Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Gənclərin azadlıq anlayışı - Azad olmaqla açıq-saçıqlığı kimlər səhv salır?

  12

Azadlıq - bu məfhumun səslənməsi belə tarix boyu hər kəsi qorxudub, bəzən isə ailələrdə övladla valideyn arasında uçurumlar yaradıb. Çünki müasir dövrün adamı üçün azadlıq bir anlayışdır, valideynlər üçün başqa anlayış. 

Valideynlərin bu qədər qorxduğu “azadlıq” nədir? Sərhədləri varmı, varsa, hara kimidir? 

Alman sosioloqu Niklas Luhman deyir ki, azadlıq məhdudiyyət qoyulmasının hiss olunmamasıdır. 

Azadlığa daha çox meyilli olanların gənc nəsildən olduqlarını nəzərə alaraq, elə bu məfhumla bağlı onların fikirlərini öyrəndik. 

Gənclərin Oxu.Az-a verdikləri açıqlamalardan nəticə olaraq onu deyə bilərik ki, yaşlı təbəqənin insanları, sən demə, azadlıq anlayışını düzgün qavramırlar. 

Bu isə gənclərə problem yaradır, bu da öz növbəsində onların narazılığına səbəb olur.

“Azadlığın necə qavranılması insanların yaşlarından və mühitlərindən asılıdır. Yaşlı nəslin yanında “azadlıq” deyəndə düşünürlər ki, insanlar pis nələrləsə məşğul olmaq istəyir, anlamırlar ki, insanlar öz həyatlarını qurmağa çalışırlar. Gənc nəslin çoxu isə azad olmağın azad düşüncəyə, azad məqsədlərə sahib olmaq olduğunu bilir.

Azadlıq - heç kimdən asılı olmadan ayaqlarının üstündə dayana bilmək, fikrini heç kimdən qorxmadan deyə bilmək, həyatının iplərinin öz əllərində olması, həyatın, gələcəyin barədə qərar vermək deməkdir. Məsləhət almaq olar, amma nə valideynlərin, nə də başqa birinin digərinin həyatını yönəltməyə haqqı var. Qərarları özümüz verib, səhv də olsa, düz də olsa, onun məsuliyyətini daşımalıyıq”, - deyə azadlığa can atan, bunun üçün ətrafındakılarla savaşmaq məcburiyyətində qalan, elə bu səbəbdən də adının çəkilməsini istəməyən U.M. bildirir.

Məsələ bununla yekunlaşmır. 

Gənclər arasında da “azadlıq” anlayışını düzgün qavramayanlar kifayət qədərdir. 

“Azadlıq”la müasirliyi səhv salmaq da bu qəbildən olan bəlalardandır.

Etdiyi hərəkətlər, düşüncə tərz(sizlik)ləri ilə gəncliyi gözdən salanların sayı az da olsa, müəyyən qədər təsir gücləri var və bunu yaya bilirlər. Axı gənclər həm də bir az marjinallığa meyilli olur...

Bu barədə də fikirlərini öyrənmək üçün elə gənclərə müraciət etdik.

Fərid Süleymanlı azadlığın “istədiyin kimi yaşamaq”dan əlavə, başqa amillərdən də ibarət olduğunu deyir. Onun fikrincə, gənclər azad olduqlarını düşünsələr də, mahiyyətini başa düşmürlər:

“Azadlıq deyəndə çoxu “ürəyim nə istəsə edə bilim, istədiyim hər yerə gedim, istədiyim kimi yaşayım” kimi başa düşür. Halbuki təkcə bu deyil, əsas olan heç nə və heç kimdən asılı olmamaq, komplekslərin olmamasıdır. Azadlıq qorxuların, inamsızlığın olmaması, sərbəst qərar verə bilməkdir. Amma indi rahat yaşayan, istədiyi bir çox şeyi edən gənclər azad olduqlarını düşünürlər”.

Lalə İsgəndərlinin fikrincə isə, gənclərin azadlığı maddi vəziyyətlə əlaqəlidir:

“Azadlıq anlayışı individualdır. Mənə görə azadlıq insanın öncə maddi azadlığı olanda yaranır, azadlığı insan özü üçün yaradır da deyə bilərəm. Azadlıq deyəndə gözümün önündə maddi azadlığı olan, heç kimdən asılı olmayan insan canlanır. Nə heç bir gənc, nə də heç bir insan maddi azadlığı olmadığı, ata-anasından pul alıb xərclədiyi müddətdə “mən azadam” deyə bilməz, desə də, mənə görə bu, azadlıq deyil.

Azadlığın bir tərəfi də müstəqil qərar verməkdir, yaşayışını özün təmin edirsənsə, normal olaraq həyatınla bağlı bütün qərarları da özün verirsən və verməlisən. Maddi olaraq, ailədən, yaxud kimdənsə asılı olanda həmin adam rahatlıqla səni idarə edib qərarlarına qarışa bilər. Belə olanda sən tam azad sayılmırsan, həmin adamdan maddiyat gəlməsə, sən artıq heç bir arzunu həyata keçirə bilməyəcəksən, bu da o deməkdir ki, azad yox, kimdənsə asılısan.



Azadlıq qəti şəkildə dikbaşlıq deyil, günümüzdə bəzi hallarda bu, belə başa düşülür. Əlində heç bir resurs - təhsil, özünü təmin edəcək imkan olmadığı halda asılı olduğunuz adamlara qarşı çıxıb azadlığınızı tələb edə bilməzsiniz. Məsələn, 20 yaşın var, valideyn səni maddi cəhətdən təmin edir, sən axşam ad gününə getmək istəyirsən, atan icazə vermir. Hədiyyə almaq üçün pulu atandan aldığın müddətcə o ad gününə atan icazə vermədiyi üçün gedə bilməyəcəksən və “mən azadam” deyib evdən çıxa bilməyəcəksən. Azadlıq istəyən insan heç kimdən asılı olmamalıdır, bunun üçün də bir yol var - öz pulunu qazanmaq. Mənim üçün belədir”.

Dəyanət Əlizadə də günümüzdə maddi vəziyyətin gənclərin azadlıqlarında böyük rol oynadığını deyir:

“Azadlıq ifadəsi hər şeydən əvvəl ikibaşlı, bəzən üçbaşlı olur. Günümüzdə azadlıq sözünü çox kiçildiblər. Azadlıq sözünün Azadlıq meydanı qədər böyük anlamı var. Gənclərimiz həyatlarında kifayət qədər azaddırlar, istədikləri hər şeyi azad şəkildə edə bilirlər, sadəcə bəziləri çox “bekar” olduqları üçün azadlığı başqa nələrdəsə görürlər.

Məncə, bu gün azadlıq dedikdə gənclər iqtisadi azadlıq haqqında düşünməlidirlər. Bir gənc öz istəyinə uyğun olaraq ayrıca, ailəsindən kənarda yaşayıb həyatını qurmaq istəyirsə, amma edə bilmirsə, böyük faizlə əsas səbəb buna şəxsi maliyyələrinin olmamasıdır. Gənclər bəzən azadlıq anlayışlarını səhv salırlar. Gənclərin bütün növ azadlıqları var, sadəcə iqtisadi azadlıqları əngəldir, bu, da onların öz əllərindədir”.

Şirin Quliyevanın fikrincə, açıq-saçıq geyimlər geyinib, bunu “azad” olmaları ilə izah edənlər azadlığı səhv anlayanlardır:

“Azadlıq geniş məfhumdur, mən azadlıq deyəndə ruhumun azadlığını nəzərdə tuturam. Çox adam azadlığı açıq-saçıq geyinmək, yerli-yersiz hərəkətlər, “heç kimi saymıram” kimi fikirlər sanırlar. O, azadlıq deyil, onlar azadlığı səhv anlayanların etdiyi hərəkətlərdir. İnsan azad fikirli olub, azad seçim etməyi, qərar verməyi bacarmalıdır”.

Sosioloq Əhməd Mansurov isə ailədaxili problemlərin bəzi gənclərin azadlıq anlayışlarını səhv başa düşüb ifadə etməklərinə səbəb ola bildiyini deyir: 

“Azadlıq dərin fəlsəfi yanaşma tələb edir, bəziləri üçün azadlıq həm də davranış baxımından həyati əhəmiyyət daşıyır. Azadlıq ifadəsi ictimai şüurun formalaşmağa yenicə başladığı dövrü yaşayan gənclər arasında instiktlər və istəklərə bağlıdır. Şüuri azadlıq bizə olduqca geniş sahə verir ki, ondan istədiyimiz kimi düşüncələrimizdə istifadə edə bilirik. Arzularımızda, istəklərimizdə, xəyallarımızda çox azadıq, istədiyimizi düşünə bilirik, lakin sosial normalar, ictimai münasibətlər azad düşüncələrimizin hamısını həyata keçirməyə imkan vermir.

XXI əsr insanların düşüncə tərzinə ciddi təsir edərək, xəyal və istək güclərini artırıb. Böyüməkdə olan gənc nəslə azadlıq ideyaları ilə yanaşı sosial öhdəliklər, vəzifələr, digər şəxslərin azadlıqları da aşılanmalıdır.

Televiziya, sosial şəbəkələr, multimedia vasitələri insanları azadlıq baxımından motivasiya edərək fərqli məcralara: cinayətkarlıq, narkomaniya, zorakılıq, aqressiya və s. yönəldə bilər. Burada valideynlər və sosial institutlar da diqqətli olmalıdırlar. Bu cür hallar ailədaxili problemlərlə də əlaqəli ola bilir. Ailələrdə gənclərin fikirləri, seçimləri, maraqları dəstəklənmədiyi halda öz ətrafında azadlıq tələb etməyə çalışır ki, özünü təsdiq etsin. Ailədaxili münasibətlərdə boğulan azadlıq hissləri sayəsində gənclər internet, televiziya və multimedia vasitələrinin verdiyi xəyal gücündən ilhamlanaraq ətraflarına və özlərinə zərər verə bilirlər.

Zorakılıq və aqressiyadan sonra ən çox yayılan hallardan biri də qərəzli fikirlərin səsləndirilməsidir. Bu, bəzi hallarda təhqir və təhdidlərə keçir. Cəmiyyətimiz sağlam tənqid haqda düşünməlidir”.

Nəzrin Həsənova

Xəbər Lenti

| Dərbəndin keçmiş başçısı azərbaycanlıları öldürdüb - İDDİA

| Deputatlar səs-küylü layihəni müzakirə etdi - Hüquqlar məhdudlaşdırılır?

| Dondurma mövsümü başladı - Zəhərlənmək istəmirsinizsə, bunları bilməyiniz vacibdir

| Məişət zorakılığı ilə bağlı dəhşətli statistika - Bir ildə 87 min qadın öldürülüb

| Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma - VİDEO

| Prezident Ramiz Novruzla görüşdü: Uzaqdan gördü, məni yanına çağırdı

| Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma - VİDEO

| Zurabişvili Azərbaycanla sərhədin delimitasiyasından yazdı

| “Abşeron City” müştərilərin başına oyun açır - Rəhbərləri isə yoxa çıxıb

| Qaçırdığı qadını vəhşicəsinə döyüb öldürdü - 16 illik həbs edildi

| Elinanın intihar etdiyi məktəbə müvəqqəti direktor təyin edildi

| Pakistan “Şahin-2” raketini sınaqdan keçirdi - VİDEO

| Paşinyanı devirmək istəyirlər

| Azərbaycanlı “UAZ”a baş direktor təyin edildi

| Ankara ABŞ-ın ultimatumuna münasibət bildirdi

| Vahid Ələkbərovun oğlu Rusiyanın ən varlı varisidir

| Erməni bacı-qardaş Azərbaycandakı yarışda çıxış edəcək

| Yağış yağacaq, duman olacaq

| “Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxundu

| “Çelsi”nin müdafiəçisi David Luis Bakı finalı barədə

| Üç yaşlı uşaq çayı keçərkən suda boğulub öldü

| Mxitaryan “Twitter”də tənqid atəşinə tutuldu - FOTO

| Prezident Ramiz Novruzla görüşdü: Uzaqdan gördü, məni yanına çağırdı

| Fənn olimpiadalarının qaliblərinin imtahansız qəbul şərtləri

| Heydər Əliyev Fondu iftar süfrəsi açdı - FOTO

| Tarix Muzeyində yanğın olsa, binanı və eksponatları xilas etmək olmayacaq - FOTO

| Polis şübhələnməsin deyə narkotik almağa azyaşlı oğlu ilə getdi - FOTO

| “Himnimizi birgə oxuyaq!” - Bulvarda fləşmob olacaq

| Nə üçün azərbaycanlılar kütləvi şəkildə Amerika lotereyasında iştirak edir? - FOTO

| Ölmüş heyvanın ətini Bakıda satmaq istədilər

| Övladımızı bir qaşıq suda boğmağa hazırıq, təki biz deyən olsun

| Universitetlərə imtahansız qəbulda yer məhdudiyyəti olmayacaq

| Azərbaycan daha bir konvensiyaya qoşulacaq

| Ali məktəblərə imtahansız qəbulun vaxtı məlum oldu

| Qadınlara qarşı zorakılığın iqtisadi dəyəri açıqlandı

| “Expressbank”ın müştəriləri kartla ödədilər və qazandılar

| Şad xəbər: yumurta yeddi, şəkər tozu 70 qəpik olacaq - FOTO/VİDEO

| “Expressbank”ın müştəriləri kartla ödədilər və qazandılar

| Musa Qasımlı: Ermənistan hər şeyi “oldu-bitdi” kimi qələmə vermək istəyir

| “TOCA Residence” - rahat və premium həyat bəxş edən yaşayış kompleksi

| İlham Əliyev çinli naziri qəbul edib

| Gəncədə ruhi xəstə itkin düşdü

| Ramil Usubov polkovnik-leytenantı işdən çıxardı

| Şad xəbər: yumurta yeddi, şəkər tozu 70 qəpik olacaq - FOTO/VİDEO

| NATO Rusiyanı Krımdan çıxmağa çağırdı

| Avtomobili qəpiklərlə aldı, pulu 16 nəfər hesabladı - VİDEO

| Tereza Mey istefaya gedə bilər

| Yevlaxda tələbələrin olduğu mikroavtobus aşdı: Ölənlər var - FOTO

| Prezident və xanımının sakinlərlə görüşündən - FOTOLAR

| Bu şəxslərin ali məktəblərə qəbul qaydaları təsdiqləndi

| Neftçalada ağır qəza: dörd nəfər öldü - VİDEO

| Mask ABŞ ordusunu məhkəməyə verdi

| Azərbaycanlı müstəntiq qız özünü çayda boğub: onu zorla nişanlayıblar

| Azərbaycan soyadlı erməni “Yandex”ı idarə edəcək

| “Prada” təbii həzdən imtina etdi

| Cənubi Karolinada 28 may 2019-cu il – “Azərbaycan günü” elan edilib

| Moskva Univermağının yanında 22 yaşlı gənc bıçaqlanıb

| Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir

| “O olmasın, bu olsun” 60-ci dəfə Musiqili Teatr səhnəsində - FOTO

| Tramp Yaponiyada sumo yarışmasını izləyəcək

| Bakıda tuneldə 2 yük maşını toqquşub

| Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb

| Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

| Alimlər solaxaylığın səbəblərini açıqlayıblar

| Heydər Əliyev Mərkəzində rəssam Zurab Seretelinin sərgisi açılıb - FOTO

| Astarada “avtoş”luq edən gənc saxlanılıb - FOTO

| Maduro hərbçilərə ABŞ-a qarşı hücuma hazır olmaq əmri verdi

| Ramazan ayının on səkkizinci gününün – DUASI VƏ TƏQVİMİ

| Əməkdar artist vəfat etdi - FOTO

| Bakıda keçiriləcək finalın açılış mərasimində məşhur müğənni oxuyacaq

| UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək

| Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı

| Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub - Zakın ümid dolu həyatı

|

Qədr gecəsində qəbir gecəsi üçün
ibadət edənə müjdələr olsun

| Mesut Özil: Azərbaycanlı qardaşlarım, Bakıda görüşənədək!

|

Bakıda eston təcrübəsi
mümkündürmü?

| DİN əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq

| I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanlarının nəticələri açıqlanıb

| XX əsrin maqnatları indiki milyarderlərdən zəngin olub

| Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərlərinə hökm oxundu

| Qədim hindularda müasir texnologiyalar aşkarlandı

| Həmid Həmidov: Slavyankadakı bulaqları xilas etmək lazımdır - VİDEO

| Azərbaycanda tarixi körpü bərpa olunur - FOTO

| ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: Bakı təhlükəsiz şəhərdir

| Bakıda uşaq bezləri, mürəbbələr və bahalı itlər oğurlandı

| Ərdoğan İlham Əliyevi təbrik etdi

| Sağlam məktəb direktoru özünə saxta əlillik dərəcəsi alıbmış

| Adamyeyənlərin arasında olan azərbaycanlı indi də Everesti fəth edir - FOTO

|

Qadınlara qarşı zoraklığa yox deyək!

| Leyla Əliyeva Şahdağ Milli Parkında zubrlara baxdı - FOTO

| “Sədərək”də oğru pulla dolu torbanı götürüb qaçdı - VİDEO

| İlham Əliyev və xanımı Mərkəzi Parkın açılışında