymarı satır?

| Ağstafada üç nəfər güllələnib: yaralılar var

| İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü

| Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

| Daha bir rayonda zəlzələ

| Masallıda pomidor sahələrini qurd basıb - FOTO

| Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı

| ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

| Sabirabadda manyak peyda olub - FOTO

| “Corc Kluni” Tailandda həbs olundu - FOTO

| Yunanıstanın baş naziri Türkiyəni sanksiyalar ilə hədələdi

| Venesuelada avtobus aşıb, 16 nəfər ölüb

| Qətər futbolçusunun qolu “Marakana”nı heyran etdi - VİDEO