Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Prezidentin tənqidindən sonra “Yanardağ” - FOTO

  20

Abşeron rayonunun Məmmədli kəndində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu əsaslı təmir və bərpadan sonra istifadəyə verilib.

Aparılan yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 64,55 hektar olan qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey, açıq hava konsertləri üçün nəzərdə tutulan 500 nəfərlik amfiteatr, sənətkar emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin satışı məntəqəsi, parkinq turistlərin ixtiyarına verilib.

2007-ci ildən qoruq statusuna malik Yanardağda, həmçinin ərazidə tapılan, yerli əhali tərəfindən istifadə edilmiş qədim daşlar və sənətkarlıq nümunələrinin, qaval daşının nümayiş etdirildiyi açıq hava muzeyi yaradılıb.

Bundan əlavə, qoruq ərazisində yerli gənc rəssamların əsərlərinin nümayiş olunduğu kafe, əyləncə zonası, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərəcək. Fiziki məhdudiyyətli şəxslərin Yanardağ alovunun ətrafına enməsi üçün xüsusi yol çəkilib. Bütövlükdə qoruq ərazisi abadlaşdırılaraq müxtəlif ağaclar əkilib.

Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.

Bu gün keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olarkən buradakı çatışmazlıqları və qeyri-məqbul şəraitin olduğunu qeyd edərək, qoruqdakı şəraitin qısa müddət ərzində müasir səviyyəyə çatdırılması barədə aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq vermişdi.

Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.

Xəbər Lenti

| Ağstafada ağır qətl törədən gəncin - FOTOSU

| Sürücü yüksək sürətin qurbanı oldu - FOTO

| Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

| Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

| Eldar Sabiroğlu oğlundan imtina etdi: Qəbrimə gəlmə

| İran nüvə proqramını genişləndirir

| ATV prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: İşinin başındadır

| Lənkəranda yaşlı qadın çayda boğuldu

| Ağstafada ağır qətl törədən şəxs təslim olub - RƏSMİ

| ABŞ qoşunları Polşadan idarə olunacaq

| Sabah da isti olacaq

| “PSJ” Neymarı satır?

| Ağstafada üç nəfər güllələnib: yaralılar var

| İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü

| Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

| Daha bir rayonda zəlzələ

| Masallıda pomidor sahələrini qurd basıb - FOTO

| Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı

| ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

| Sabirabadda manyak peyda olub - FOTO

| “Corc Kluni” Tailandda həbs olundu - FOTO

| Yunanıstanın baş naziri Türkiyəni sanksiyalar ilə hədələdi

| Venesuelada avtobus aşıb, 16 nəfər ölüb

| Qətər futbolçusunun qolu “Marakana”nı heyran etdi - VİDEO

| Bərdədə “Jiquli” ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

| Yaponiyada güclü zəlzələ baş verib

| Hələb atəşə tutulub - 12 nəfər oldürülüb

| Çində 100 milyon il yaşı olan dinozavr izləri tapılıb

| Bodrumda eniş zamanı təyyarənin şassisi partladı - VİDEO

| Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub

| Samuxda qonşular arasında mübahisə qanla bitdi

| Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü

| Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi

| Milan-Moskva reysi ilə uçan təyyarədə kondisionerlər işləmədi

| İmamoğlu ilə Yıldırım canlı yayımda üz-üzə gəldi

| Fransada 250 min litr konyak yandı

| ABŞ universitetinin azərbaycanlı alimi: Qəbul olmaq asandır

| İstanbulda maraqlı kampaniya - Zibil gətir, qızıl apar

| Göygöldə mikroavtobus aşdı - Yaralılar var

| Baş nazir istefadan sonra nə ilə məşğul olacağını açıqladı: Yemək bişirəcəm...

| “Yuventus”un yeni baş məşqçisinin adı məlum oldu

| Hindistan ABŞ-la ticarət müharibəsinə başladı

| Azərbaycanlı Ukraynada qəza törətdi - Beynəlxalq dərəcəli hakim öldü

| “Ural hava yolları” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verib - FOTO

| Siqaret kötüyünü yerə atanları böyük cərimə gözləyir - Portuqaliyada

| Poqbanı “Mançester Yunayted”də saxlamaq mümkün deyil

| Netanyahunun arvadı bahalı yemək sifariş etdiyi üçün cərimələndi

| İstanbulda festivalda gözlənilməz hadisə, çox sayda yaralı var - VİDEO

| Argentina və Uruqvay qaranlığa qərq oldu

| Salah yekun qərar verdi

| Səudiyyə Ərəbistanında dronların hücumu: aeroportlar bağlandı

| Messi Kolumbiyaya məğlubiyyətdən danışdı