Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib

  21

Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən, Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir.

Fonddan Oxu.Az-a bildiriblər ki, dövlət başçısının təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq gənclərin hərtərəfli inkişafı məqsədilə dövlət proqramları həyata keçirilir. Bu sırada gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas yer tutur. Gənclərin təhsilli və savadlı yetişməsi Azərbaycan Prezidentinin xüsusi önəm verdiyi istiqamətlərdəndir. Keyfiyyətli təhsilin gənclər üçün əlçatan olması, istedadlı və sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi istiqamətində çoxsaylı imkanlar yaradılıb. Prezidentin göstərişi ilə Gənclər Fondu tərəfindən ötən ay “Gənclərin Xaricdə Təhsil Proqramı”na başlanılıb. Bu fəaliyyətin davamı olaraq, dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan istedadlı gənclərin təhsil xərclərinin ödənilməsi üzrə növbəti müsabiqə üçün ərizə qəbuluna iyunun 11-dən start verilib.

Ötən il ölkənin 31 ali dövlət təhsil müəssisəsində təhsil alan 237 tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən ödənilib. Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra saytın elektron xidmətlər bölməsində yerləşdirilən ərizə formasını müvafiq qaydada doldurub sayt vasitəsilə Gənclər Fonduna göndərməlidirlər.

Müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür. Maliyyələşmə 2018-2019-cu və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən ödənilməsini nəzərdə tutur.

Azərbaycanın Milli qəhrəmanlarının övladları, I, II qrup əlil (2018-2019-cu tədris ili üçün) və III qrup əlil gənclər, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları, I qrup əlil valideyni olan, hər iki valideyni əlil olan (I,II III qrup), aztəminatlı ailədən olan gənclərə üstünlük veriləcək.

Müraciətlər iyulun 19-dək qəbul ediləcək. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaq.

Müsabiqəyə Fondun rəsmi saytında qeyd edilmiş 31 dövlət ali təhsil müəssisəsinin və onların filiallarında, əlavə olaraq bu il üçün nəzərdə tutulmuş 54 dövlət orta-ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsil alma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.

Xəbər Lenti

| Ağstafada ağır qətl törədən gəncin - FOTOSU

| Sürücü yüksək sürətin qurbanı oldu - FOTO

| Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

| Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

| Eldar Sabiroğlu oğlundan imtina etdi: Qəbrimə gəlmə

| İran nüvə proqramını genişləndirir

| ATV prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: İşinin başındadır

| Lənkəranda yaşlı qadın çayda boğuldu

| Ağstafada ağır qətl törədən şəxs təslim olub - RƏSMİ

| ABŞ qoşunları Polşadan idarə olunacaq

| Sabah da isti olacaq

| “PSJ” Neymarı satır?

| Ağstafada üç nəfər güllələnib: yaralılar var

| İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü

| Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

| Daha bir rayonda zəlzələ

| Masallıda pomidor sahələrini qurd basıb - FOTO

| Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı

| ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

| Sabirabadda manyak peyda olub - FOTO

| “Corc Kluni” Tailandda həbs olundu - FOTO

| Yunanıstanın baş naziri Türkiyəni sanksiyalar ilə hədələdi

| Venesuelada avtobus aşıb, 16 nəfər ölüb

| Qətər futbolçusunun qolu “Marakana”nı heyran etdi - VİDEO

| Bərdədə “Jiquli” ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

| Yaponiyada güclü zəlzələ baş verib

| Hələb atəşə tutulub - 12 nəfər oldürülüb

| Çində 100 milyon il yaşı olan dinozavr izləri tapılıb

| Bodrumda eniş zamanı təyyarənin şassisi partladı - VİDEO

| Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub

| Samuxda qonşular arasında mübahisə qanla bitdi

| Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü

| Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi

| Milan-Moskva reysi ilə uçan təyyarədə kondisionerlər işləmədi

| İmamoğlu ilə Yıldırım canlı yayımda üz-üzə gəldi

| Fransada 250 min litr konyak yandı

| ABŞ universitetinin azərbaycanlı alimi: Qəbul olmaq asandır

| İstanbulda maraqlı kampaniya - Zibil gətir, qızıl apar

| Göygöldə mikroavtobus aşdı - Yaralılar var

| Baş nazir istefadan sonra nə ilə məşğul olacağını açıqladı: Yemək bişirəcəm...

| “Yuventus”un yeni baş məşqçisinin adı məlum oldu

| Hindistan ABŞ-la ticarət müharibəsinə başladı

| Azərbaycanlı Ukraynada qəza törətdi - Beynəlxalq dərəcəli hakim öldü

| “Ural hava yolları” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verib - FOTO

| Siqaret kötüyünü yerə atanları böyük cərimə gözləyir - Portuqaliyada

| Poqbanı “Mançester Yunayted”də saxlamaq mümkün deyil

| Netanyahunun arvadı bahalı yemək sifariş etdiyi üçün cərimələndi

| İstanbulda festivalda gözlənilməz hadisə, çox sayda yaralı var - VİDEO

| Argentina və Uruqvay qaranlığa qərq oldu

| Salah yekun qərar verdi

| Səudiyyə Ərəbistanında dronların hücumu: aeroportlar bağlandı