Xorvatiyadan böyükhesablı qələbə, İsveçrə səfərdə qalib gəldi - Video



 

Bu gün DÇ-2018-in seçmə mərhələsinin pley-off oyunlarına start verilib. “Qafqazinfo” xəbər verir ki, Avropa zonasının qrup mərhələsində 2-ci yeri tutan 8 komanda son 4 vəsiqə uğrunda mübarizə aparır.

İlk oyun günündə Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparmış Şimali İrlandiya birbaşa vəsiqəni son anda əldən verən İsveçrə ilə görüşüb. Bu oyunda cəmi 1 qol qeydə alınıb. İsveçrəlilər penaltidən vurulan qolla səfərdən qələbə ilə qayıtmağı bacarıblar.

Günün digər matçında isə Xorvatiya və Yunanıstan milliləri qarşılaşıb. Bol qollu görüşdə xorvatlar inamlı qələbəyə seviniblər. Bu qələbədən sonra Xorvatiya yığmasının DÇ-2018-ə vəsiqəni böyük ölçüdə təmin etdiyini söyləmək olar.

DÇ-2018-in seçmə mərhələsi
Pley-off oyunları (İlk oyunlar)
9 noyabr

Şimali İrlandiya - İsveçrə 0:1
Qol: R.Rodriqes, 58-pen.

Xorvatiya - Yunanıstan 4:1
Qol: Modriç, 13-pen. Kaliniç, 19. Perişiç, 33. Kramariç, 49 - Soktatis, 30.