Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Bakıda Verdinin ölməz əsəri ifa olunacaq

  22

Bakıda son 30 ildə ilk dəfə olaraq Azərbaycan Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında görkəmli italiyalı bəstəkar Cüzeppe Verdinin “Rekviem”i səslənəcək.

Bu barədə “Trend” məlumat yayıb.

Əsər iyunun 28-də müxtəlif ölkələrdən olan musiqiçilərin ifasında Heydər Əliyev Mərkəzində təqdim olunacaq.

Konsert ərəfəsində professor Yalçın Adıgözəlov gözlənilən çıxış barədə danışıb və “Rekviem”in Bakıdakı son ifası ilə bağlı xatirələrini bölüşüb.

“Yaşlı və orta nəsil 1991-ci ildəki tarixi ifanı xatırlayar. Həmin il Azərbaycan xalqı müasir tarixinin faciəvi zamanını yaşayırdı. Komendant saatı ləğv olunan kimi, biz filarmoniyada “Messa”nı ifa etdik. Sanki bütün şəhər ədalətsizlik və xəyanətə qarşı etiraz etmək, acılarını ifadə etmək üçün gəlmişdi. Vətənpərvərlik hisslərinin cuşə gəlməsi fonunda musiqiçilər imperiyanın zorakılıq maşınına qarşı barışmaz mövqeyini ortaya qoydu. Biz öz vətəndaşlıq borcumuzu yerinə yetirdik, həmin vaxt bu, zəruri bir addım idi”, - deyə Y.Adıgözəlov xatırlayır.

Maestronun sözlərinə görə, 1991-ci ildə Fidan Qasımova, mezzo Validə Paşayeva, bas Ağakərim Kərimov, gürcü tenor Timuri Ququşvili çıxış etmişdi. Kapellaya Elnarə Kərimova rəhbərlik edirdi.

“İndi isə xorla Xalq artisti Gülbacı İmanov məşğul olur. Məhz onun sayəsində biz gürcüstanlı həmkarlarımız Liana Çonişvili və Lela Dolidzeni kollektivləri ilə birlikdə Azərbaycana dəvət etməyə nail olmuşuq.

Solistlər Rusiyanın aparıcı dram sopranolarından olan Yelena Mixaylenko, Avropa səhnələrində məşhur olan, almaniyalı mezzo-soprano Mareyka Yankovski, bizim gənc, lakin artıq Avropaya ciddi səda salmış tenor Azər Zadə və yüksəlməkdə olan ulduz, İtaliya publikasının sevimlisi Antonio Di Matteo (bas) olacaq”, - deyə o bildirib.

Y.Adıgözəlov nə üçün yenidən Verdinin “Rekviem”ini ifa etmək fikrinə düşdüyünə də aydınlıq gətirib:

“İlk növbədə məqsəd görkəmli italiyalının şedevr əsərini dahiyanə partituranın tam mənəvi qüdrəti və fəlsəvi dərinliyi ilə tamaşaçıya çatdırmaqdır. Bəstəkarın ideyalarının yüksək səviyyəli bədii ifadəsi üçün çoxsaylı ifaçıların öz yaradıcı və fiziki bacarıqlarını tam şəkildə səfərbər etməsi tələb olunur.”

Qeyd edək ki, iyunun 28-də saat 20:00-da Heydər Əliyev Mərkəzində “Cüzeppe Verdi: Rekviem” adlı klassik musiqi gecəsi keçiriləcək.

Əsər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının xoru, Batumi Dövlət Musiqi Mərkəzinin kapellasının ifasında təqdim olunacaq.

Xəbər Lenti

| Bitkoin bahalaşır: ilin rekordu qeydə alındı

| Tramp öskürən köməkçisini kabinetdən qovdu - VİDEO

| Ağstafada ağır qətl törədən gəncin - FOTOSU

| Sürücü yüksək sürətin qurbanı oldu - FOTO

| Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

| Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

| Eldar Sabiroğlu oğlundan imtina etdi: Qəbrimə gəlmə

| İran nüvə proqramını genişləndirir

| ATV prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: İşinin başındadır

| Lənkəranda yaşlı qadın çayda boğuldu

| Ağstafada ağır qətl törədən şəxs təslim olub - RƏSMİ

| ABŞ qoşunları Polşadan idarə olunacaq

| Sabah da isti olacaq

| “PSJ” Neymarı satır?

| Ağstafada üç nəfər güllələnib: yaralılar var

| İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü

| Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

| Daha bir rayonda zəlzələ

| Masallıda pomidor sahələrini qurd basıb - FOTO

| Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı

| ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

| Sabirabadda manyak peyda olub - FOTO

| “Corc Kluni” Tailandda həbs olundu - FOTO

| Yunanıstanın baş naziri Türkiyəni sanksiyalar ilə hədələdi

| Venesuelada avtobus aşıb, 16 nəfər ölüb

| Qətər futbolçusunun qolu “Marakana”nı heyran etdi - VİDEO

| Bərdədə “Jiquli” ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

| Yaponiyada güclü zəlzələ baş verib

| Hələb atəşə tutulub - 12 nəfər oldürülüb

| Çində 100 milyon il yaşı olan dinozavr izləri tapılıb

| Bodrumda eniş zamanı təyyarənin şassisi partladı - VİDEO

| Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub

| Samuxda qonşular arasında mübahisə qanla bitdi

| Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü

| Tramp Qolan təpələrində adına qəsəbə salınmasına münasibət bildirdi

| Milan-Moskva reysi ilə uçan təyyarədə kondisionerlər işləmədi

| İmamoğlu ilə Yıldırım canlı yayımda üz-üzə gəldi

| Fransada 250 min litr konyak yandı

| ABŞ universitetinin azərbaycanlı alimi: Qəbul olmaq asandır

| İstanbulda maraqlı kampaniya - Zibil gətir, qızıl apar

| Göygöldə mikroavtobus aşdı - Yaralılar var

| Baş nazir istefadan sonra nə ilə məşğul olacağını açıqladı: Yemək bişirəcəm...

| “Yuventus”un yeni baş məşqçisinin adı məlum oldu

| Hindistan ABŞ-la ticarət müharibəsinə başladı

| Azərbaycanlı Ukraynada qəza törətdi - Beynəlxalq dərəcəli hakim öldü

| “Ural hava yolları” şirkəti Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata yol verib - FOTO

| Siqaret kötüyünü yerə atanları böyük cərimə gözləyir - Portuqaliyada

| Poqbanı “Mançester Yunayted”də saxlamaq mümkün deyil

| Netanyahunun arvadı bahalı yemək sifariş etdiyi üçün cərimələndi

| İstanbulda festivalda gözlənilməz hadisə, çox sayda yaralı var - VİDEO

| Argentina və Uruqvay qaranlığa qərq oldu

| Salah yekun qərar verdi