Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Dondurma mövsümü başladı - Zəhərlənmək istəmirsinizsə, bunları bilməyiniz vacibdir

  21

Havaların isinməsi ilə əlaqədar ölkədəki mağazalarda dondurma satışında canlanma müşahidə edilir. Dondurma mövsümünün açılması isə hər zaman bu qida məhsulundan zəhərlənmələrlə müşayiət olunur. Əhali arasında belə  bir iddia var ki, dondurma satan şirkətlər ötən ildən qalan məhsullarını yaz aylarında və yayın əvvəllərində satışa çıxarır, bu isə əhalinin vaxtı keçmiş qida istehlakına və zəhərlənmələrə səbəb olur. 

Bu iddialar təsdiqini tapmasa da, təkzibini sübut edəni də hələ olmayıb. 

Lakin vaxtı keçmiş məhsuldan əlavı, saxlanma şəraiti və temperaturu düzgün olmayan dondurmalar da sağlamlıq üçün ciddi təhlükədir.

Bəs dondurma alarkən nələrə diqqət etmək lazımdır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır: 

“Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır. Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır. 

Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanıldığına diqqət eləmək lazımdır. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Keyfiyyətli dondurmanın tərkibində əlavələr mümkün qədər az və 40 faiz süd olmalıdır. 

Dondurmaların saxlanma şəraitinə mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz. Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır.

Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır.  Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır”.

Məlumat üçün bildirək ki, əgər vətəndaşların dondurmalarla bağlı hər hansı narahatlığı olarsa, bu barədə konkret faktlarla 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.

Samir İsayev

Xəbər Lenti

| Rusiya millisinin müdafiəçisi “Beşiktaş”ın maraq dairəsində

| Çində zəlzələ: 11 nəfər ölüb, 122 nəfər yaralanıb

| ABŞ İrana görə Yaxın Şərqə əlavə min hərbi qulluqçu göndərəcək

| Everestdən 11 ton zibil və dörd meyit yığışdırılıb - VİDEO

| Rusiya və Türkiyə müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

| Rusiyalı səfirə “Ermənistanın daxili işlərinə qarışma!” deyildi

| Avropa Liqası: “Neftçi”nin 5, “Səbail”in 6 mümkün rəqibi müəyyənləşib

| Üç güləşçimiz Avropa çempionatının yarımfinalına yüksəlib

| Erkən ölümə daha bir səbəb

| Neymarın bütün daşınmaz əmlakına həbs qoyuldu

| Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

| Bakıda bir gecədə iki qadını maşın vurdu

| Leyla Əliyeva körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində - FOTO

| Sürücü idarəetməni itirdi - 4 nəfər yaralandı

| ABŞ sanksiyaları “Huawei”ə nə qədər ziyan vurub?

| Dəniz, həyətdə samovar çayı üçün darıxıram - Parisdəki azərbaycanlı

| “Qarabağ”-ın Çempionlar Liqasındakı potensial rəqibləri bu komandalardır

| XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?

| Qəzaya düşmüş motosikletçiyə ilk yardımı Yıldırım etdi - VİDEO

| Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür edib

| Gəncədə ruhi xəstə evi yandırdı

| Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında öldü

| Qaradağda ağır qəza: Hindistanlılar öldü

| Zelenski ukraynalı qadınları ölkənin turizm brendi adlandırdı

| “Real”da qalmaqal: futbolçular etiraz edir

| Kişilərlə qadınların maaş fərqi hesablandı

| Ruhani Avropaya son şans verdi

| Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif - VİDEO

| Qazaxda avtomobil gənc piyadanı vurub öldürdü

| Nigeriyada terror: 30 ölü, 40 yaralı

| Dünya çempionumuz yeni qurum yaratdı

| Bodrumda faciə: 12 mühacir boğuldu - VİDEO

|

Abşeronun icra başçısı İradə Gülməmmədova ilə Ədalət Camalovanın mövqe mübarizəsi güclənir - İki xanımın savaşı

| Ağstafada güllə yarası alanlardan birinin ayağı kəsildi

| Qadın keçmiş sevgilisini kondisionerlə şantaj etdi

| Aptekdən oğurluq edərkən ələ keçdi - FOTO

| İşdən çıxarıldığı deyilən jurnalist hər şeyə aydınlıq gətirdi: Öz yerimdəyəm

| Bitkoin bahalaşır: ilin rekordu qeydə alındı

| Tramp öskürən köməkçisini kabinetdən qovdu - VİDEO

| Ağstafada ağır qətl törədən gəncin - FOTOSU

| Sürücü yüksək sürətin qurbanı oldu - FOTO

| Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

| Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

| Eldar Sabiroğlu oğlundan imtina etdi: Qəbrimə gəlmə

| İran nüvə proqramını genişləndirir

| ATV prezidentindən İlkin Xəlilovla bağlı açıqlama: İşinin başındadır

| Lənkəranda yaşlı qadın çayda boğuldu

| Ağstafada ağır qətl törədən şəxs təslim olub - RƏSMİ

| ABŞ qoşunları Polşadan idarə olunacaq

| Sabah da isti olacaq

| “PSJ” Neymarı satır?

| Ağstafada üç nəfər güllələnib: yaralılar var

| İndoneziyada avtobus qarşı yola çıxdı: 12 ölü

| Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

| Daha bir rayonda zəlzələ

| Masallıda pomidor sahələrini qurd basıb - FOTO

| Aİ şirkətlərinin Azərbaycanla bağlı investisiya qərarı

| ABŞ-da “Son zəng” atışması: ölənlər var - VİDEO

| Sabirabadda manyak peyda olub - FOTO

| “Corc Kluni” Tailandda həbs olundu - FOTO

| Yunanıstanın baş naziri Türkiyəni sanksiyalar ilə hədələdi

| Venesuelada avtobus aşıb, 16 nəfər ölüb

| Qətər futbolçusunun qolu “Marakana”nı heyran etdi - VİDEO