Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Bacarmırlar: Milli ruhu olmayan futbolçularımız

  15

Futbol üzrə milli komandamız 21 il sonra öz meydanında rəsmi matçda darmadağına məruz qaldı. Əgər 1998-ci ilin oktyabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda bunu Macarıstan millisi 4:0 hesabı ilə etmişdisə, dünənki darmadağını slovaklar etdi. İki oyuna mərkəzi avropalılardan doqquz top buraxdıq.

Bu, heç də mərkəzi avropalılara qarşı oyunumuzun alınması demək deyil. Axı biz 18 il əvvəl Bakıda Slovakiyanı 2:0 hesabı ilə məğlub etmişik. Bəs niyə bu hesab qeydə alındı? Dəyişən nədir?

Görünən kəndin bələdçiyə ehtiyac yoxdur. Dəyişən bəzi futbolçularımızın milli formanın üzərindəki Azərbaycan bayrağının məsuliyyətini dərk etməməsidir. Futbolçularımız dünənki oyuna mübarizə aparmağa yox, ayaqlarını sürüyə-sürüyə vaxt keçirməyə çıxmışdı.

Hücumçumuz, vaxtilə elə həmin Slovakiyada legioner həyatı sürmüş Ramil Şeydayev istisna olmaqla, dünən meydanda futbol oynayan vardı?

Bəlkə, elə məsələ burada gizlənir?! Biz nə vaxta kimi Qara Qarayevi, Maksim Medvedevi, Bədavi Hüseynovu “Qarabağ”da görəcəyik? Niyə bu futbolçular legioner karyerası qurmaq istəmir? İnanın mənə, menecerlərinə desələr, Türkiyə və Rusiyanın ortabab klublarında çıxış edərlər. Amma etmirlər, çünki qorxurlar.

Niyə Riçard Almeyda bir az çətinə düşən kimi Qazaxıstanda tab gətirməyib üzüqoylu, suyu tökülə-tökülə yenidən Bakıya, “Qarabağ”a qayıtdı? Niyə dağıstanlı olan Bədəvi Hüseynovun peşəkar karyerası ancaq Azərbaycanla bağlıdır? Niyə Rusiyada ən azı Mahaçqala “Anji”si ona qucaq açmır? Bax, səbəblər budur.

Amma deyək ki, qorxurlar, Azərbaycanda hər il yüksək maaş alan bu futbolçular öz isti evlərindən bir qədər aralıda yerləşən iş yerlərini dəyişməkdən çəkinirlər. Bəs bu futbolçuların milli ruhları harada qaldı?

Axı bir neçə gün əvvəl Türkiyə millisi milyonluq heyətə malik, Kilian Mbapeli, Antuan Qrizmanlı, elə Bakıda “Çelsi” ilə Avropa Liqası qalibi olmuş Olivye Jirulu Fransanı diz çökdürməklə bizə, bizim kimilərə hər şeyi pulun həll etmədiyini əyani surətdə göstərdi. Etnik mənsubiyyətinə görə Azərbaycan əhalisinin, meydanda olan futbolçuların çoxunun türk olduğunu nəzərə alsaq, hanı bəs bizdə olan Osmanlı türklərindəki mübarizə istəyi, hanı bəs bizdə olan o qürur? Slovakiya ki Fransa deyil. 

Nə qədər ki ikili mübarizə aparmaqdan çəkinəcəyik, nə qədər ki milli ruhu olmayan futbolçular meydanda olacaq, nə qədər ki meydanda bütün fikrini qapımızdan daha az top buraxmağa çalışan futbolçular ordusu yetişəcək, o zaman da belə nəticələr qaçılmaz olacaq. 

Bir az milli şərəf damarınız olsun!

Xəbər Lenti

| Ağstafada ağır qətl törədən gəncin - FOTOSU

| Sürücü yüksək sürətin qurbanı oldu - FOTO

| Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

| Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

| Eldar Sabiroğlu oğlundan imtina etdi: Qəbrimə gəlmə

| İran nüvə proqramını genişləndirir

| ATV prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: İşinin başındadır

| Lənkəranda yaşlı qadın çayda boğuldu

| Ağstafada ağır qətl törədən şəxs təslim olub - RƏSMİ

| ABŞ qoşunları Polşadan idarə olunacaq

| Sabah da isti olacaq

| “PSJ” Neymarı satır?

| Ağstafada üç nəfər güllələnib: yaralılar var

| İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü

| Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

| Daha bir rayonda zəlzələ

| Masallıda pomidor sahələrini qurd basıb - FOTO

| Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı

| ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

| Sabirabadda manyak peyda olub - FOTO

| “Corc Kluni” Tailandda həbs olundu - FOTO

| Yunanıstanın baş naziri Türkiyəni sanksiyalar ilə hədələdi

| Venesuelada avtobus aşıb, 16 nəfər ölüb

| Qətər futbolçusunun qolu “Marakana”nı heyran etdi - VİDEO

| Bərdədə “Jiquli” ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

| Yaponiyada güclü zəlzələ baş verib

| Hələb atəşə tutulub - 12 nəfər oldürülüb

| Çində 100 milyon il yaşı olan dinozavr izləri tapılıb

| Bodrumda eniş zamanı təyyarənin şassisi partladı - VİDEO

| Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub

| Samuxda qonşular arasında mübahisə qanla bitdi

| Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü

| Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi

| Milan-Moskva reysi ilə uçan təyyarədə kondisionerlər işləmədi

| İmamoğlu ilə Yıldırım canlı yayımda üz-üzə gəldi

| Fransada 250 min litr konyak yandı

| ABŞ universitetinin azərbaycanlı alimi: Qəbul olmaq asandır

| İstanbulda maraqlı kampaniya - Zibil gətir, qızıl apar

| Göygöldə mikroavtobus aşdı - Yaralılar var

| Baş nazir istefadan sonra nə ilə məşğul olacağını açıqladı: Yemək bişirəcəm...

| “Yuventus”un yeni baş məşqçisinin adı məlum oldu

| Hindistan ABŞ-la ticarət müharibəsinə başladı

| Azərbaycanlı Ukraynada qəza törətdi - Beynəlxalq dərəcəli hakim öldü

| “Ural hava yolları” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verib - FOTO

| Siqaret kötüyünü yerə atanları böyük cərimə gözləyir - Portuqaliyada

| Poqbanı “Mançester Yunayted”də saxlamaq mümkün deyil

| Netanyahunun arvadı bahalı yemək sifariş etdiyi üçün cərimələndi

| İstanbulda festivalda gözlənilməz hadisə, çox sayda yaralı var - VİDEO

| Argentina və Uruqvay qaranlığa qərq oldu

| Salah yekun qərar verdi

| Səudiyyə Ərəbistanında dronların hücumu: aeroportlar bağlandı