Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

İlham Əliyev: Azərbaycanın gömrük xidmətində ciddi işlər aparılır

  20

 

 

Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli konfrans və sərgi iştirakçıları!

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar üzrə 2019-cu il Konfrans və Sərgisinin açılışı münasibətilə salamlayır, Konfrans və Sərginin işinə uğurlar arzulayıram.

Belə mötəbər tədbirin Bakı şəhərində keçirilməsini çox yüksək qiymətləndiririk.

Öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan ölkəmiz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaqda daim maraqlıdır və bu sahədə irimiqyaslı infrastruktur layihələri həyata keçirərək böyük sərmayələr qoyur.

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə daim böyük önəm verilib, informasiya cəmiyyətinin formalaşması və inkişafı məqsədilə müvafiq milli strategiyalar qəbul edilib.

Cəmiyyətimiz üçün vacib olan elektron xidmətlərin təşkili, “elektron hökumət” üzrə genişmiqyaslı layihələrin həyata keçirilməsi, dövlət idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edir.

Bu qlobal çağırışlar şəraitində, Azərbaycanın gömrük xidmətində də ciddi işlər aparılır. Gömrük işi sahəsində rəqəmsal gömrük inzibatçılığının inkişaf etdirilməsi, biznes proseslərinin, gömrük nəzarətinin təşkilində, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığının artırılması istiqamətində ciddi layihələr həyata keçilir və gömrük sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və istifadəsinə xüsusi önəm verilir.

Ümumdünya Gömrük Təşkilatının hər il keçirdiyi bu tədbirdə dünyada tətbiq olunan qabaqcıl yeniliklərin nümayiş etdirilməsi beynəlxalq əməkdaşlığın zəruriliyini bir daha təsdiq edir.

Ümumdünya Gömrük Təşkilatının “SMART sərhədlər üçün yeni texnologiyalar, Ticarət, Səyahət və Daşımalar üçün yeni imkanlar” mövzusunda Konfrans və Sərgisinin ölkəmizdə keçirilməsini alqışlayır, konfransın yekunları üzrə səmərəli nəticələrin əldə ediləcəyini, aparılacaq müzakirələrin və keçiriləcək görüşlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin dərinləşməsinə və bu sahədə yeni təşəbbüslərin meydana çıxmasına mühüm töhfə verəcəyinə ümid edirəm”.

Xəbər Lenti

| Ağstafada ağır qətl törədən gəncin - FOTOSU

| Sürücü yüksək sürətin qurbanı oldu - FOTO

| Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

| Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

| Eldar Sabiroğlu oğlundan imtina etdi: Qəbrimə gəlmə

| İran nüvə proqramını genişləndirir

| ATV prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: İşinin başındadır

| Lənkəranda yaşlı qadın çayda boğuldu

| Ağstafada ağır qətl törədən şəxs təslim olub - RƏSMİ

| ABŞ qoşunları Polşadan idarə olunacaq

| Sabah da isti olacaq

| “PSJ” Neymarı satır?

| Ağstafada üç nəfər güllələnib: yaralılar var

| İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü

| Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

| Daha bir rayonda zəlzələ

| Masallıda pomidor sahələrini qurd basıb - FOTO

| Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı

| ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

| Sabirabadda manyak peyda olub - FOTO

| “Corc Kluni” Tailandda həbs olundu - FOTO

| Yunanıstanın baş naziri Türkiyəni sanksiyalar ilə hədələdi

| Venesuelada avtobus aşıb, 16 nəfər ölüb

| Qətər futbolçusunun qolu “Marakana”nı heyran etdi - VİDEO

| Bərdədə “Jiquli” ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

| Yaponiyada güclü zəlzələ baş verib

| Hələb atəşə tutulub - 12 nəfər oldürülüb

| Çində 100 milyon il yaşı olan dinozavr izləri tapılıb

| Bodrumda eniş zamanı təyyarənin şassisi partladı - VİDEO

| Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub

| Samuxda qonşular arasında mübahisə qanla bitdi

| Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü

| Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi

| Milan-Moskva reysi ilə uçan təyyarədə kondisionerlər işləmədi

| İmamoğlu ilə Yıldırım canlı yayımda üz-üzə gəldi

| Fransada 250 min litr konyak yandı

| ABŞ universitetinin azərbaycanlı alimi: Qəbul olmaq asandır

| İstanbulda maraqlı kampaniya - Zibil gətir, qızıl apar

| Göygöldə mikroavtobus aşdı - Yaralılar var

| Baş nazir istefadan sonra nə ilə məşğul olacağını açıqladı: Yemək bişirəcəm...

| “Yuventus”un yeni baş məşqçisinin adı məlum oldu

| Hindistan ABŞ-la ticarət müharibəsinə başladı

| Azərbaycanlı Ukraynada qəza törətdi - Beynəlxalq dərəcəli hakim öldü

| “Ural hava yolları” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verib - FOTO

| Siqaret kötüyünü yerə atanları böyük cərimə gözləyir - Portuqaliyada

| Poqbanı “Mançester Yunayted”də saxlamaq mümkün deyil

| Netanyahunun arvadı bahalı yemək sifariş etdiyi üçün cərimələndi

| İstanbulda festivalda gözlənilməz hadisə, çox sayda yaralı var - VİDEO

| Argentina və Uruqvay qaranlığa qərq oldu

| Salah yekun qərar verdi

| Səudiyyə Ərəbistanında dronların hücumu: aeroportlar bağlandı

| Messi Kolumbiyaya məğlubiyyətdən danışdı