Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Trampın xüsusi diplomla təltif etdiyi azərbaycanlı yeniyetmə - FOTO

  19

 “Mən Amerikaya gələnədək bu qədər layihəni rellaşdıra biləcəyimə inanmırdım. Buraya gələndən sonra özümdə müxtəlif bacarıqlar kəşf etdim. İndi anlayıram ki, mən heç də aciz insan deyiləm”

Haqqında söhbət açdığımız Fatimə Məlikli 2002-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinfin birinci yarsınadək 138 saylı tam orta məktəbdə oxuyub. 2016-cı ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. 

Azvizion-un məlumatına görə, Atası Rüfət Məlikov Azərbaycan Dillər Universitetini bitirib, tərcüməçidir. Anası Jalə Əliyeva şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi Hacı Mailin qardaşı qızıdır. O da Azərbaycan Dillər Universitetinin məzunudur, ixtisaca ingilis dili müəllimidir. Fatimə xanımın Ağakərim adında on bir yaşlı bir qardaşı da var. 

Hazırda on birinci sinfi bitirən bu xanım səkkizinci sinfin ikinci yarsını “Auburndale Middle School”da davam etdirsə də doqquzuncu sinifdən Tastin şəhərinin “Magnolia Science Academy Santa Ana” tədris ocağında oxuyur. Onuncu sinifdən “Santa Ana” Kollecində də təhsil alır. 

Cəmi on yeddi yaşın içində olsa da çox bacarıqlı xanımdır. Los Ancelesdəki “Redondo Beach” kitabxanasında Azərbaycan dili bölməsinin açılmasına nail olub. Həmin bölməyə “Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti”nin icraçı direktoru Kimiya xanım Məmmədova ilə birlikdə azərbaycan-ingilis dillərində xeyli kitab da hədiyyə ediblər. Sizə zarafat gəlməsin, ötən il oxuduğu məktəbin ictimai əsaslarla vitse prezidenti seçilsə də, növbəti dərs ilində prezident vəzifəsini icra edəcək. Bu ictimai səlahiyyət ona geniş imkanlar yaradıb. Şagirdlər üçün nəzərdə tutulan müxtəlif layihələrin, festivalların təşkilati işləri ona həvalə olunub. 

Bundan əlavə o, 2018-ci ildə təsis etdiyi “WE” adlı klubun rəhbəridir. Həmin klubun xətti ilə imkansız amerikalılar üçün şagirdlərdən beş yüz əlli qutu ərzaq toplayaraq “Orange County Food Bank” təşkilatına təqdim edib.

Eyni zamanda “WE ARE SILENT” layihəsinə əsasən oxuduğu tədris ocağının idman zalında Floridanın məktəblərindən birində baş verən silahlı insidentlə bağlı tədbir həyata keçirib. Həmin tədbirdə şagirdlərə özlərini azad şəkildə ifadə etmək hüquqları haqqında mühazirə oxuyub. Gələn il Afrikada açılacaq məktəbin sinif otaqlarından birinin mebellə təhciz olunması üçün min dollar ianə toplayıb. Üç ildir ki, qan xərçəngindən əziyyət çəkən insanlar üçün pul toplayıb “Qırmızı Xaç Cəmiyyəti”nə təhvil verir.

Bu arada azərbaycanlı olduğunu da unutmur. Və Azərbaycanın təbliği üçün əlindən gələni etməyə çalışır. Yeni dərs ilində Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirməyi qərara alıb. Bu münasibətlə video klip hazırlamağı planlaşdırır. Həmin klipdə amerikalı müəllim və şagirdlər ölməz şairin əsərlərindən birini azərbaycan dilində əzbərdən söyləyəcəklər. 

Ana dili ilə yanaşı ingilis, rus, türk dillərində sərbəst danışır. Üstəlik ispan, koreya, vyetnam dillərini də orta səviyyədə bilir. 2017-ci ildə doqquzuncu sinfi yüksək balla bitirdiyinə görə ona ABŞ prezidenti Trampın imzası ilə xüsusi diplom təqdim edilib. Ötən il dəqiq elmlər üzrə keçirilən “STEAM EXPO” müsabiqəsində riyaziyyat fənnindən birinci yerə layiq görülüb. Bu il isə tarix fənni üzrə olimpiadada qızıl medal alıb. Və qiymətləri əla olduğuna görə ona yaşadığı şəhərin yerləşdiyi “Orange County”-nin rəhbərliyi tərəfindən iki nailiyyət sertifikatı təqdim olunub. 

Bütün yeniyetmələr kimi onun da arzuları çoxdur. Gələcəkdə kompüter elmləri üzrə ali təhsil almaq istəyir. Artıq bu sahədə müəyyən uğurlara imza da atıb. İndiyədək dörd yeni kompüter oyunu proqramlaşdırıb və bu oyunlar həm şagird dostları, həm də müəllimləri arasında çox məşhurdur. Bütün bunlarla yanaşı anasına ev işlərində kömək etməyi xoşlayır. Musiqi dinləməkdən, bədii kitab oxumaqdan zövq alır. 

Qısa müddətdə xeyli uğur qazanmış bu təvazökar, bacarıqlı, özünə güvənən xanımı dinlədikcə Azərbaycan yeniyetmələrinin amerikalı həmyaşıdlarından heç də geri qalmadıqlarına sevinirsən. 

“Vətənimi çox sevirəm. İstəyirəm ki, orada təhsil alan uşaqlar üçün də geniş imkanlar yaradılsın. Özümü təsdiq edəndən sonra Azərbaycana gedib müxtəlif layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam”- budur Fatimənin arzusu.

Xəbər Lenti

| Bitkoin bahalaşır: ilin rekordu qeydə alındı

| Tramp öskürən köməkçisini kabinetdən qovdu - VİDEO

| Ağstafada ağır qətl törədən gəncin - FOTOSU

| Sürücü yüksək sürətin qurbanı oldu - FOTO

| Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

| Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

| Eldar Sabiroğlu oğlundan imtina etdi: Qəbrimə gəlmə

| İran nüvə proqramını genişləndirir

| ATV prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: İşinin başındadır

| Lənkəranda yaşlı qadın çayda boğuldu

| Ağstafada ağır qətl törədən şəxs təslim olub - RƏSMİ

| ABŞ qoşunları Polşadan idarə olunacaq

| Sabah da isti olacaq

| “PSJ” Neymarı satır?

| Ağstafada üç nəfər güllələnib: yaralılar var

| İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü

| Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

| Daha bir rayonda zəlzələ

| Masallıda pomidor sahələrini qurd basıb - FOTO

| Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı

| ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

| Sabirabadda manyak peyda olub - FOTO

| “Corc Kluni” Tailandda həbs olundu - FOTO

| Yunanıstanın baş naziri Türkiyəni sanksiyalar ilə hədələdi

| Venesuelada avtobus aşıb, 16 nəfər ölüb

| Qətər futbolçusunun qolu “Marakana”nı heyran etdi - VİDEO

| Bərdədə “Jiquli” ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

| Yaponiyada güclü zəlzələ baş verib

| Hələb atəşə tutulub - 12 nəfər oldürülüb

| Çində 100 milyon il yaşı olan dinozavr izləri tapılıb

| Bodrumda eniş zamanı təyyarənin şassisi partladı - VİDEO

| Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub

| Samuxda qonşular arasında mübahisə qanla bitdi

| Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü

| Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi

| Milan-Moskva reysi ilə uçan təyyarədə kondisionerlər işləmədi

| İmamoğlu ilə Yıldırım canlı yayımda üz-üzə gəldi

| Fransada 250 min litr konyak yandı

| ABŞ universitetinin azərbaycanlı alimi: Qəbul olmaq asandır

| İstanbulda maraqlı kampaniya - Zibil gətir, qızıl apar

| Göygöldə mikroavtobus aşdı - Yaralılar var

| Baş nazir istefadan sonra nə ilə məşğul olacağını açıqladı: Yemək bişirəcəm...

| “Yuventus”un yeni baş məşqçisinin adı məlum oldu

| Hindistan ABŞ-la ticarət müharibəsinə başladı

| Azərbaycanlı Ukraynada qəza törətdi - Beynəlxalq dərəcəli hakim öldü

| “Ural hava yolları” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verib - FOTO

| Siqaret kötüyünü yerə atanları böyük cərimə gözləyir - Portuqaliyada

| Poqbanı “Mançester Yunayted”də saxlamaq mümkün deyil

| Netanyahunun arvadı bahalı yemək sifariş etdiyi üçün cərimələndi

| İstanbulda festivalda gözlənilməz hadisə, çox sayda yaralı var - VİDEO

| Argentina və Uruqvay qaranlığa qərq oldu

| Salah yekun qərar verdi