Mxitaryana ingilis "dəstəyi"

 



 

"7 nömrə futbol köynəyi" layihəsi gözləntiləri doğrultmadı

 

Artıq tarixə çevrilən Avropa Liqasının Bakıda keçirilən final oyunu bir sıra mənfi və müsbət məqamları ilə yaddaşlara həkk olundu. Bir çoxları UEFA-nı Bakı seçiminə görə, bir çoxları isə Bakını belə bir oyuna ev sahibliyi iddasına düşməkdə qınadı. Bunların hamısı anlaşılandır və o tənqidlərə də, təqdirlərə də izah vermək mümkündür. Lakin bu qarşılaşma ətrafında elə nüanslar var ki, onu heç cür anlamaq, izah etmək mümkün deyil. Ən maraqlısı odur ki, bu anlaşılmaz hərəkətləri sərgiləyən dünyanın qosaman cəmiyyətlərindən birinin üzvləri - ingilislərdir. Belə ki, bir qrup "Arsenal" azarkeşi matçdan bir gün qabaq və eləcə də oyun keçrilən tarixdə erməni əsilli "Arsenal" müdafiəçisi Henri Mxitaryanın komanda nömrəsi yazılan köynəklər geyinərək şəhərə çıxıblar. Sözsüz ki, bu bir aksiyadır, nəsə demək istəyirlər, amma nə demək istəyirlər - bunu heç özləri də bilmirlər. Belə ki, erməni əsilli futbolçunun Bakıya gəlməsi, iştirakı üçün bütün təhlükəsizliyinə Azərbaycan hökuməti tərəfindən təminat verilmişdi. Futbolçu özü də çox gözəl bilirdi ki, onun Bakı səfərinin heç bir təhlükəsi yoxdur. Çünki Mxitaryana qədər Azərbaycana yüzlərlə erməni müsafir gəlib, onlardan yalnız biri bir qapaz alıb, qalanları gəlib, xoş təəssüratla da Bakını tərk edib. Mxitaryanın da beləcə, səs-küysüz gəlib-getməsi gözlənilən idi. Sadəcə olaraq, bicbala Henrixin bu məqamdan istifadə edərək adını bütün dünyaya tanıtması mərəzi ona bu yolu seçməyə vadar etdi. Belədə isə ingilis azarkeşllər "məzlum" erməni xalqının "aciz" nümayəndəsinin "müdafiəsinə" qalxıb - ona dəstək vermək qərarına gəlib. Əgər Azərbaycan hökuməti Mxitaryanın Bakıya gəlişinə razı olmasaydı və ya əngəl törətsəydi, ingilisləri başa düşmək olardı. Amma bir qədər erməni, ingilis və avropalılar kimi düşünməyi bacarsa, bu addımıda anlaya bilərdik.

Allah müdrik atalarımıza, Azərbaycan şifahi xalq ədəbiyyatını yaradanlara rəhmət eləsin. El arasında belə bir zərb-məsəli var: "Erməniyə deyirlər ki, sən nə istəyirsənsə verəcəyik, amma sənə nə versək onun ikiqatını da türkə verəcəyik. Hiyləgər erməni düşünmədən deyir ki, mənim bir gözümü deşib kor edin...". Mxitaryanın analoji addımı da, bu zərb-məsəldəki erməninin xislətindən doğan ideyadan başqa bir şey deyil. Erməni futbolçu öz karyerasının bir məqamını qurban verərək anti-Azərbaycan qara piarına əsas verir. Bu avropalıların da işinə yarayır - Azərbaycanı tənqid etmək üçün daha bir kompramat elementi qazanırlar və bundan elə Bakıdaca yararlandılar - paytaxtın küçə və xiyabanı "məzlum" erməni xalqının "aciz" nümayəndəsinin "7" saylı futbol köynəkləri "bəzəyirdi". Beləcə, Avropanın "Mxitaryan layihəsi" baş tutdu, amma ondan gözləntilər yetərincə doğrulmadı. Bakıda avropalı azarkeşlərin Mxitaryana dəstək aksiyaları, yalnız bir polis nəfərinin ötəri reaksiyasına səbəb oldu və bu, dərhal Avropa mətbuatında trendə çevrildi. Lakin gözləntilər belə deyildi, avropalılar elə bilirdi ki, çılğın Azərbaycan cəmiyyəti Mxitaryanın köynəyi altında gəzən azarkeşlərə qarşı aqressiya nümayiş etdirəcək, polis isə onları həbs edərək azadlıqdan məhrum edəcək. Bu isə Avropa və avropalıların indiyə qadər Azərbaycana qarşı irəli sürdüyü itthamlara haqq qazandıracaqdı. Avropalılar bu layihənin gözləntilərini doğrultmadığına, azərbaycanlılar isə avropalıların bu qədər cılızlaşdığına təəssüf edir.

Avropa mətbuatı, hətta, hökumətləri də bu oyun ərəfəsində Azərbaycan dövlətinə qarşı təbliğat apardı. Media yolun uzaqlığı və çətinliyi, həyat üçün təhlükələr barədə yazırdısa, hökumətlər də vətəndaşları ruşvətxorlardan qorunmağı tövsiyyə edirdi. Amma bütün bunlara baxmayaraq, Bakıda keçrilən qarşılaşma tamaşaçı sayına görə analoji oyunlar üzrə UEFA tarixində üçüncü nəticə göstərərək, stadiona 50 mindən çox tamaşaçı cəlb edə bildi. Bəzən öz vətəndaşlarımız da, bu məsələdə biganə mövqe tutaraq deyir ki, bu mənim nəyimə lazımdır. Amma belə deyil, ölkədə dünya standartlarına uyğun stadyonlar tikilibsə, belə tədbirlərin Bakıda keçirilməsi vacibdir. Çünki biz belə olan halda heç bir ciddi kapital qoymadan həm stadionlarımızın məhsuldar işini təmin edirik, həm az-çox büdcəmizə vəsait daxili olur, həm də turizm və respubilkamızın reklamından maddi və mənəvi dividend əldə edirik.

 

Akif Nəsirli