Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Şəriətdə üstünlük seyidliklə deyil, Allahın və Peyğəmbərin dediklərinə bağlılıqla, dürüstlük və əxlaqla bağlıdır

  130

Efirdə kişiyə bənzər qadınlar və qadına bənzər kişilər kütləni ələ ala bilirsə, bu halda, mənəvi boşluqda olmağımız qaçılmazdır

 Sovet rejiminin süqutundan sonra müstəqilliyini qazanan ölkəmizdə sanki, bütün mənəvi dəyərlər də bir anda dəyişdi. Atezim və kommunizim ideologiyasından qurtulan insanlar, elə bil bir mənəvi boşluğa düşdülər və böyük əksəriyyəti dinə üz tutdu. Bundan istifadə edən bəzi xarici qüvvələr də, öz emissarların ölkəmizə göndərərək bu boşluğu öz ideologiyaları ilə  doldurmağa çalışdılar. Cəmiyyət elə bil iki hissəyə bölündü. Xarici emissarların təsiri altına düşənlər və öz milli mənəvi dəyərlərin qorumağa çalışanlar.

 Həmin dövürdən bizi artıq 27 ildən çox bir zaman məsafəsi ayırır. Buna baxmayaraq, bu gün də insanların bir qismi,  sanki bir mənəvi boşluq içərisində çabalayır və çıxış yolu axtarır. Niyə, nə üçün, bütün bu suallara cavab tapmaq məqsədi ilə ilahiyyat üzrə fəlsəfə doktoru, tanınmış dinşünas, Əkrəm Həsənova müraciət etdik:

- Əkrəm müəllim bu gün insanlar sanki mənəvi boşluq içərisindədirlər. Sizcə bunun səbəbi nədir?

- Bunun səbəbi insanların, cəmiyyətin mənəviyyata qarşı laqeydliyidir. Biz insan olaraq hər gün çalışırıq ki, yaxşı yeyək, içək, geyinək və immunitetimiz yaxşı olsun. Belə olduqda bədən cəhətdən sağlam ola bilirik. Ancaq bu bizim maddi, görünən tərəfimizdir. Bir də bizim ruhumuz var. Doğrudur ki, ruh məsələsində ateistlər fərqli düşünür və müasir Qərb anlayışı fərqlidir. Onlar bəzən ruhun varlığını inkar edirlər. Ancaq heç də belə deyil. Biz yalnız əşya deyilik ki, ruhumuz olmasın. Bizim bədənimizi idarə edən güclü ruhumuz var ki, biz ruhumuzu da qidalandırmalıyıq. Ruhumuzu qidalandırmaq bizim mənəviyyatımızı, əxlaqımızı kamilləşdirir. Çünki, biz insanlarda yaradıcı qüvvəyə inam var. Bu baxımdan bəzən insanlar, çevrəmiz bizim ruh halımızı, mənəviyyatımızı korlayır, zədələyir. Bir növ elə bir çevrədə yaşayırıq ki, mənəvi halımız sarsılır. Məhz ruhumuzu, mənəviyyatımızı artırmaq üçün bizə müəyyən qədər dini bilgilər lazımdır. Çalışmalıyıq ki, orta və ali məktəblərdə gənclərimiz dini cəhətdən savadlansınlar. Xüsusilə efirlərə  savadlı ilahiyatçılar dəvət edilməlidir ki, onlar insanlara mənəvi bilgilər verə bilsinlər. Burada televiziyanın və mətbuatın da üzərinə müəyyən məsuliyyət düşür.

Mənəvi boşluqda olmağımızın bir səbəbini də televiziya ekranlarından mənəviyatsız insanların bizə, cəmiyyətimizə mənəviyyatsızlığı təbliğ etmələrində axtarmaq lazımdır. Yalnız maddiyata üstünlük verən, haram pullar hesabına harınlayan bir çox insanlar, şou-biznes təmsilçiləri (onlara sənət adamları deməyə dilim gəlmir-Ş.S), qadın və kişi müğənnilər var ki, məqsədyönlü şəkildə mənəviyyatımızı zədələyirlər.

Məsələn, efirlərdə kişiyə bənzər qadınlar və qadına bənzər kişilər kütləni ələ alıb. Belə bir halda, mənəvi boşluqda olmağımız qaçılmazdır.

- Gələn ilin sentyabrından orta və ali məktəblərdə dini tədrislər olacaq. Buna qədər "Həyat bilgisi" adlı dərslik inteqrativ fənn kimi tədris edilirdi. Yəqin ki, orada dini məlumatlar kifayət qədər olmadığından dinin ayrıca tədris olunması qərara alındı.

- Ümumiyyətlə, məktəblərdə dini fənlərin tədrisinə müstəqillik əldə etdiyimiz gündən başlamaq lazım idi. Doğrudur, o vaxlar müəyyən bir proses başlandı, lakin proses ləng getdiyindən, mənəvi aclıq keçirən gənclərimizin bir hissəsi heç özləri də dərk etmədən xarici radikal dini meyilləri təbliğ edən qruplara qoşuldular. Əgər onlar vaxtında orta məktəbdə və ali təhsil ocaqlarında dini bilgilər alsaydılar, əlbətdə ki, heç bir xarici radikal axına qoşulmaq təhlükəsi də ortaya çıxmazdı. Gec də olsa, artıq buna nail olduq ki, orta və ali məktəblərdə dini tədris verilsin, inanıram ki, bu proses gənclərə xüsusi mənəvi stimul verəcək. İndi artıq televiziyalarda ciddi və maraqlı dini, mənəvi verilişlərin hazırlanması proseslərinə başlamaq mərhələsinə keçmək lazımdır ki, ümumiyyətlə cəmiyyətimizin maarifləndirilməsi prosesi gücləndirilsin. Çünki bu prosesi indi başlamasaq artıq gec olacaq. Ümid edirik ki, bu problem də öz həllini tapacaq.

- Əkrəm müəllim oxucularımızı maraqlandıran digər bir məsələyə də aydınlıq gətirməyinizi xahiş edirik. Dinimizdə əhd etmək, nəzir vermək, yaxud almaq varm?

- Nəzir vermək dinimizdə var. O da, şəriətin göstərdiyi çərçivədə olmalıdır. Nəzirlə bağlı peyğəmbər(s.ə.s.) hədisində bildirilir ki, insanın nəzir verməsi onun qədərinə yazılanı dəyişmir. Peyğəmbər səhih bir hədisdə buyurub ki, sadəcə nəzir verməklə paxılın əlindən nəsə çıxmış olur. Çünki, islama görə insan yaxşı halda da sədəqə verməli, yaxşılıq etməli, çətin durumda da bunu etməlidir. Ancaq nəzir etmək şəriətin göstərdiyi və icazə verdiyi çərçivədə icazəli hesab edilir. O ki, qaldı qapılarda dilənmək və.s. belə nəzir icazəli deyil.

- Seyid kimlərə deyilir? Seyid olmayanlarla onların fərqi nədədir?

- Seyid Məhəmməd peyğəmbər (s.ə.s.) nəslindən gələn şəxsə deyilir. Ərəbcə tərcümədə ağa, rəhbər deməkdir. Şəriətdə üstünlük seyidliklə deyil, Allahın və Peyğəmbərin dediklərinə bağlılıqla, dürüstlük və əxlaqla bağlıdır. Seyid olanların nəsil şəcərəsi olur. Əgər varsa, biz onun seyid olmasını qəbul edirik, ancaq digər insanlardan fərqləndirmirik və xüsusi üstünlük vermirik. Onun üstünlüyü Allaha, mənəviyyata bağlılığı, cəmiyyətdə tutduğu dürüst mövqeyi ilə bilinir.

Şəriətə görə seyidlik insana xüsusi üstünlük vermir, o vaxta qədər ki, o Allahın sevimli bəndəsi olur. Dua edəndə, duası qəbul olunur. Dünyasını dəyişdikdən sonra isə o, bizə dua edə bilmir, bizə nə bu dünyada, nə də axirətdə kömək edə bilmir. Ancaq qəbirləri ziyarət etmək dinimizdə icazəli hesab edilir.

Allah dostu olduğu üçün digər yaxınlarımız kimi onların qəbrini ziyarət edə bilərik. Onlar üçün dua edə bilərik. Çünki, insan seyid olsa belə, artıq dünyasını dəyişdikdən sonra özünə və yaxınlarına dua edə bilmir.

Ancaq həyatda əməli saleh insan kimi yaşayıbsa, Allah onların övladlarına kömək edir, bir şərtlə, onların övladları da Allahın sərhədlərini qorumalıdır. Yoxsa, mən seyidəm deyib, insanlara qarşı təkəbbürlülük edir, yalan danışır, əxlaqsızlıq edirsə, o da bir insandır və günah qazanır.

- Məhəmməd Peygəmbər (s.ə.s.) dövründən üzü bəri neçə nəsl sonra təkrar onun nəsli sayılır? Onu təyin etmək mümkündür? Ümumiyyətlə, seyidliyi təsdiq edən sənəd var?

- Bilirsiniz, seyidlik anlayışı Səfəvilər hakimiyyətə gələndən sonra formalaşıb və o dövrdə seyid olanlara xüsusi üstünlük, böyük vəzifə verirdilər. Hətta kifayət qədər saxta sənəd düzəldib vəzifə üçün seyidlik adını alanlar da olub. Sonra bu cür fikir axını, xüsusi cərəyan, məzhəb formalaşıb və günümüzə qədər də bu davam edir. Fikir versəniz, bu anlayış əsasən İran ərazisi və cənub bölgəsində özünü daha qabarıq göstərir. Peyğəmbərin övladları, nəvələri, nəticələri, Qiyamət gününə qədər gələnlər hamısı seyid hesab edilir. Əsl seyidləri müəyyən etmək çox çətindir. Hardasa, belə rəsmi qədim sənəd varsa, onunla müəyyən oluna bilər, yaxud da ata babaları seyid olanlar bunu nəsildən-nəsilə şifahi yolla bildirə bilərlər. İndi dəqiq seyid olanlarla yalançı seyid olanları fərqləndirmək qeyri- mümkündür.

Məsələn, bəzi ərəb ölkələrində seyidlər nəsil səcərəsi ilə tanınır. Sonralar bu nəsillər artıb, hər yerə səpələniblər. Bu səbəblə ola bilər ki, bütün ölkələrdə seyyid nəslindən olan insanlar olsun. Ancaq bunu müəyyən etmək yuxarıda qeyd etdiyim kimi mümkün deyil.

 Şahnaz Salehqızı

 

Xəbər Lenti

| Sürücü yüksək sürətin qurbanı oldu - FOTO

| Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

| Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

| Eldar Sabiroğlu oğlundan imtina etdi: Qəbrimə gəlmə

| İran nüvə proqramını genişləndirir

| ATV prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: İşinin başındadır

| Lənkəranda yaşlı qadın çayda boğuldu

| Ağstafada ağır qətl törədən şəxs təslim olub - RƏSMİ

| ABŞ qoşunları Polşadan idarə olunacaq

| Sabah da isti olacaq

| “PSJ” Neymarı satır?

| Ağstafada üç nəfər güllələnib: yaralılar var

| İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü

| Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

| Daha bir rayonda zəlzələ

| Masallıda pomidor sahələrini qurd basıb - FOTO

| Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı

| ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

| Sabirabadda manyak peyda olub - FOTO

| “Corc Kluni” Tailandda həbs olundu - FOTO

| Yunanıstanın baş naziri Türkiyəni sanksiyalar ilə hədələdi

| Venesuelada avtobus aşıb, 16 nəfər ölüb

| Qətər futbolçusunun qolu “Marakana”nı heyran etdi - VİDEO

| Bərdədə “Jiquli” ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

| Yaponiyada güclü zəlzələ baş verib

| Hələb atəşə tutulub - 12 nəfər oldürülüb

| Çində 100 milyon il yaşı olan dinozavr izləri tapılıb

| Bodrumda eniş zamanı təyyarənin şassisi partladı - VİDEO

| Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub

| Samuxda qonşular arasında mübahisə qanla bitdi

| Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü

| Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi

| Milan-Moskva reysi ilə uçan təyyarədə kondisionerlər işləmədi

| İmamoğlu ilə Yıldırım canlı yayımda üz-üzə gəldi

| Fransada 250 min litr konyak yandı

| ABŞ universitetinin azərbaycanlı alimi: Qəbul olmaq asandır

| İstanbulda maraqlı kampaniya - Zibil gətir, qızıl apar

| Göygöldə mikroavtobus aşdı - Yaralılar var

| Baş nazir istefadan sonra nə ilə məşğul olacağını açıqladı: Yemək bişirəcəm...

| “Yuventus”un yeni baş məşqçisinin adı məlum oldu

| Hindistan ABŞ-la ticarət müharibəsinə başladı

| Azərbaycanlı Ukraynada qəza törətdi - Beynəlxalq dərəcəli hakim öldü

| “Ural hava yolları” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verib - FOTO

| Siqaret kötüyünü yerə atanları böyük cərimə gözləyir - Portuqaliyada

| Poqbanı “Mançester Yunayted”də saxlamaq mümkün deyil

| Netanyahunun arvadı bahalı yemək sifariş etdiyi üçün cərimələndi

| İstanbulda festivalda gözlənilməz hadisə, çox sayda yaralı var - VİDEO

| Argentina və Uruqvay qaranlığa qərq oldu

| Salah yekun qərar verdi

| Səudiyyə Ərəbistanında dronların hücumu: aeroportlar bağlandı

| Messi Kolumbiyaya məğlubiyyətdən danışdı